Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:44

Putin cinayətə görə vətəndaşlığı almağı təklif edir


Vladimir Putin
Vladimir Putin

Qanunda Rusiya vətəndaşlığı almaq prosedurunun sadələşdirilməsindən də bəhs edilir

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunu Dövlət Dumasına təqdim edib. Dövlət başçısı Rusiya vətəndaşlığı verilməsi və alınmasının kriteriyalarını dəyişməyi təklif edir. Qanun layihəsinin mətni Dumanın elektron bazasına yerləşdirilib.

Putin ağır cinayətlər, məsələn, terrorçuluq, narkotiklə bağlı və dövlət əleyhinə cinayətlərə görə vətəndaşlığın alınmasını təklif edir. Daxili İşlər Nazirliyinə Rusiya vətəndaşlığını ləğv etmək səlahiyyətinin verilməsi təklifi irəli sürülür.

Qanunda Rusiya vətəndaşlığı almaq prosedurunun sadələşdirilməsindən də bəhs edilir. Bu prosedur 20 kateqoriyanı əhatələyir: keçmiş SSRİ vətəndaşları və onların övladları, yaxın rusiyalı qohumları Rusiya ərazisində yaşayan xarici ölkə vətəndaşları, Rusiya imperiyası, yaxud keçmiş Sovet İttifaqı ərazisində daimi yaşamış şəxslərin nəslindən olanlar.

Putin sadələşdirilmiş qaydada vətəndaşlıq almaq hüququ olanlarla bağlı məsələlərdə Rusiya prezidentinin səlahiyyətinin genişləndirilməsini təklif edir. Dövlət başçısı bu kateqoriyaları təkcə humanitar deyil, istənilən məqsədlərlə müəyyənləşdirə bilər. Prezidentə həmçinin, yaşayış yerindən asılı olmayaraq, xarici ölkə vətəndaşının qəyyumluğunda olan uşaqların vətəndaşlığının alınması imkanı verilə bilər.

XS
SM
MD
LG