Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

Taliban qız məktəblərini bir neçə saatlıq açır


Kunduzda məktəb
Kunduzda məktəb

Norveç Qaçqın Şurasının başçısı Jan Egeland Talibanı qərarını dəyişməyə çağırıb

Martın 23-də Əfqanıstanda qızlar üçün orta məktəblər bir neçə saatlığa açılandan sonra yenidən bağlanıb. Taliban qruplaşması şəriətə uyğun plan hazırlananadək məktəblərin qapalı qalacağı bildirilib.

Əfqanıstan Təhsil Nazirliyi ötən həftə deyirdi ki, martın 23-də qızlar daxil, şagirdlərin hamısı üçün məktəblər açılacaq. Bir neçə aydı orta məktəb yaşlı qızlar üçün qadağalar qüvvədə idi.

Növbəti sərəncamadək...

Təhsil Nazirliyinin sözçüsü martın 22-də yayılan videoda bütün şagirdləri dərslərin başlaması münasibətilə təbrik edib.

Martın 23-də Təhsil Nazirliyi bildirib ki, qız məktəbləri islam qaydaları və əfqan mədəniyyətinə uyğun plan hazırlananadək bağlı qalacaq.

“Qızlar üçün orta siniflərin hamısında və altıncı sinifdən yuxarı qız şagirdləri olan məktəblərdə növbəti sərəncama qədər dərs olmayacaq”, – “Bakhtar News” xəbər agentliyinin xəbərdə deyilir.

Talibanın sözçüsü İnamulla Samangani sərəncamın həqiqiliyi təsdiqləyib. “Bəli, bu doğrudur”, – o, “AFP”yə deyib.

Ukraynaya xaricdən könüllü legionerlər gəlir
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Reaksiyalar

UNICEF-in Cənubi Asiya üzrə regional direktoru Corc Laryea-Adcey Twitter mesajında bu qərardan məyusluğunu bildirib, bunu “böyük geriləmə” adlandırıb.


“Bu səhər bir ümidlə oyanmışdım ki, #Əfqanıstanda doğulmuş hər bir qız və oğlanın məktəbə getmək şansı olacaq”, – o yazıb.

“7-12-ci sinifdə oxuyan qızların məktəbə qayıda bilməməsindən dərin narahatlıq keçirirəm. Bu xəbər qızlar və onların gələcəyi üçün böyük geriləmədir”, – Laryea-Adcey yazıb.

Norveç Qaçqın Şurasının başçısı Jan Egeland isə Talibanı qərarını dəyişməyə çağırıb.

“Yerdən dəlil olmasa...”

Taliban qruplaşması hələ məktəbləri açacağını deyəndə öncə Human Rights Watch (HRW) insan haqları qrupu bu niyyətə şübhəylə yanaşırdı.

“Talibanın martın 22-də Əfqanıstanda qızlar üçün orta məktəblərin hamısını açmaq vədini diqqətlə monitorinq etmək lazımdır”, – HRW martın 22-də bildirib.

“Talibanın bəyanatları onun hərəkətlərindən çox fərqlənir”, – HRW-dan Hezer Barr söyləyib.

“Heç kəs Talibanın qızların orta məktəbdən kənarlaşdırılmasına son qoyduğuna inanmamalıdır, bunun üçün yerdən dəlil lazımdır”, – o, sözlərinə əlavə edib.

Taliban ötən avqustda Əfqanıstanda hakimiyyəti ələ keçirib. Beynəlxalq ictimaiyyət rejimin tanınması və ona yardım ayrılmasından ötrü hamı üçün təhsil hüququnu əsas şərt kimi qoyub.

XS
SM
MD
LG