Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:06

Moskva Bakı və Yerevandan sərhədlə bağlı çevik hərəkət gözləyir


Mariya Zaxarova
Mariya Zaxarova

Rusiya XİN bildirib ki, Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işinə başlanması üçün milli nümayəndə heyətləri yaratmalıdırlar

Rusiya tərəfi Soçi razılaşmalarına uyğun olaraq Azərbaycan və Ermənistanın aralarındakı sərhədin delimitasiya və demarkasiyası işinə başlamçası üçün milli nümayəndə heyətlərini tezliklə təşkil edəcəklərini gözləyir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 9-da keçirdiyi brifinqdə deyib.

Zaxarovanın sözlərinə görə Soçi razılaşmaları Azərbaycan və Ermənistanın vəziyyətin bundan sonra da tənzimlənməsinə hazır olduqlarını bir daha təsdiq edib:

“Biz sərhəd mübahisələrinin tənzimlənməsi və Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması da daxil əldə olunmuş razılaşmaların ardıcıl həyata keçirilməsi üçün fəal işləyirik”.

Rusiya XİN-in rəsmi nümayəndəsi bunu da bildirib ki, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması üçün üçtərəfli işçi qrupları tərəfindən də səylər göstərilir.

XS
SM
MD
LG