Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:10

Qazaxıstan hadisələri neftin qiymətini qaldırır


Brent markasından olan neftin 2022-ci il üçün proqnoz qiyməti 1 barrelə 88 dollardır

OPEC+ qrupuna daxil olan Qazaxıstanda baş verən hadisələrlə bağlı dünya bazarında neftin qiyməti yanvarın 6-da 1 faiz də qalxıb.

Reuters agentliyi bildirir ki, qiymətin artımına habelə Liviyadan təchizatda yaranmış fasilələrin təsiri olub.

Brent markasından olan neftin 1 barrelinin qiyməti 1.09 dollar və ya 1.3 faiz artaraq 81.80 dollara çatıb.

ABŞ neftinin qiyməti 1.40 dollar bahalaşaraq 1 barrel üçün 79.25 dollar olub.

Bu, ötən ilin noyabrından bəri ən yüksək qiymətdir.

Reuters yazır ki, Rusiya yanvarın 6-da Qazaxıstana hərbi kontingent göndərsə də, bu, ölkədə neft hasilatına ciddi təsir etməyib.

Liviyada isə neft mədənlərindəki cari təmir işlərilə bağlı neft hasilatı günə 1.3 milyon barreldən 729 min barrelə düşüb.

2022 üçün proqnoz

Bu həftə ərzində OPEC+ qrupunda hasilatın razılaşdırılmış artımına və ABŞ-ın neft anbarlarındakı çoxalmaya baxmayaraq neftin qiyməti qalxmaqda davam edib.

Neft ixrac edən ölkələrin OPEC qrupu və onun Rusiya da daxil partnyoru olan OPEC+ yanvarın 4-də fevral ayı üçün hasilatı günə daha 400 min barrel artırmaq barədə razılaşma əldə ediblər.

Hasilatın günə 400 min barrel artırılması qaydası ötən avqustdan bəri davam edir.

Brent markasından olan neftin 2022-ci il üçün proqnoz qiyməti 1 barrelə 88 dollardır.

Ötən il üçün neftin orta qiyməti 70 dollar olub.

XS
SM
MD
LG