Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:00

Kreml: Putin-Bayden sammiti hazırlanır


Dmitri Peskov
Dmitri Peskov

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan noyabrın 17-də telefonla danışıblar

Kreml noyabrın 18-də bildirib ki, bu həftə ABŞ və Rusiyanın yüksək vəzifəli təhlükəsizlik rəsmiləri arasında yer almış telefon danışıqları prezidentlər Co BaydenVladimir Putin arasında ikinci sammitə hazırlığın tərkuib hissəsidir.

Reuters agentliyi Kremlə istinadən bildirir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan noyabrın 17-də baş tutmuş telefon söhbətində kibertəhlükəsizlik, Ukrayna, Belarus sərhədində miqrant böhranı kimi məsələləri müzakirə ediblər.

Putinin sözçüsü Dmitri Peskov deyib ki, “bütün bu danışıqlar ən yüksək səviyyədə görüşə hazırlıq çərçivəsində aparılır”.

Reuters yazır ki, Peskov son brifinqlərində Bayden-Putin sammitinin mümkünlüyünə dair suallardan yayınırdı.

ABŞ və Rusiya prezidentləri bundan əvvəl iyun ayında, Cenevrədə görüşüblər.

Qarşılıqlı ittihamlar

Birləşmiş Ştatlar ötən həftə Rusiyanı Ukraynanı təhdid etdiyinə və açıq kosmosda raket sınağı keçirdiyinə görə sərt tənqid edib.

ABŞ bildirirdi ki, bu raket sınağının qəlpələri, göyərtəsində 7 astronavt olan Beynəlxalq Kosmik Stansiya üçün risk yaradıb.

Rusiya öz növbəsində Vaşinqtonu Qara dənzidə “təxribatlı” gəmi manevrləri keçirməkdə ittiham edib.

Bu gərginliklərə baxmayaraq iki ölkə arasında, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün Moskvaya səfəri də daxil, yüksək səviyyədə təmaslar saxlanıb.

Rusiyada çıxan Kommersant qəzeti noyabrın 10-da yazırdı ki, Bayden və Putin arasında üzbəüz görüş 2022-ci ilin əvvəllərində keçirilə bilər.

Qəzet iddia edirdi ki, bundan əvvəl, bu ilin sonlarında iki lider arasında videodanışıqlar gözlənilir.

Dmitri Peskov jurnalistlərin suallarına cavab verərkən Rusiyanın guya Avropaya qarşı hibrid müharibə aparmasına dair iddiaları rədd edib:

"Bu Rusiyanın marağındadır ki, Avropada hamı özünə gəlsin və başlarına gələn bütün bəlaların səbəbini Rusiyada görməyə son qoysun, habelə hazırda Avropanı boğan problemlərin əsl köklərinə nəzər salsın”.

Avropa İttifaqı ötən həftə Belarusu Polşa ilə sərhəddə miqrant böhranı yaratmaqla Avropaya qarşı hibrid müharibə aparmaqda ittiham edmişdi.

XS
SM
MD
LG