Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:46

Bu il həbsdə olan jurnalistlərin sayı artıb


Mətbuat azadlığı
Mətbuat azadlığı

Bu il dünyada işinə görə həbs olunan jurnalistlərin sayı 293 nəfərə çatıb

2021-ci ildə dünyada həbsdə olan jurnalistlərin sayı daha bir rekord qırıb. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 9-da açıqladığı hesabatda bu ili mətbuat azadlığını müdafiə edənlər üçün “özəlliklə qəmgin il” adlandırıb.

Bu il dünyada işinə görə həbs olunan jurnalistlərin sayı 293 nəfərə çatıb. Ötən ilsə onların sayı 280 idi. Artıq altıncı ardıcıl ildir ki, CPJ azı 250 jurnalistin həbsdə olduğunu açıqlayır.

Jurnalsitlərdən qaçan mətbuat xidmətləri niyə cəzalanmır?
Gözlə

No media source currently available

0:00 0:06:33 0:00

Münaqişələrdə öldürülənlər

Hesabatda Azərbaycanda 2 jurnalistin həbsdə olduğu bildirilir. Amma hakimiyyət heç bir jurnalistin peşəsinə görə təzyiqlə üzləşmədiyini qeyd edir.

2021-ci il dekabrın 1-cən 19 jurnalist işinə görə qətlə yetirilib. 2020-ci ildə isə bu say 22 idi. On səkkiz nəfərsə elə bir şəraitdə dünyasını dəyişib ki, onların işinə görə hədəfə alındığını müəyyənləşdirmək mümkün olmayıb.

Bu il üç jurnalist münaqişə zonasından xəbər verərkən, iki nəfərsə etirazları, küçə toqquşmalarını işıqlandıranda öldürülüb.

Çin və ilk beşlik

Çin artıq üçüncü ildir dünyada ən çox jurnalisti həbsdə olduğu ölkə hesab edilir, 50 jurnalist həbsdədir. Myanma fevraldakı hərbi çevrilişdən sonra xəbər mediasına təzyiqə görə ikinci yerə qalıb. İlk beşliyi Misir, Vyetnam və Belarus tamamlayır.

Belarusda ötən il 10, bu ilsə 19 jurnalist həbsdədir. Bu, Belarus üçün 1992-ci ildən, CPJ bu datanı yığandan ən böyük göstəricidir.

Bu, “cəsarətlənən avtokratların hakimiyyətlərini qorumaq üçün getdikcə gərəkən prosedurları gözardı etməsinə, beynəlxalq normaya sayğısızlığına nümunədir”, – CPJ bildirib.

Türkiyə

Türkiyə hesabatda mövqeyini yaxşılaşdıran ölkələr sırasındadır. Ötən il 20 jurnalist azadlığa buraxılandan sonra hazırda bu ölkədə 18 jurnalist həbsdədir.

Amma CPJ qeyd edir ki, 2016-cı ildə uğursuz çevriliş cəhdindən sonra Türkiyədə təzyiq ənənəvi medianı məhv edib, bir çox jurnalist işindən gedib. Həm də bəzi jurnalistlər şərti azadlığa buraxıldığından məhbəsdə olanların sayı azalır.

Hesabatda o da vurğulanır ki, bu il də COVID-19 pandemiyasının, iqlim dəyişikliyinin dünyanı cənginə alması fonunda, repressiv hökumətlər insan haqlarına pozuntularına ictimai reaksiyanın öləzidiyini anlayırlar.

Ümumilikdə isə əldə olunan data müstəqil reportyorluğa dözümsüzlüyün getdikcə artdığını göstərir.

XS
SM
MD
LG