Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:48

Nabiullina: Rusiya üçün iqtisadi şərait həmişəlik dəyişib


 usiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina
usiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina

Ötən həftə ABŞ Dövlət Departamenti bəyan etmişdi ki, Birləşmiş Ştatların hökuməti Rusiyada hər il keçirilən bu tədbirdə heç bir şəkildə iştirak etməyəcək

Peterburq şəhərində iyunun 15-də açılmış iqtisadi forumda Qərbin iri investorlarından heç kim iştirak etmir.

Agentstvo agentliyi yazır ki, Rusiya milyarderlərinin 6-sı bu forma qatılıb.

Ötən həftə ABŞ Dövlət Departamenti bəyan etmişdi ki, Birləşmiş Ştatların hökuməti Rusiyada hər il keçirilən bu tədbirdə heç bir şəkildə iştirak etməyəcək.

Dövlət Departamenti başqa ölkələri və onların biznesmenlərini də Peterburq forumunu boykot etməyə çağırmışdı.

Departamentin sözçüsü Ned Prays demişdi:

"Biz açıq siqnal göndərməliyik ki, Rusiyanın Ukraynaya hücumu davam etdikcə, daha əvvəlki kimi olmayacaq”.

Separatçı top atəşi açıb

Agentstvo saytı bildirir ki, bu forumda sərvəti 1 milyard dollardan çox olan 100 Rusiya biznesmenindən yalnız altısı çıxış edəcək.

Onlardan bəziləri Qərbin sanksiya siyahısındadır.

Foruma ev sahibliyi edənlərdən biri də Ukrayna separatçısı, qondarma “Donetsk xalq respublikasının” başçısı Denis Puşilindir.

O, iyunun 16-da deyib ki, Ukraynadakı “xüsusi əməliyyat” ilin sonunadək başa çata bilər.

Rəsmi Moskva Ukraynadakı müharibəni belə adlandırır.

Sönük tədbir

İyunun 16-da səhər forumda Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, prezidentin köməkçisi Maksim Oreşkin və iqtisadiyyat naziri Anton Siluanov çıxış ediblər.

Nabiullina çıxışında deyib ki, “Rusiya iqtisadiyyatı üçün şərait uzun müddətə, bəlkə də həmişəlik dəyişib”.

Onun sözlərinə görə Rusiya bundan sonra iqtisadiyyatı daxili bazara yönəltməlidir.

Nabiullina bildirib ki, ölkədə dollar, avro və başqa xarici valyutalardan istifadə qadağan olunmayacaq, valyuta əməliyyatlarına qoyulmuş məhdudiyyətlər qaldırılacaq.

Prezidentin köməkçisi Maksim Oreşkin qeyd edib ki, sovet tipli iqtisadiyyata qayıdış olmayacaq və idxalın əvəzlənməsi mütləq səciyyə daşımayacaq.

O habelə bildirib ki, rublun hazırkı yüksək məzənnəsi keçicidir, Rusiya valyutası üçün ən optimal məzənnə 1 dollara 70-80 rubldur.

İyunun 17-də Rusiya prezidenti Vladimir Putinin forumda çıxış edəcəyi gözlənir.

Peterburq iqtisadi forumu bu il 25-ci dəfə keçirilir.

Ötənilki forumda transmilli korporasiyaların başçıları, iri Qərb investorları və siyasətçiləri iştirak edirdilər.

Putinin iştirakı ilə keçirilən plenar iclaslara aparıcılığı isə tanınmış Qərb jurnalistləri edirdilər.

XS
SM
MD
LG