Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:05

Rusiya ‘Azov’ batalyonunu ‘terrorçu təşkilat’ kimi mühakimə edəcək


Azovstal-dan çıxarılan yaralı
Azovstal-dan çıxarılan yaralı

Britaniya Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, Rusiya Ukraynanın şərqində üstünlük qazanmaq üçün ağır artilleriya bombardmanından istifadə edə bilər

Rusiya Baş Prokurorluğu Rusiya Ali Məhkəməsinə Ukraynanın “Azov” batalyonunun “terrorçu təşkilatlar” siyahısına daxil edilnməsi üçün müraciət edib.

Rusiya Ali Məhkəməsinin qeydiyyat kartotekasına görə bu məsələyə baxacaq məhkəmə iclası mayın 26-da qapalı keçiriləcək.

Rusiya rəsmiləri Ukraynanın “Azov” batalyonunu neonasist adlandırırlar.

Bu batalyon 2014-cü ildə könüllü hərbi birləşmə kimi yaradılıb.

O vaxt onun əsasını sağ təmayüllü qüvvələr təşkil edirdilər.

Bununla belə bu batalyonun əksər döyüşçüləri özlərini neonasist hesab etmirlər.

Bu alay Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxildir.

Məhz bu batayonun döyüşçüləri martın əvvəllərindən bəri Mariupoldakı Azovstal zavodunda Rusiya işğalçı qüvvələrinə müqavimət göstərirdilər.

Mariupol savaşı başa çatır

Baş nazirin müavini İrina Vereşçuk mayın 17-də bildirib ki, Ukrayna Azovstal-dan döyüşçülərin evakuasiyasının “gələcək mərhələləri” üzərində işləyir. “Allah qoysa, hər şey yaxşı olacaq”, – o, Telegram postunda yazıb.

Ukraynanın Müdafiə Nazirliyi 263 ukraynalı döyüşçünün, o cümlədən 53 “ağır yaralı”nın mayın 16-da zavoddan çıxarılaraq Rusiyanın nəzarətində olan əraziyə aparıldığını deyir

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 256 ukraynalı döyüşçü, o cümlədən 51 aralı “silahları yerə qoyaraq təslim olub”.

Kremlin sözçüsü Dmitri Peskov mayın 17-də deyib ki, “təslim olmuş” ukraynalı döyüşçülərlə “beynəlxalq standartlara uyğun” davranılacaq, Rusiya Prezidenti Vladimir Putin buna zəmanət verib.

Rusiyanın Müdafiə Nazirliyi daha öncə bəyan edib ki, yaralıların separatçıların nəzarətində olan şəhərdə müalicəsindən ötrü razılaşma əldə olunub. Kiyevsə döyüşçülərin rusiyalı əsgərlərə dəyişdiriləcəyini bildirib.

***

Ukrayna ordusu Mariupol şəhərindəki Azovstan polad zavodunda qalan qüvvələrin çıxarılmasına çalışdığını bildirir. Bununla da şəhərə nəzarət Rusiya qüvvələrinin nəzarətinə keçir. Mariupol aylarla Rusiya qüvvələri tərəfindən bombardman edilib, minlərlə dinc sakinin həlak olduğu bildirilir.

“Mariupol qarnizonu öz döyüş missiyasını yerinə yetirib”, – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 17-də bəyanatında bildirib.

Bir gün öncə Azovstal-dan 260-dan çox ukraynalı əsgər çıxarılıb. Onların bəziləri yaralıdır. Yüzlərlə əsgər və dinc sakin həftələrlə zavodun altındakı bunkerlərdə qalıb.

Yaralılar əsir hesab ediləcəkmi

Çoxu yaralı olan döyüşçülər Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilərə təxliyə ediliblər.

Ukrayna Prezidenti Volodimir Zelenski gecə videoçıxışında deyib ki, “Ukraynaya qəhrəmanlarının sağ qalması lazımdır”. O, döyüşçülərin dərhal azad edilməyəcəyi haqda da xəbərdarlıq edib, onların azad olunması üçün danışıqlara “məharət və zaman” gərəkdiyini vurğulayıb.

Yaralı döyüşçülərin hərbi əsir hesab edilib-edilmədiyi haqda açıqlama verilməyib.

Bununla da Ukraynada ən uzun və qanlı bir savaşın sona çatdığı görünür. Ordu rəhbərliyinin bildirdiyinə görə, Azovstal-ı müdafiə edənləriMoskvanı 20 min əsgəri Mariupola yönətlməyə vadar edib, onların ölkənin digər yerlərini sürətlə tutmasını önləyib.

Müharibədən öncə 400 min əhalisi olan Mariupol Rusiya bombardmanı nəticəsində xarabalığa çevrilib.

Çerniqovda 3 min 500 bina dağıdılıb

Britaniya hərbi kəşfiyyatının mayın 17-də açıqladığı bülletendə deyilir ki, Rusiya Ukraynanın şimalındakı Çerniqov şəhərində artilleriyadan istifadə ilə 3 min 500 binanı dağıdıb, yaxud ziyan vurub.

Ziyanın 80 faizinin yaşayış binalarına dəydiyi bildirilir.

Müharibənin əvvəlində paytaxt Kiyevə hədəfləyən Rusiya sonradan geri çəkilməyə, qüvvələrini şərqə yönəltməyə başladı.

Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, Rusiya Ukraynanın şərqində üstünlük qazanmaq üçün ağır artilleriya bombardmanından istifadə edə bilər.

Mayın 16-da Rusiyanın şərqdə hücumu intensivləşdirməsi nəticəsində azı 19 dinc sakin həlak olub. Luqansk vilayətindəki Severodonetsk şəhərində 10, Donetsk vilayətində isə 9 sakinin öldürüldüyü bildirilir. Məlumatları region rəsmiləri açıqlayıb.

Ukrayna ordusu mayın 16-da Xarkov ətrafında əkshücumu gücləndirdiyini, Rusiya əsgərlərini sərhədə doğru sıxışdırdığını bəyan edib.

XS
SM
MD
LG