Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:46

Danışıqlar başladı


Danışıq masası
Danışıq masası

Bazar günü Rusiyada müharibəyə qarşı etirazlarda 2700-dən çox, Belarusda azı 545 nəfər saxlanıb

Ukrayna-Belarus sərhədində görüş keçirildiyi bir vaxtda Xarkov və Çerniqov şəhərlərinə zərbələr endirilməsi xəbərləri gəlir. Rusiya Ukraynanı cənub-şərqində Zaporijya regionunda Berdyansk və Enerhodar şəhərlərini, eləcə də Zaporijya nüvə enerjisi ətrafını ələ keçirdiyi iddia edir.

Ukrayna Daxili işlər nazirinin müşaviri Anton Heraşçenko fevralın 28-də Xarkova raket zərbələrində onlarla adamın öldürüldüyünü deyib.

“Xarkov intensiv qrad atəşinə tutulub. Onlarla ölü, yüzlərlə yaralı var”, – o, Facebook postunda yazıb.

***

Belarusun Qomel vilayətində Rusiya-Ukrayna danışıqları başlanıb. Danışıqlar ilkin şərtsiz keçirilir, hazırda döyüş əməliyyatları davam edir.

“Reuters” danışıqların başlanması haqda xəbəri Ukrayna nümayəndə heyətinin üzvünə istinadla yayıb.

***

Ukraynanın nümayəndə heyəti Rusiya ilə danışıqlar üçün Belarusla sərhədə gedib. Nümayəndə heyətinə Müdafiə naziri Oleksey Reznikov, prezidentin müşaviri Mixaylo Podolyak və digərləri daxildir.

Prezident Volodimir Zelenski fevralın 28-də müraciətində ölkəsinə təcavüzdə iştirak edən rusiyalı əsgərləri silahları yerə qoymağa çağırıb.

“Texnikanı tərk edin. Buradan gedin. Komandirlərinizə inanmayın. Propaqanda aparanlara inanmayın. Sadəcə həyatınızı xilas edin”, – deyən Zelenski 4 min 500-dən çox rusiyalı əsgərin həlak olduğunu sözlərinə əlavə edib.

Rusiyanın itki sayını müstəqil şəkildə təsdiqlətmək mümkün deyil. Rusiya ordusu itkilərin olduğunu etiraf etsə də, detalları açıqlamayıb.

Rusiyanın artilleriya və raket atəşi altında keçirən daha bir gecədən sonra paytaxt Kiyevdə 39 saatlıq komendant saatı qaldırılıb. Sakinlər mağazalara ərzaq üçün getmək şansı əldə ediblər.

"Biz silahı yerə qoymayacağıq" - Ukrayna prezidenti Zelenski
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Zelenski Aİ-ni Ukraynanı dərhal üzvlüyə qəbul etməyə çağırıb

Zelenski Avropa ittifaqını Ukraynanı xüsusi prosedurla dərhal üzvlüyə qəbul etməyə çağırıb.

“Məqsədimiz avropalılarla birlikdə olmaqdır, ən vacibi, bərabər olmaqdır. Bunun ədalətli olmasından əminəm. Buna layiq olduğumuzdan əminəm”, – Zelenski sosial mediada yayılmış videoda deyir.

“Avropalılar əsgərlərimizin təkcə ölkəmiz deyil, bütün Avropa, sülh, Avropa ittifaqının üzvlərinin hamısı üçün sülh uğrunda necə vuruşduğuna şahiddirlər”, – Zelenski vurğulayıb.

***

Ukrayna Moskva ilə danışıqların Belarus-Ukrayna sərhədində ilkin şərtsiz keçiriləcəyini elan edib. Rusiyanın TASS xəbər agentliyi adını çəkmədiyi mənbəyə istinadla danışıqların fevralın 28-də səhər başlanacağını xəbər verir.

ABŞ Prezidenti Co Bayden fevralın 28-də müttəfiqləri və tərəfdaşları ilə birlikdə vahid reaksiyanı koordinasiya etmək üçün telefon söhbəti aparacaq. Məlumatı Ağ ev yayıb.

Kiyevdə vəziyyət

Kiyevdə 39 saatlıq komendant saatı fevralın 28-də başa çatır. Paytaxtın əsas küçəsində tək-tük avtomobil gözə dəyir. Hakimiyyət xəbərdarlıq edib ki, xüsusi icazə olmayan maşınlar Rusiya sabotajçısı hesab ediləcək.

Sakinlər evlərə, yeraltı qarajlara, metrostansiyalarına çəkilib. Hamı Rusiyanın tammiqyaslı hücumunu gözləyir.

Pentaqon rəsmiləri Ukraynanın dirənişi qarşısında Rusiya əsgərlərinin hücumunun səngidiyini, yanacaq qıtlığı, digər logitsik problemlər yaşadığını, Ukrayna havadan müdafiə sistemlərinin isə zəiflədilməsinə baxmayaraq, hələ də işlədiyini bildirir.

2-ci Dünya müharibəsindən sonra Avropanın ən böyük silahlı münaqişəsindən qaçan ukraynalıların, əsasən qadın və uşaqların sayı 368 minə çatıb. Məlumatı BMT-nin qaçqınlar agentliyi fevralın 27-də yayıb.

Sanksiyalar Rusiya-Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Sanksiyalar

Avropa İttifaqı iqtisadi sanksiyaların ardınca hava məkanını Rusiyanın hava şirkətlərinin üzünə bağlayıb

Yaponiya da ABŞ və Avropa ölkələrinə qoşularaq Rusiya banklarının SWIFT beynəlxalq maliyyə sistemindən çıxarılmasına razılaşıb. Yaponiya Ukraynaya 100 milyon dollarlıq humanitar yardım göndərəcək.

BP neft şirkəti fevralın 27-də Rusiyanın Rosneft dövlət neft-qaz şirkəti ilə əlaqələri kəsdiyini elan edib. Bu, BP-nin Rosneft-dəki payından imtinası, BP rəsmilərinin şirkətin idarə heyətindəki vəzifələrindən istefası deməkdir.

***

Fevralın 28-də səhər saat 4-dən Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevi və Xarkov şəhərini atəşə tutmağa başlayıb. Bu arada Rusiya və Ukrayna nümayəndə heyətləri Belarus sərhədində danışıqlara başlamalıdırlar.

Bir gün öncə Prezident Vladimir Putin Rusiya nüvə qüvvələrini “xüsusi döyüş növbətçiliyi rejimi”nə gətirmək əmri verib. O qərarını NATO rəhbərlinini “aqressiv bəyanatları”na cavab olduğunu deyib.

İtkilər

Ukrayna Rusiyanın Çerniqov şəhərini bütün gecəni atəşə tutduğunu bəyan edir.

Paytaxt Kiyevdə və ölkənin ikinci böyük şəhəri Xarkovda partlayışlar baş verir.

Prezident Volodimir Zelenski fevralın 27-də deyib ki, növbəti 24 saat – Rusiyanın təcavüzünün beşinci günü Ukrayna üçün “həlledici” olacaq.

Rusiyanın Müdafiə Nazirliyi ilk dəfə olaraq müharibədə itkiləri etiraf etsə də, rəqəm açıqlamayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Rusiya ordusunun 4500 itki verdiyini deyir.

Ukrayna Daxili İşlər Nazirliyi dinc əhali arasında itki sayını açıqlayıb – 352 nəfərin öldüyü, 1684 nəfərin yaralandığı bildirilir.

Ukraynaya dəstək aksiyası keçirilib
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Aİ 450 milyon dollarlıq silah göndərir

Avropa İttifaqı (Aİ) Ukraynaya 450 milyon dollarlıq öldürücü silah göndərəcək. Bu, Aİ tarixində aktiv münaqişə zonasına ilk silah göndərişidir. Bundan başqa, Aİ-nin ayrı-ayrı üzvləri Ukraynaya döyüş təyyarələri verəcək.

Aİ-nin Xarici siyasət üzrə başçısı Jozep Borrel qeyd edib ki, Brüssel Ukraynanı müharibəni aparmaq üçün ciddi vasitələrlə təmin etməyə hazırdır.

Bazar günü Rusiyada müharibəyə qarşı etirazlarda 2700-dən çox, Belarusda azı 545 nəfər saxlanıb.

Bakıda Ukraynaya humanitar yardım toplanır
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Putin fevralın 22-də Ukraynanın şərqindəki qondarma “DXR” və “LXR” separatçı qurumlarının müstəqilliyini tanıyıb. İki gün sonra isə Ukraynaya müxtəlif istiqamətlərdən hücuma başlayıb. Putin hücumu Ukraynanı “demilitarizasiya” etmək məqsədi güddüyünü deyir.

Dünya liderləri Rusiyanın Ukraynaya təcavüzünü pisləyib, ona sanksiyalar tətbiq etməyə başlayıblar.

Rusiya rublu həftəni düşüşlə başlayıb. Moskva vaxtıyla səhər saat 6:50-də bir dollar 113.5 rubla bərabər olub.

XS
SM
MD
LG