Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:04

Türk lirəsinin ucuzlaşması türkmənləri çətinə salıb


Türkmənlər İstanbuldakı "qul bazarında"
Türkmənlər İstanbuldakı "qul bazarında"

Türkmənistan hökumətinə yaxın mənbələrdən biri AzadlıqRadiosuna demişdi ki, indi ölkədə onun 6 milyonluq əhalisinin yalnız 2.8 milyonu qalıb

Türkiyənin milli valyutası lirənin ucuzlaşması vətəndəki ailə və qohumlarına pul göndərən türkmən miqrantları çətinə salıb.

Lirə ötən may ayından bəri çəkisinin 40 faizi itirib. Ekspertlər bildirirlər ki, buna səbəb yüksək inflyasiyaya baxmayaraq prezident Recep Tayyip Erdoğanın mərkəzi banka uçot dərəcəsini aşağı həddə saxlamaq göstərişini verməsidir.

Mərkəzi Bank inflyasiyanın 20 faiz civarında olmasına rəğmən uçot dərəcəsini 400 bazis bəndi ixtisar edib.

Lirə noyabrın 30-da azacıq düşüb və 1 dollar üçün 13 lirə olub. Ötən may ayında 1 dollar 8.6 lirə idi.

Türkmənistanda bir neçə ailə AzadlıqRadiosuna deyib ki, lirənin qiymətdən düşməsinə görə Türkiyədəki qohumları evə pul göndərə bilmirlər.

Onlar deyiblər ki, Türkiyədə ərzaq və gündəlik tələbat mallarının bahalaşması ordakı türkmənlərə əvvəllər olduğu kimi qənaət etmək imkanı vermir.

Türkiyədəki türkmənlər evlərinə pul göndərmək üçün lirəni dollara mübadilə etməlidirlər.

Ölkənin yarıdan çoxu xaricdədir

Türkmənistanın cənubundakı Marı şəhərindən bir qadın adının çəkilməməsi şərtilə AzadlıqRadiosuna deyib ki, əri ona indi Türkiyədə özünü güclə dolandırdığını deyib.

Enerji ehtiyatları ilə zəngin Türkmənistandakı ağır isqtisadi vəziyyət türkmənləri qazanc üçün xarici ölkələrə, ilk növbədə Türkiyəyə üz tutmağa vadar edir.

AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, Mərkəzi Asiyanın başqa ölkələrində də vəziyyət buna bənzərdir.

Türkiyə Miqrasiya Xidmətinin 2021-ci il üçün məlumatına görə ölkədəki türkmənlərin sayı yalnız İraq miqrantlarının sayından geri qalır.

Təkcə bu il Türkiyədə 118 min miqrant türkmənə burada yaşamaq hüququ verilib.

İyul aylında Türkmənistan hökumətinə yaxın mənbələrdən biri AzadlıqRadiosuna demişdi ki, indi ölkədə onun 6 milyonluq əhalisinin yalnız 2.8 milyonu qalıb.

XS
SM
MD
LG