Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:09

Paşinyanın sözçüsü: 'Ermənistan üçün dəhliz məntiqi qeyri-məqbuldur'


Mane Gevorkyan
Mane Gevorkyan

Dəhliz məntiqi erməni tərəfi üçün qeyri-məqbuldur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın sözçüsü Mane Gevorkyan sentyabrın 20-də deyib

Dəhliz məntiqi erməni tərəfi üçün qeyri-məqbuldur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın sözçüsü Mane Gevorkyan sentyabrın 20-də deyib.

Bundan əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ermənistan baş nazirinin ona görüş təklif etdiyini bildirmişdi.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, baş nazirlə söhbəti zamanı Erdoğan “Zəngəzur dəhlizi” məsələsinə toxunub və deyib ki, Ermənistan bu məsələdə qətiyyətli addım atmalıdır.

Mane Gevorkyan bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə əlaqələrə hazırdır, amma hələki Ankara və Yerevan arasında heç bir təmas baş verməyib.

Gevorkyan Armenpress agentliyinə müsahibəsində deyib ki, Ermənistan 9 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının dəqiq yerinə yetirilməsinə çox ciddi önəm verir.

Sözçü əlavə edib ki, bəzi hallarda kommunikasiyaların açılması mövzusu daha çox “regional izolyasiya” söhbətinə çevrilir.

“Möhkəm əsəblər lazımdır”

Gevorkyan bildirib ki, “dəhliz” söhbəti məhz belə mahiyyət daşıyır regionda sülh və stabiliyyə yox, düşmənçiliyin dərinləşməsuinə rəvac verir.

Sözçü qeyd edib ki, dəhliz barədə söhbətlər yalnız regionun dövlət və xalqlarının özünütəcridinə deyil, hətta belə təcridin “dönməzliyinə” yönəlib:

“Amma regional kommunikasiyaların blokdan çıxarılmasının elə üsulları da var ki, regiondakı qarşılıqlı əlaqələrin əhəmiyyətini nəzərdə tutur və düşmənçiliyin addım-addım aradan qaldırılmasının real yolu ola bilər. Ermənistan hökuməti məhz belə bir variantı dəstəkləyir və məhz bu variant 9 noyabr və 11 yanvar üçtərəli bəyanatlarının 9-cu maddəsində təfsir edilib”.

Paşinyanın sözçüsü bildirib ki, “hər gün sülh gündəliyini legitimsizləşdirən hadisələr” baş verir.

Gevorkyanın sözlərinə görə bu düşmənçilik atmosferini dərinləşdirir və onu daha sistemli edir:

“Bu və digər addımlar bizim regionumuzda sülhün mümkünsüzlüyünü nümayiş etdirmək üçün atılır. Lakin Ermənistan hökuməti regionumuzda sülh erasının açılması və yeni imkanların yaranması naminə bu gündəliyi irəli sürməkdə davam edəcək. Baş nazir Paşinyan dəfələrlə deyib ki, bu yolda möhkəm əsəblər lazımdır və asan yollar mövcud deyil”.

Türkiyə prezidenti Erdoğana görüş təklifinə gəlincə, Mane Gevorkyan bildirib ki, bu görüşdən əvvəl “işçi müzakirələr” olmalıdır.

Sözçü vurğulayıb ki, hazırda Türkiyə və Ermənistan rəsmiləri arasında heç bir təmas yoxdur.

XS
SM
MD
LG