Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:01

Rusiya 'əməliyyatın ikinci fazası'nın hədəflərini açıqlayır


Ukrayna əsgərləri
Ukrayna əsgərləri

Moldova 30 ildir ki, ərazisindəki Rusiya qoşunlarının çıxarılmasını tələb edir

Ukraynada “xüsusi əməliyyatın” ikinci fazasının hədəfi Rusiyanın cənubuyla Krımı birləşdirməkdir. Rusiyanın Mərkəzi hərbi dairəsinin komandanı vəzifəsini icra edən Rüstəm Minnekayev aprelin 22-də bu haqda danışıb.

Rusiya fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibəni “xüsusi əməliyyat” adlandırır. Moskva Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edərək ölkənin şərqindəki Donbas regionunda separatçıları dəstəkləməyə başlayıb.

“Xüsusi əməliyyatın iki gün öncə başlanmış ikinci fazasında Rusiya ordusunun tapşırıqlarından biri Donbasa və Ukraynanın cənubuna tam nəzarəti bərqərar etməkdir. Bu isə Krıma quru dəhlizinin təmin olunması deməkdir”, – Sverdlovsk vilayətində Müdafiə sənayesi müəssisələri birliyinin illik toplantısında çıxış edən komandan deyib.

Dnestryanı bölgəyə çıxış

O əlavə edib ki, Ukraynanın cənubuna nəzarət Rusiya Silahlı qüvvələrinə “rusdilli əhalinin sıxışdırılması hallarının qeydə alındığı”, Moldovanın rusiyayönlü Dnestryanı separatçı bölgəsinə daha bir çıxış verəcək.

Minnekayevin dedikləri Rusiyanın Ukraynanın işğalının ikinci fazasında məqsədlərinin indiyədək verilmiş ən detallı təsviridir. Kiyev bununla Kremlin yalanlarının üzə çıxdığını deyir. Belə ki, Moskva daha öncə heç bir ərazi ambisiyası olmadığını bildirirdi.

“Onlar dayanmayacaqlar. Rusiya mərkəzi hərbi dairəsinin komandiri Rusiyanın təcavüzünün növbəti qurbanını elan edib. Ukraynanın cənubunu nəzarətə alandan sonra Rusiya Moldovanı işğal etməyi planlaşdırır, orada rusdillilərin ‘sıxışdırıldığını’ deyirlər”, – Ukraynanın Müdafiə Nazirliyi tvitində yazıb.

Kiyev indiyədək dəfələrlə xəbərdarlıq edib ki, Dnestryanı Rusiyanın Ukraynaya qarşı əməliyyatları üçün hərbi baza kimi istifadə oluna bilər. Kiyev NATO üzvü Rumıniyanın da bu məqsədlə istifadəsini istisna etməyib.

Moskvanın Dnestryanıya quru çıxışı üçün Rusiya ordusu Odessa və Mikolayev şəhərlərini tutmalıdır.

Dnestryanı separatçı regionu Rusiyanın keçmiş SSRİ ərazisində yaratdığı “donmuş münaqişələrdən” biridir və Moldova 1992-ci ildən bəri bu bölgəyə nəzarət etmir. Rusiya burada rusdilli əhalinin müdafiəsi üçün 500 əsgərlik “sülhməramlı” qüvvə və sovet dövründən qalma silah anbarının qorunması bəhanəsi ilə daha 1700 əsgər saxlayır. Moldova 30 ildir ki, ərazisindəki Rusiya qoşunlarının çıxarılmasını tələb edir.

Ukraynaya qarşı müharibədə növbəti fazanın başlandığını Xarici işlər naziri Sergey Lavrov aprelin 19-da açıqlayıb.

Rusiya Ukraynaya qarşı müharibəni ölkənin “denasifikasiyası” və “demilitarizasiyası” ilə əsaslandırıb. Qərb Ukraynanın işğalına görə Rusiyaya ağır sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG