Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:09

Yerli buğda, əsasən, heyvan yeminə yarayır


Ekspert: 'Rusiyadan buğda asılılığı çoxdan aradan qaldırılmalı idi'
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Ekspert: 'Rusiyadan buğda asılılığı çoxdan aradan qaldırılmalı idi'

Yerli buğda, əsasən, heyvan yeminə yarayır

Aprelin 12-də prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə makroiqtisadi göstəricilər və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə daha çox yer ayrılıb. Bu baxımdan, ən diqqətçəkən məqamlardan biri prezidentin Azərbaycanın özünü ərzaqlıq buğda ilə təminat səviyyəsini açıqlamasıdır.

Dövlət Statistika Komitəsinin (DSK) hesabatında ölkədə yetişdirilən və istifadə olunan buğdanın göstəriciləri diqqətə yetirilir. Həmin göstəricilər əsasında hesablama göstərir ki, Azərbaycan buğda tələbinin təxminən 60 faizini daxili istehsal hesabına təmin edir. Bu isə ölkənin ərzaq təhlükəsizliyi baxımından vacib sayılan 70 faizlik təminat göstəricisindən aşağıdır. Məsələn, ötən il Azərbaycanda toplamda 1 milyon 885 min ton buğda yetişdirilib. Ölkəyə gətirilən buğdanın həcmi isə 1 milyon 148 min ton olub. Başqa deyimlə, tələbin 40 faizə yaxını idxal hesabına təmin edilib. Amma prezidentin açıqlamasından aydın olur ki, sən demə, ölkənin sırf ərzaqlıq buğda ilə təminat göstəriciləri daha acınacaqlı haldadır - cəmi 25 faizdir və ölkə ərzaqlıq buğda tələbinin cəmi dörddə birini öz hesabına təmin edə bilir.

Fermer: 'Sovet vaxtı bundan iki dəfə artıq buğda götürürdük'
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Nəzərə almaq lazımdır ki, rəsmi rəqəmlərə görə, ölkədə buğda, əsasən, elə ərzaq üçün istifadə edilir. DSK-nın sonuncu rəqəmlərinə görə, ilsonu qalığı (567 min ton) nəzərə alınmasa, ölkədə ilboyu 3 milyon 500 min tona yaxın buğda istifadə edilib. Həmin göstəricinin 70 faizdən çoxu və ya 2 milyon 534 min tonu ərzaq məhsullarının istehsalına yönəldilib. Azərbaycanın daxili istehsal hesabına ərzaqlıq buğda tələbinin cəmi 25 faizini ödəyə bilməsi ərzaq təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Tətbiq edilən sanksiyalar ucbatından Rusiyanın taxıl ixracını məhdudlaşdırması bu riskləri daha da artırır, çünki həmin ölkə Azərbaycanın buğda idxalında liderdir. Ölkədə ərzaq istehsalına sərf edilən buğdanın mütləq əksəriyyəti – 97 faizi un və yarmaya işlədilib. Ərzaqlıq buğdanın qalan hissəsi pivə və spirt istehsalına sərf edilib.

Azərbaycanda buğda ərzaq məhsullarından sonra ən çox mal-qara və quş yemi kimi istifadə edilir. Sonuncu rəsmi rəqəmlərə görə, ölkədə istifadə edilən buğdanın təxminən 15 faizi (500 min tondan çox buğda) məhz heyvan yemi kimi istifadə edilib. Azərbaycanın ərzaqlıq buğda ilə təminat səviyyəsinin 25 faiz olması ilə bağlı açıqlamada bildirilir ki, yerli buğda, əsasən, heyvan yemi kimi istifadəyə yarayır. Bu isə ölkədə buğda istehsalı səviyyəsinin aşağı olması ilə yanaşı, mövcud istehsalda ciddi keyfiyyət problemini də üzə çıxarır.

Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Yerli istehsal keyfiyyətcə niyə yetərsizdir?

Məhsulun keyfiyyətinə təsir göstərən əsas amillərdən biri su çatışmazlığı və suvarma sistemlərindən səmərəsiz istifadədir. Aqrar Tədqiqatlar Mərkəzinin açıqladığı rəqəmlərə görə, ölkədə buğda əkilən ərazilərin 64 faizində su çatışmazlığı var. Suvarılan sahələrin cəmi 5 faizində müasir suvarma sistemlərindən faydalanılır. Su itkisi də Azərbaycanda ən ciddi problemlərdən sayılır. Rəsmi açıqlamalarda qeyd edilir ki, Azərbaycanda istifadə edilən suyun üçdə biri itkiyə gedir.

Ölkədə əkin məhsuldarlığını azaldan amillərdən biri də toxumlardır, çünki istifadə edilən toxumların keyfiyyəti ilə bağlı göstəricilər bilinmir. Dünya ölkələrinin bir çoxunda əkin ərazilərin nə qədərində yüksək, nə qədərində aşağı keyfiyyətli toxumdan istifadə edildiyi açıqlanır. Digər tərəfdən, bir çox ölkələrdə istifadə edilən toxumların keyfiyyətinə ciddi nəzarət mexanizmləri var və aşağı keyfiyyətli toxumlardan istifadə məhdudlaşdırılır. Bu baxımdan, həm bazara çıxarılan toxumların keyfiyyəti, həm də fermerlərin yetişdirdiyi məhsullardan əldə etdiyi və əkin üçün istifadə etdiyi toxumların keyfiyyəti yoxlanılır. Bütün bunları nəzərə alaraq, Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın aşağı olmasını torpaq və su resursları ilə yanaşı, həm də toxumların keyfiyyətinə nəzarət edilməməsinə bağlamaq olar.

Kəndli niyə taxıl əkmək istəmir?
Gözlə

No media source currently available

0:00 0:06:57 0:00

Qiymətlər artır

Son iki ildə qlobal ərzaq qiymətlərində rekord artım gözə çarpır. Ən çox artım qeydə alınan məhsul növlərindən biri də taxıl məhsullarıdır. Pandemiyanın təsirləri ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi də taxıl bazarlarında qiymətləri artırıb. Bahalaşmanı Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərindən də görmək olur. Rəsmi rəqəmlərə görə, son ildə ölkədə ən çox bahalaşan məhsullardan biri əla növ buğda çörəyidir. Ötən ilin martında bu məhsulun orta bazar qiyməti (1 kiloqram üçün) 82 qəpik idisə, hazırda 1 manat 12 qəpikdir, yəni 37 faiz bahalaşıb. Çovdar çörəyi də son 1 il ərzində 31 faiz bahalaşıb və 1 kiloqram üçün orta bazar qiyməti 1 manat 22 qəpikdən 1 manat 60 qəpiyə yüksəlib. Qarışıq undan hazırlanan çörəklər də 27 faiz bahalanıb. Bu məhsulun 1 kiloqramı üçün orta bazar qiyməti 1 manat 10 qəpikdən 1 manat 40 qəpiyə yüksəlib.

XS
SM
MD
LG