Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:46

ABŞ Rusiya üçün hava məkanını bağlayır


Co Bayden çıxış edir
Co Bayden çıxış edir

Hər iki partiyadan senator və konqresmenlərin bir çoxu Baydenin çıxışını Ukrayna bayraqları, sarı-mavi aksesuarlarla dinləyiblər

Martın 1-də ABŞ Prezidenti Co Bayden bu postda ilk dəfə olaraq Konqresdə illik “Ölkənin vəziyyəti” (State of the Union) haqda çıxış edib. Onun çıxışının əhəmiyyətli hissəsi Rusiyanın Ukraynaya qarşı təcavüzünə həsr olunub.

Hər iki partiyadan senator və konqresmenlərin bir çoxu Baydenin çıxışını Ukrayna bayraqları, sarı-mavi aksesuarlarla dinləyiblər. Ukraynanın ABŞ-dakı səfiri Oksana Makarova birinci ledi Cil Baydenin yanında əyləşib. Konqres üzvləri onu alqışlarla qarsalayıblar.

Avropayla xüsusi təhqiqat qrupu yaradılır

“Putin yanıldı. O, Ukrayna xalqının müqaviməti ilə üzləşdi. Ukraynalıların mərdliyi, prezident Zelenskinin qətiyyəti dünyanı valeh edir”, – ABŞ prezidenti deyib.

Bayden ABŞ və müttəfiqlərinin Rusiyaya sanksiyalarını sadalayıb, yüksək texnologiyalar çıxışın bağlanmasının Rusiya ordusunu zəiflədəcəyini deyib. ABŞ prezidenti Avropadan müttəfiqlərlə rusiyalı oliqarxların cinayətlərini, onların sərvətinin mənşəyini araşdırmaq üçün xüsusi qrup yaradıldığını elan edib.

“Bu gecə elan edirəm ki, biz müttəfiqlərimizə qoşularaq Amerikanın hava məkanını Rusiyadan bütün uçuşlar üçün qapadırıq, Rusiyanı daha da təcrid edərək iqtisadiyyatını bir az da sıxırıq. Rubl dəyərinin 30 faizini itirib”, – Bayden deyib.

İndiyədək Böyük Britaniya, Avropa İttifaqı və Avropanın bir neçə ölkəsi, eləcə də Kanada Rusiya üçün hava məkanını bağlayıb.

SWIFT nədir və necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

“Azad dünyanın qətiyyətini qıra bilməyəcək”

Bayden ABŞ-ın Ukraynaya köməyi davam etdirəcəyini, amma hərbi əməliyyatlarda iştirak etməyəcəyini deyib. “Putinin Ukraynada müharibəsi Rusiyanı zəiflədəcək, dünyanın qalan hissəsini gücləndirəcək. Biz birləşmiş Avropa və birləşmiş Qərb görürük. Bu sınaqdır, vaxt alacaq. Amma Putin heç vaxt azad dünyanın qətiyyətini qıra bilməyəcək”, – Bayden vurğulayıb.

O daha sonra iqtisadi məsələlərdən, ABŞ-da istehsalçılara yardımdan, vergi sistemində islahatlardan, COVID-19 pandemiyası ilə mübarizədən danışıb.

“Ölkənin vəziyyəti haqqında” çıxış ABŞ-da prezidentlərinin Konqresdə hər iki palataya illik müraciətidir. Bu çıxışda prezident administrasiyasının, üzvləri, diplomatlar, fəxri qonaqla da iştirak edir.

Amerikalıların üçdə ikisi Baydenin Rusiyaya Ukraynaya təcavüzə görə iqtisadi sanksiyalarını dəstəkləyir.

Xarkovda azərbaycanlılar xilas olunmalarını gözləyir
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Tənqid

Ancaq bəzi müşahidəçilər ABŞ-ın hava məkanının Rusiyanın üzünə bağlanmasını kiçik addım hesab edirlər.

Keçmiş prezident Donald Tramp martın 1-də deyib ki, “Ukraynaya qarşı müharibə olmamalıydı, Bayden, NATO və Qərbin bu müharibənin başlanmasını önləyə bilməməsi bəşəriyyət üçün dəhşətdir”.

Baydenin çıxışından sonra Respublikaçılar Partiyası ona cavabında prezidenti ölkədəki yüksək inflyasiya və digər problemlərə görə ittiham edir.

Xatırlatma

Rusiya 2014-cü ildə Krımı ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox insan öldürülüb.

Fevralın 22-də Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk qurumlarını tanıyan Putin iki gün sonra bu ölkəyə hücuma başlayıb.

Qərb Moskvaya sanksiyalar tətbiq edir.

XS
SM
MD
LG