Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:44

‘Putinin alman dostları’ Rosneftdən gedirlər


Almaniyanın keçmiş kansleri Gerhardt Şröder 2018-ci il Dünya Kubokunun açılışında Putini təbrik edir
Almaniyanın keçmiş kansleri Gerhardt Şröder 2018-ci il Dünya Kubokunun açılışında Putini təbrik edir

Almaniya hökumətinə 1998-ci ildən 2005-ci ilədək rəhbərlik etmiş Şröder Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra xüsusilə kəskin tənqidlərə məruz qalır

Almaniyanın keçmiş kansleri Gerhardt Şröder və Şimal Axını 2 qaz kəmərinin əməliyyatçı şirkətinin direktoru, alman biznesmen Mattias Varniq Rusiyanın neft-qaz nəhəngi Rosneft dövlət korporasiyasının direktorlar şurasını tərk etdiklərini bəyan ediblər.

Şirkətin mətbuat üçün məlumatında deyilir ki, onlar “direktorlar şurasında vəzifələrinin davam etdirilməsinin mümkün olmadığını” bildiriblər.

Rosneft hər iki almana “dəyişməz dəstəkləri” üçün təşəkkürünü bildirib.

Şröder Rosneftin direktorlar şurasına 2007-ci ildən başçılıq edirdi. O Rusiyanın Ukraynaya əsasız və səbəbsiz hücumundan sonra da vəzifəsindən getməmişdi.

Onun bu hərəkəti Almaniyada və başqa ölkələrdə siyasətçilərin böyük hiddətinə səbəb olmuşdu.

Bugünlərdə Avropa Parlamenti Rusiyadakı vəzifəsindən imtina etmədiyi təqdirdə Şröderin sanksiya siyahısına daxil edilməsini tələb edən qətnamə qəbul etmişdi.

Şröder habelə formal olaraq Şimal Axını Nord Stream AG əməliyyatçı səhmdərlar şirkətinə başçılıq edir.

Həm Mattias Varniq, həm də Şröder Rusiya prezidenti Vladimir Putinin “böyük dostları” sayılırlar.

‘Putinə yaxın’ keçmiş Almaniya kanslerinin ofisi əlindən alınır

Rusiya ilə sıx əlaqələrinə görə tənqid olunan keçmiş Almaniya kansleri Gerhardt Şröderin Bundestaqdakı ofisinin əlindən alınmasına dair təklif irəli sürülüb.

Bundan başqa mayın 19-da Avropa Parlamentində Şröderə qarşı sanksiyaların irəli sürülməsinə çağırışlar edilib.

Almaniyanın siyasi dairələrindəki mənbələr DPA agentliyinə deyib ki, Şröderin parlamentdəki ofisinin ləğvi barədə qərarı Bundestaqın büdcə komissiyası qəbul edib.

Bütün bunlara baxmayaraq 78 yaşlı keçmiş kansler keçmiş dövlət başçılarına düşən pensiyanı almaqda və xüsusi mühafizəçilərin xidmətindən istifadə etməkdə davam edəcək.

Vladimir Putin və Gerhard Şröder (2011-ci il)
Vladimir Putin və Gerhard Şröder (2011-ci il)

Almaniya hökumətinə 1998-ci ildən 2005-ci ilədək rəhbərlik etmiş Şröder Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra xüsusilə kəskin tənqidlərə məruz qalır.

O kansler vəzifəsindən getdikdən sonra Rusiyanın Gazprom şirkətinin ŞimalAxını-2 layihəsində vəzifə tutub.

Bu da xəbər verilir ki, parlament komissiyasının qərarında Şröderin Rusiya şirkətləri ilə bağlılığı və ya onun prezident Vladimir Putinə yaxınlığı qeyd olunmur.

DPA agentliyinin mənbəyi bildirir ki, belə yanaşma müəyyən hüquqi mürəkkəbliklərlə bağlı ola bilər.

Mayın 19-da Avropa Parlamentində qəbul edilmiş qətnamədə deyilir ki, Rusiyanın Ukraynaya hücumu ilə bağlı sanksiyalar Rusiya şirkətlərində çalışan keçmiş Avropa siyasətçilərinə də şamil edilməlidir.

Pul azadlıq və demokratiyanı əvəz edə bilməz

Avropa deputatları bu xüsusda bu yaxınlarda Rusiya şirkətlərindəki vəzifələrini tərk etmiş keçmiş Avstriya kansleri Volfqanq Şüsselin və Fransanın keçmiş baş naziri Fransua Filonun adlarını çəkiblər.

Avropa Parlamenti habelə Rusiyanın Rosneft şirkətinnin direktorlar şurasına daxil olan Şröderi və Avstriyanın keçmiş xarici işlər naziri Karin Knayslı vəzifələrindən istefa etməyə çağırıb.

Avropa Parlamentinin qəbul etdiyi qətnamədə deyilir:

"Ukrayna xalqı ilə həmrəy olaraq qalırıq və bəyan edirik ki, Avropanın sərhədlərində müharibə Avropa üçün sosial və iqtisadi nəticələrə səbəb ola bilər. Tamamilə dərk edirik ki, demokratiya və azadlığın heç bir pul və sosial rahatlıq ekvivalenti yoxdur”.

Avropa Parlamerntinin deputatları Avropa İttifaqının sanksiyalar siyahısının genişləndirilməsinə çağırıblar.

Hazırda Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı olan 6 minədək şəxsin adını qara siyahıya salıb.

XS
SM
MD
LG