Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:09

ABŞ Putinin qızlarına sanksiyalar qoyacaq


Mariya Vorontsova
Mariya Vorontsova

ABŞ Xəzinədarlığı aprelin 5-də Rusiyanın ABŞ maliyyə institutlarındakı hesablardan hökumət borclarını ödəməsini bloklayıb

Birləşmiş Ştatlar Moksvanın Ukraynaya təcavüzü ilə bağlı Rusiyanın Sberbank və Alfa-bank banklarına tam bloklayıcı sanksiyalar qoyacaq.

Məhdudlaşdırıcı tədbirlərin yeni paketinə Sberbank və Alfabankın bütün tranş və aktivlərinin bloklanması daxildir.

Xəbər verilir ki, bura enerji ilə bağlı tranşlar daxil deyil.

Ağ Evin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, Rusiya prezidenti Vladimir Putinin qızlarına, xarici işlər naziri Sergey Lavrovun arvadı və qızına, habelə Rusiya hökumətinin başçısı Mixail Mişustinə və Putinin Təhlükəslzik Şurası üzrə müavini, keçmiş prezident Dmitri Medvedevə sanksiyalar qoyulacaq.

ABŞ habelə Rusiya iqtisadiyyatına hər hansı investisiyaların qoyulmasını qadağan edəcək.

Sanksiya siyahısının apreln 6-da rəsmən elan ediləcəyi gözlənilir.

“Buça vəhşiliyinə” görə

Rusiyanın dövlət mediası bildirir ki, sanksiyalar Sberbankın işinə və onun rusiyalılara xidmət göstərməsinə əsaslı təsir etməyəcək, çünki sistem bundan əvvəlki sanksiyalarla bağlı yenidən qurulub.

Alfabank da buna bənzər bəyanatla çıxış edib.

ABŞ bildirir ki, sanksiyaların gücləndirilməsi qərarı Rusiya ordusunun Kiyev yaxınlığındakı Buçada törətdiyi qırğından sonra verilib və Vaşinqton sözü gedən sanksiyaları G7 və Avropa İttifaqı ilə birlikdə tətbiq edir.

Prezident Co Bayden Twitter-də yazıb ki, “Rusiya Buçada törətdiyi vəhşiliyə görə sərt şəkildə və dərhal bədəl ödəyəcək”.

Rusiyaya qarşı yeni sanksiyalarını Britaniya da elan edib.

London bəyan edib ki, Sberbank və Moskva Kredit Bankının aktivləri dərhal dondurulur.

Bu da xəbər verilir ki, sanksiyalar siyahısına daha 9 fiziki şəxs əlavə edilib. Onların arasında Novateksin rəhbəri Leonid Mixelson da var.

Azərbaycan özünü Rusiyaya qarşı sanksiyaların hədəfinə çevirə bilər
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Aİ razılığa gələ bilməyib

Avropa İttifaqı üzvlərinin aprelin 6-da Rusiyaya qarşı sanksiyalar məsələsində tam razılığa gələ bilmədikləri xəbər verilir.

Bu da qeyd olunur ki, başlıca fikir ixtilafı Rusiya kömürünə tam qadağan qoyulmasına görə baş verib.

Bir sıra ölkələr Rusiya kömürü ilə bağlı sanksiyaların mövcud kontraktları istisna etməsində israr edirlər.

Müzakirələtin aprelin 7-də davam etdiriləcəyi gözlənilir. ABŞ sanksiyalarının rəsmi bəyan edilməsinin ləngiməsi də bununla bağlı ola bilər.

Financial Times bundan əvvəl xəbər verirdi ki, Aİ sanskiya siyahısına Sberbankın rəhbəri German Qrefin, Oleq Deripaska, Boris Rotenberqin və Kremlə yaxın daha bir neçə biznemsmenin adları salına bilər.

Putinin qızları kimi tanınan Katerina Tixonovaya və Mariya Vorontsovaya da sanksiyaların qoyulacağı gözlənilir.

Putin sözü gedən bu iki qadının onun qızları olmasını rəsmən etiraf etməyib.

Putinin qızları sanksiya siyahısına salına bilər

Dörd Avropa və ABŞ rəsmisinin sözlərinə görə, qərar hələ yekunlaşdırılmayıb, yəni, Putinin qızları yeni siyahıya salınmaya da bilər.

Qərarın aprelin 7-də elan olunacağı gözlənir.

İndiyədək Qərb Putinin özünə, digər əsas rəsmilərə sanksiya tətbiq edib. Rusiya iqtisadiyyatına ziyan vuran sanksiyalar Ukraynaya qarşı müharibəyə böyük təsir göstərməyib.

***

Avropa İttifaqı (Aİ) “Sberbank” rəhbəri German Qref, Kremlə yaxın biznesmenlər Oleq Deripaska, Boris Rotenberq, həmçinin Prezident Vladimir Putinin qızları Katerina TixonovaMariya Vorontsovanı Rusiyaya qarşı sanksiya siyahısına sala bilər. Bu haqda “Financial Times” qəzeti sənəd layihəsinə istinadla xəbər verir.

ABŞ-ın da Putinin qızlarına sanksiyaları nəzərdən keçirdiyi bildirilir.

Putin Tixonova və Vorontsovanın onun qızları olduğunu birbaşa təsdiqləməyib.

Qızlardan yaşca kiçiyi Tixonova “İnnopraktika” fondunun rəhbəridir. O, ötən ilin noyabrında “Texnoloji investisiyalar fondu”nun qeydiyyatı üçün ərizə verib. Fond startaplara sərmayələr üzrə ixtisaslaşacaq.

Tibb elmləri namizədi Vorontsova isə 2011-ci ildə Moskva Dövlət Universitetinin fundamental tibb fakültəsini “müalicə işi” ixtisası üzrə bitirib. 2021-ci ilin aprelində yayılmış məlumata görə, hakimiyyət onun rəhbərliyi altında genetik tədqiqatlara 200 milyard rubldan artıq vəsait ayırır.

“Bloomberg” Putinin qızlarına gözlənən sanksiyaları “simvolik jest” hesab edir, çünki Tixonova və Vorontsovanın Rusiyadan kənarda hansısa aktivləri barədə məlumat yoxdur.

***

Avropa İttifaqı (Aİ) Şurasının başçısı Şarl Mişel deyir ki, blok “gec-tez” Rusiya neft və qazına sanksiya tətbiq etməli olacaq. Rusiya əsgərlərinin Ukraynada hərbi cinayətlər törətməsinə dair xəbərlər fonunda Aİ Moskvaya təzyiqi artırmağa çalışır.

“Məncə, neftə, hətta qaza qarşı tədbirlər tez, ya gec gərəkəcək”, – Mişel aprelin 6-da Avropa Parlamentində çıxışında deyib.

Mişel avropalı deputatları bu addımları nəzərdən keçirməyə çağırıb.

Qaz göndərişləri davam edir

Bu arada Rusiyanın xəbər agentlikləri Gazrpom dövlət şirkətinin aprelin 6-da Ukrayna vasitəsilə Avropaya təbii qaz nəqlini kontraktlara uyğun davam etdirdiyi xəbər verir. Bu günün tələbatı 108.4 milyon kubmetrdir, yəni bir gün öncəki həcmlərə uyğundur. Interfax bunu Ukraynanın qaz kəmərləri əməliyyatçısına istinadla bildirir.

Bu gün ABŞ və Avropa müttəfiqlərinin Rusiyaya yeni sərt sanksiyaları açıqlayacağı gözlənir. Məqsəd Rusiyanın Ukraynada dinc sakinlərə hücumlarına görə iqtisadi və texnoloji təcridini gücləndirməkdir.

Maliyyə institutlarına yeni sanksiyalar, Rusiyada yeni investisiyaya qadağa, hökumət müəssisələrinə daha sərt sanksiyalar, Rusiyanın hökumət rəsmiləri və ailə üzvlərinə əlavə qadağalar gözlənir.

“Əsas məqsədimiz Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə resurslarını tükəndirməkdir”, – Ağ evin sözçüsü Jen Psaki aprelin 5-də deyib.

350 milyard dollarlıq aktiv dondurulub

ABŞ Xəzinədarlığı isə aprelin 5-də Rusiyanın ABŞ maliyyə institutlarındakı hesablardan hökumət borclarını ödəməsini bloklayıb.

Britaniya Putinin “müharibə sandığı”ndan 350 milyard dollarlıq aktivi dondurduğunu elan edib. Xarici işlər naziri Liz Trass bunun Rusiyanın 604 milyard dollarlıq valyuta ehtiyatının 60 faizindən çoxu demək olduğunu söyləyib.

Avropa İttifaqı isə sanksiyaların beşinci paketinin neft və kömür ixracını hədəflədiyini, Rusiya gəmilərinin Avropa limanlarına buraxılmayacağını açıqlayıb.

Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayıb.

XS
SM
MD
LG