Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:23

Separatçılar hərbi dəstək üçün Putinə müraciət etdilər


Denis Puşilin və Leonid Paseçnik
Denis Puşilin və Leonid Paseçnik

Zelenski xarici müttəfiqləri səfirliklərini paytaxtdan, bir çox hallarda ölkədən çıxardıqlarını görə tənqid edib.

Ukrayna ərazisindəki qondarma DXR və LXR respublikalarının liderləri Rusiya prezidenti Vladimir Putinə “rəsmi” müraciət edərək Ukrayna ordusuna qarşı döyüşmək üçn hərbi dəstək istəyiblər.

Bu barədə məlumatı fevralın 23-də Rusiya prezidentinin sözçüsü Dmitri Peskov verib.

Putinə məktublarında separatçılar Denis PuşilinLeonid Paseçnik iddia edirlər ki, guya onlara qarşı “Ukrayna tərəfinin təcavüzü” güclənir.

Rusiya fevralın 21-də bu iki separatçı ərazinin müstəqilliyini tanıyıb. Bunun ertəsi gün Moskva və separatçılar arasında qarşılıqlı hərbi yardımı da nəzərdə tutan dostluq və əməkdaşlıq müqavilələri imzalanıb.

Putinin bu müraciətə münasibəti hələki məlum deyil.

Federasiya Şurası fevralın 22-də qəbul etdiyi qanunvericilik aktı ilə Putinə xaricdə silahlı qüvvələrdən istifadə icazəsi verib.

Zelenski rezervistləri səfərbər edir

Rusiyanın TASS dövlət xəbər agentliyinin fevralın 23-də yaydığı xəbərə görə, Rusiya Ukraynadakı diplomatik məkanlarından əməkdaşları çıxarmağa başlayıb.

Bundan öncə Ukrayna vətəndaşlarını Rusiyaya səyahət etməməyə, həmin ölkədə olanları dərhal oranı tərk etməyə çağırmış, konsulluq xidmətlərində əhəmiyyətli azalma yarana biləcəyini bildirmişdi.

Rusiyanın rəsmi rəqəmlərinə görə, 2010-cu ildə Rusiyada 1.9 milyon ukraynalı yaşayırdı. Onların çoxu qarışıq ailələr olub, bir qismi isə müvəqqəti əsasla yaşayıb.

***

Ukraynanın Təhlükəsizlik Şurası fevralın 23-də ölkədə 30 günlük fövqəladə vəziyyət elan etmək planlarını təsdiqləyib. Bu, sənədlərin, avtomobillərin yoxlanmasının güclənməsi, digər tədbirlərin qüvvəyə minməsi deməkdir.

Parlamentin rəsmən təsdiqləməli olduğu fövqəladə vəziyyət Donetsk və Luqanskda separatçıların nəzarətində olan əraziləri çıxmaqla bütün ölkəni əhatələyəcək.

***

Fevralın 23-dən Ukrayna 18-60 yaşlı rezervistləri bir ilədək səfərbər etməyə başlayıb. Ölkə Rusiyanın tammiqyaslı hücum təhlükəsi ilə üzləşdiyindən Prezident Volodimir Zelenski bu haqda fərman imzalayıb.

Fevralın 22-də televiziya ilə çıxışında Zelenski deyib ki, rezervistlər orduya çağrılacaq, amma o, indiki məqamda ümumi səfərbərlik elan etmir.

Ordunun hazırlığını artırmaq

“Ukrayna Silahlı Qüvvələrinin Ali baş komandanı kimi ehtiyatda olanların konkret müddətə hərbi xidmətə çağırışı haqda fərman verdim”, – o deyib.

“Əməliyyat vəziyyətində mümkün dəyişikliklərə görə Ukrayna ordusunun hazırlığını artırmalıyıq”, – Zelenski sözlərinə əlavə edib.

Prezident mövcud böhrandan diplomatik yol axtardığını, amma Ukraynanın Rusiyaya ərazi güzəştə getməyəcəyini vurğulayıb.

Xəbərdarlıq

Ukrayna həmçinin vətəndaşlarını Rusiyaya getməməyə, orada olanları isə dərhal Rusiyanı tərk etməyə çağırıb, artan gərginlik fonunda konsulluq xidmətlərində fasilə yarana biləcəyini bildirib.

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqində iki separatçı region müstəqil dövlətlər kimi tanıyıb, oraya qoşun göndərəcəyini deyib. Kiyev, BMT, Qərb, digər ölkələr bu addımları pisləyiblər.

Qərb liderlərinin mövqeyincə, bunlar Ukraynanın tammiqyaslı işğalına doğur ilk addımdır.

“Təcrid olunmuş dövlət”

Britaniyanın Baş naziri Boris Conson fevralın 23-də deyib ki, Rusiya “təcrid olunmuş dövlət” statusuna doğru irəliləyir və Kreml Ukraynanın tammiqyaslı işğalının əsasını qoyur.

Britaniyanın Baş naziri Liz Trass Ukraynanın 2.6 milyon əhalisi olan Kiyevə Rusiyanın hücumunun “xeyli real” olduğunu söyləyib.

Zelenski xarici müttəfiqləri səfirliklərini paytaxtdan, bir çox hallarda ölkədən çıxardıqlarını görə tənqid edib.

O, ölkədən çıxan Ukrayna şirkətlərinə də hücum edib.

“Onların hamısı Ukraynada qalmalıdırlar. Onların müəssisələri ordumuzun qoruduğu Ukrayna torpağında yerləşir”, – Zelenski vurğulayıb.

XS
SM
MD
LG