Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:58

Qazaxıstanda hökumət geri çəkilir, amma etirazlar dayanmır


Almatı şəhərində etiraz aksiyası
Almatı şəhərində etiraz aksiyası

Yanvarın 4-də axşam saatlarında hökumət maye qaz üçün köhnə qiymətlərin qaytarıldığını elan edib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 4-də etirazçılara xəbərdarlıq edib ki, hökumət və hərbi binalara hücumlar qanunsuzdur:

"Hökumət yıxılmayacaq, amma biz münaqişə yox, qarşılıqlı etimad və dialoq istəyirik”.

Prezidentin bu müraciətindıən az əvvəl verilən xəbərlərdə deyilirdi ki, təhlükəsizlik qüvvələri yanvarın 4-də ölkənin ən böyük şəhəri olan Almatıda meriyanın binasına girmək istəyən etirazçılara qarşı səs qumbaralarından istifadə edib.

Sosial mediada yayılan videolarda Almatının mərkəzi meydanı yaxınlığında partlayış səsləri eşidilir.

Xəbər verilir ki, polis Respublika meydanına çıxışları bağlayıb və Almatıda internet bağlantısı məhdudlaşdırılıb.

Lakin təhlükəsizlik qüvvələrinin bütün tədbirlərinə baxmayaraq etirazçılar yanvarın 4-də axşamın gec saatlarında küçələrə çıxıblar.

Bundan əvvəl Qazaxıstan polisi AzadlıqRadiosunun daha bir müxbirini saxlayıb.

AzadlıqRadiosunun Qazax xidməti – Azattıkın redaktoru Darxan Umirbekov yanvarın 4-də paytaxt Nur-Sultanda saxlanıb.

Bundan əvvəl polis heç bir izahat vermədən AzadlıqRadiosu Almatı bürosunun direktor əvəzi Kasım Amanjolu saxlamışdı.

O ölkədə maye qazın qiymətlərinin qəfil və kəskin artımına qarşı üçüncü gündür ki, davam edən etiraz aksiyalarını lentə alırdı.

AzadlıqRadiosunun prezidenti Ceymi Flay Umirbekovun və saxlanmış bütün başqa jurnalistlərin dərhal sərbəst buraxılmasına çağırıb.

Umirbekov polis tərəfindən 4 saat dindirildikdən sonra nəhayət sərbəst buraxılıb.

Maye qaz qiymətlərinin kəskin artımına etirazlar yanvarın 2-də Qazaxıstanın Mangistau regionunda başlayıb və ölkənin bir çox şəhər və qəsəbələrinə yayılıb.

Rusiyalı deputatlar Qazaxıstanda reklamların yalnız qazax dilində olmasına etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Hökumət güzəştə gedir

Xəbər verilir ki, yanvarın 4-də axşam saatlarında hökumət maye qaz üçün köhnə qiymətlərin qaytarıldığını elan edib.

İndi maye qazın 1 litrinin maksimum qiyməti 50 tengedir (11 sent).

Bu, real bazar qiymətindən iki dəfə ucuzdur.

Janaozen və Mangistaunun inzibati mərkəzi Aqtauda etirazlar iki gecədir ki, fasiləsiz davam edir.

Etirazlara Aktobe, Çimkənd, paytaxt Nur-Sultan şəhərləri də qoşulublar.

Etirazlarda hökumətin istefası, korrupsiyaya qarşı mübarizə və maaşların artırılması tələb edilir.

Aksiyalarda 20-dək etirazçının saxlandığı xəbər verilib.

Nümayişçiləri sakitləşdirmək üçün prezident Toqayev nümayəndələrini Aqtauya göndərdiyini bəyan edib.

O deyib ki, onlar orada, “ölkədə sabitliyin saxlanması naminə” qarşılıqlı məqbul həll yolunun tapılmasına çalışacaqlar.

Qazaxıstanda ilin əvvəlindən maye qazın qiyməti 1 litr üçün 50-60 tengedən 120 tengeyə (28 sent) qaldırılıb.

Janaozen şəhərində 2011-ci ildə baş vermiş neftçi etirazlarında 16 nəfər həlak olmuşdu.

Xəbər verilir ki, etirazçılar şəhər meydanında çadırlar qursalar da, polis bura xörək bişirmək üçün plitələrin gətirilməsinə icazə verməyib.

Buna baxmayaraq yerli biznesmenlər etirazçıları su və yeməklə təchiz edirlər.

Janaozenə gedən yollar bağlanıb.

Nur-Sultanda polis hökumət binasının qarşısında aksiya keçirən üç nəfəri saxlayıb.

Bu da xəbər verilir ki, Almatıda polis azı 10 “önləyici həbs” həyata keçirib.

Bu etiraz aksiyasının keçirilməsinə qaçaq biznesmen, keçmiş enerji naziri, müxalif Demokratik Seçim Partiyasının lideri Muxtar Ablyazov çağırış etmişdi.

XS
SM
MD
LG