Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:15

Rusiya Donbasın ‘müstəqilliyi’ni tanıya bilərmi


Luqansk
Luqansk

Bu presedent Kremlin 2014-cü ildə Krımla davrandığı kimi, Donbası da birbaşa ilhaq edəcəyi ehtimalına yol açır, nəinki onun müstəqilliyinə tanıyacağına

Rusiyadan bir qrup deputat parlamenti Ukraynanın şərqində iki separatçı regionun müstəqil dövlət kimi tanınması üçün Prezident Vladimir Putinə müraciət etməyə çağırıb.

“Reuters” belə bir addımın Ukrayna böhranı üçün nə demək olacağından yazır. Rusiyanın Ukrayna ilə sərhədə 100 minədək əsgər yığması onun mümkün təcavüzə hazırlaşması sarıdan narahatlığı artırıb. Moskva isə belə bir planı olmadığını deyir.

600 mindən çox Rusiya pasportu, 2 min əsgər

Rusiyanın dəstəklədiyi Donetsk və Luqansk regionları 2014-cü ildə Ukrayna hökumətindən ayrılaraq özlərini “xalq respublikaları” elan ediblər, amma tanınmayıblar. Rusiya indiyədək 13 mindən çox adamın öldürüldüyü münaqişədə tərəf olmadığını desə də separatçıları müxtəlif yollarla dəstəkləyib, onlara gizli hərbi dəstək göstərib, maliyyə yardımı edib, COVID-19 vaksinləri göndərib. Yerli sakinlərə 600 mindən çox Rusiya pasportu verildiyi bildirilir.

Ukrayna Müdafiə Nazirliyindəki mənbə Donbasda 35 min separatçı döyüşçünün, 2 min rus əsgərinin olduğunu bildirir. Rusiya isə bunu inkar edir.

Rusiyanın Donbası tanıması 2014 və 2015-ci illər Minsk sülh razılaşmalarının iflası deməkdir. Rusiya, Ukrayna və Qərb hökumətləri bu razılaşmaları, indiyədək gerçəkləşməməsinə baxmayaraq, münaqişənin həlli üçün ən yaxşı yol hesab edirlər. 2015-ci il razılaşması iki regionun Ukrayna qanunvericiliyinə uyğun olaraq özünüidarəçiliyini nəzərdə tutur.

Donetsk və Luqanskın “dövlət kimi” tanınması Moskvanın müttəfiqlərinə açıq hərbi dəstəyi üçün bəhanə vermiş olar. Rusiya Gürcüstanın separatçı regionlarına da qüvvələr yerləşdirib.

Donbasın qalan hissələrinə nəzarət

Rusiya parlamentinin üzvü, Donetskin keçmiş siyasi lideri Aleksandr Boroday “Reuters”ə deyib ki, bu halda separatçılar Donbasın hazırda Ukrayna qüvvələrinin əlində olan ərazilərinə də nəzarətdən ötrü Rusiyadan kömək istəyə bilərlər.

Qərb hökumətləri isə Moskvaya xəbərdarlıq edirlər ki, Ukrayna sərhədi boyunca hərbi qüvvələrin hər hansı hərəkəti sərt reaksiya, maliyyə sanksiyalarına səbəb olar.

İndiyədək Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya separatçı regionlarının müstəqilliyini tanıyıb. Bu, Gürcüstanla 2008-ci ildə qısa müharibədən sonra baş verib. Nəticədə bu regionlar geniş maliyyə dəstəyi alıb, yerli əhaliyə Rusiya vətəndaşlığı verilməsi artıb, regionlara minlərlə Rusiya əsgəri yerləşdirilib.

Rusiya Gürcüstanın separatçı regionlarını tanımaqla keçmiş sovet qonşusunun ərazisində müddətsiz hərbi mövcudluğunu əsaslandırdı, Gürcüstanı öz ərazisinə tam nəzarətdən məhrum etməklə NATO-ya qoşulmaq niyyətini də qeyri-müəyyən müddətə ertələdi.

ABŞ və Britaniya Ukraynadakı diplomatlarının ailə üzvlərini köçürür
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Mənfi tərəfləri

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə mütəxəssisi Olesya Vartanyan Moskvanın bu addımının mənfi cəhətlərinə diqqət çəkir. Bu iki separatçı regionu Rusiyanın ən yaxın müttəfiqləri belə tanımayıb, iqtisadi inkişaf perspektivləri yoxdur və onların məsuliyyəti Moskvanın çiyninə düşüb.

“Onlarla nə edəcəyini bilmirsən. Eyni zamanda maliyyə ayırmağa davam etməlisən, onlara büdcə ayırmalısan, zaman-zaman daxili böhranlarını yoluna qoymalı olursan”, – o deyir.

Rusiya həmçinin Gürcüstanla xarici siyasətlə bağlı hər hansı dialoq imkanını məhv edib.

Bu presedent Kremlin 2014-cü ildə Krımla davrandığı kimi, Donbası da birbaşa ilhaq edəcəyi ehtimalına yol açır, nəinki onun müstəqilliyinə tanıyacağına.

Kremlin sözçüsü Dmitri Peskov isə Putinin Donbası tanıması ideyasına ehtiyatla cavab verib. O deyib ki, bu parlament təşəbbüsü səsə qoyulmalıdır və proses bitməyənəcən şərh verə bilməz.

XS
SM
MD
LG