Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:13

Ermənistan Türkiyə mallarına qadağanı ləğv edir (Video)


Yerevan
Yerevan

Türkiyə mallarına qoyulmuş qadağan 2022-ci ilin 1 yanvarından qüvvədə sayılmayacaq

Ermənistan hökuməti Türkiyə mallarının idxalına qoyulmuş qadağanı ləğv edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, hökumət ötən ilin 44 günlük müharibəsi zamanı – oktyabr ayında 2020-ci il dekabrın 31-dən Türkiyə mallarının Ermənistana idxalını qadağan etmişdi.

Ermənistan hökumətinin qərarında deyilirdi ki, bu addım Türkiyənin 44 günlük müharibədə açıq şəkildə Azərbaycanı dəstəkləməsinə cavab olaraq atılıb.

Qadağan altı ay müddətinə qoyulmuş, bu ilin iyununda onun müddəti daha altı ay uzadılmışdı.

Qadağanın müddəti sabah, dekabrın 31-də başa çatmalı idi.

Azatutyun yazır ki, ki, Ermənistanın İqtisadiyyat Nazirliyi iki həftə bundan əvvəl qadağanın daha 6 ay müddətinə uzadılması üçün hazırlıq görüldüyünü bildirmişdi.

Buna baxmayaraq məsələ hökumətin 2021-ci il üçün son iclasının gündəliyinə daxil edilməyib.

Ermənistanın Bayandur kənd sakinləri Türkiyə ilə sərhədin açılmasını istəyir
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Erməni biznesmenlərin müraciətləri

Bu isə o deməkdir ki, Türkiyə mallarına qoyulmuş qadağan 2022-ci ilin 1 yanvarından qüvvədə sayılmayacaq.

İqtisadiyyat Nazirliyinin daha sonra yaydığı məlumatda deyilirdi ki, idarələrarası müzakirələrin nəticəsi olaraq Türkiyə mallarına qadağanın uzadılmaması barədə qərar qəbul olunub.

Azatutyun yazır ki, Türkiyə mallarına qoyulmuş qadağanın ləğv olunması Ermənistan mallarının ixracına da müsbət təsir göstərəcək.

Nazirlik bildirib ki, Türkiyə mallarına qoyulmuş qadağanın həm müsbət, həm də mənfi iqtisadi nəticələri olub.

İqtisadiyyat Nazirliyinin bəyanatında deyilirdi ki, “Ermənistan biznesmenlərindən bu qadağanın qaldırılması üçün çoxsaylı müraciətlər daxil olurdu”.

Ermənistanda su və işıq bahalaşdı
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Böyük yaxınlaşma

Lakin bütün bunlarla yanaşı bu ilin yayından etibarən Ermənistan və Türkiyə hökumətləri arasında yaxınlaşma istiqamətində addımların atılmasına başlanıb.

Nəhayət dekabrın 20-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bəyan edib ki, iki ölkənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri yaxın vaxtlarda görüş keçirəcəklər:

“Münasibətlərin normallaşması prosesinin başlanması üçün biz xüsusi nümayəndələr təyin etmişik. Onlar ən yaxın bir vaxtda danışıqlara başlayacaqlar”.

Bu da xəbər verilirdi ki, Ankara Ermənistanla danışıqlara rəhbərlik üçün xüsusi nümayəndə kimi keçmiş təcrübəli diplomat, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı təyin edib.

Ermənistan tərəfindən danışıqlara vitse-spiker Ruben Rubinyan başçılıq edəcək.

Bu arada xəbər verilirdi ki, Ankara Ermənistanın Türkiyə ilə hava nəqliyyatını bərpa etmək istəyini nəzərdən keçirir.

Çavuşoğlu xatırladıb ki, Ankara Yerevanla münasibətlərin normallaşdırılması üzrə prosesi Bakı ilə məsləhətləşmədə aparır.

XS
SM
MD
LG