Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 03:57

Türkiyədə minədək təzə bazar açılacaq


Türkiyədə bazar
Türkiyədə bazar

“Reuters” istehlakçı qiymət indeksinin rəsmi 5 faizlik hədəfi keçdiyini yazır

Türkiyədə kənd təsərrüfatı kooperativlərinə göstəriş verilib ki, istehlakçı mallarının “uyğun” qiymətini təmin etməkdən ötrü ölkədə minədək yeni bazar açılsın. Bunu Prezident Recep Tayyip Ərdoğan oktyabrın 3-də deyib.

Ölkədə illik inflyasiya 20 faiz civarındadır.

“Ucuz və keyfiyyətli məhsullar”

Prezidentin sözlərinə görə, türkləri “ucuz və keyfiyyətli məhsullar”la təmin etmək və “bazarları balanslaşdırmaq” üçün mağazaların tikintisinə tezliklə başlanacaq. “Reuters” istehlakçı qiymət indeksinin rəsmi 5 faizlik hədəfi keçdiyini yazır.

Davamlı ikirəqəmli inflyasiyadan və reytinqinin azalmasından karıxan AKP hökuməti yenə də supermarketləri hədəf götürüb, qiymətlərin potensial şişirdilməsi üzrə təhqiqat başladılıb.

“Türkiyədə minədək biznesin açılmasına göstəriş vermişik, hərəsinin sahəsi 500 kvadrat metrdən başlanacaq. Bu yerlərdə qiymətlər vətəndaşlarımızın büdcəsinə uyğundur”, – prezident kommersiya qurumları haqda deyib.

Bu il ərzaq inflyasiyasının 30 faizə yaxınlaşması, əmtəə qiymətlərində qlobal artım, lirənin kəskin ucuzlaşması inflyasiyanı yüksək həddə saxlayıb. Ümumiyyətlə, son beş ildə ikirəqəmli inflyasiya ev təsərrüfatlarının xərclərini artırıb, Türkiyəni digər yeni inkişaf edən bazarlardan geri salıb.

Erdoganla Putin Soçidə Qarabağı müzakirə etdilər
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Mərkəzi bankın etibarı

Təhlilçilər inflyasiyanın əsas səbəbini mərkəzi bankın etibarlılığının azalmasında görürlər. Ərdoğan siyasi fikir ayrılıqları səbəbindən bankın üç sədrini işdən çıxarıb.

Ötən ay bank prezidentin təzyiqi altında faiz dərəcəsini 100 bənd endirərək 18%-ə saldı və lirə rekord həddə ucuzlaşdı.

Son həftələr hökumət Türkiyənin ən böyük supermarketlərində “hədsiz qiymət artımı”, “istehlakçının qurban seçilməsi” üzrə təftişlərə başlayıb. Şərqi Van vilayətində bəzi restoranlarda səhər yeməyinin qiymətləri də araşdırılıb.

Vitse-prezident Fuat Oktay şənbə günü deyib ki, kəndlərdə ərzaq istehsalının artması istismarçı qiymətlərin önlənməsi üçün vacibdir.

2019-cu ilin əvvəlində, inflyasiyanın şişməsinə səbəb olan valyuta böhranı təzə başlayanda hökumət qiymət artımında pərakəndə satıcıları suçlayaraq ucuz meyvə-tərəvəzi birbaşa satmaq üçün öz bazarlarını açdı.

XS
SM
MD
LG