Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Aİ və Azərbaycan qaz sazişi hazırlayır


Arxiv fotosu
Arxiv fotosu

Avropa Komissiyası Aİ üzvlərinə Azərbaycanla qaz idxalını artırmaq, mövcud kəməri genişləndirmək üçün saziş imzalamağı təklif edib. “Reuters” agentliyi sənədin layihəsini gördüyünü yazır.

Anlaşma memorandumunu üzv ölkələr təsdiqləməlidir, ona dəyişiklik oluna bilər. “Reuters” bunun Ukraynadakı müharibə səbəbindən Rusiya qazından asılılığı azaltmaq səylərinin tərkib hissəsi olduğunu yazır.

İlə azı 20 milyard kubmetr qaz

11 iyul tarixli sənədə deyilir ki, tərəflər Cənub Qaz Dəhlizi vasitəsilə 2027-ci ilədək ilə azı 20 milyard kubmetr qazın qarşılıqlı ticarətini dəstəkləyirlər.

Cənub Qaz Dəhlizi şəbəkəsinin bir hissəsi olan Trans-Adriatik kəməri (TAP) ötən il Avropa ölkələrinə, o cümlədən İtaliyaya 8 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib.

Sənəddə deyilir ki, tərəflər Avropaya qaz tədarükünün artırılması üçün şəbəkənin genişlənməsinə maliyyə ayrılmasını dəstəkləyəcək. O da qeyd olunur ki, belə investisiyalar gələcəkdə aşağı karbonlu qazların daşınmasına imkan verməlidir ki, qaz emissiyaları planeti çirkləndirməsin.

Azərbaycan Bolqarıstana əlavə qaz verə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Uzunmüddətli kontraktlar

Avropaya qaz tədarükünün artırılması üçün Azərbaycan daxili istehsalı genşləndirməlidir.

Layihədə qaz istehsalçılarının təhlükəsizliyi üçün “uzunmüddətli, proqnozlaşdırılan və sabit kontraktların” vacibliyi vurğulanır. Gələcək qaz kontraktları isə Aİ-nin iqlim dəyişikliyi hədəflərinə uyğunlaşdırılmalıdır. Brüssel xüsusilə 2030-cu ildən sonra qazdan istifadəni azaltmağı hədəfləyir.

Rusiyadan qaz təchizatının daha da azaldılması məsələsi bu həftə bir daha gündəmə gəlib. Belə ki, Almaniyaya qaz nəql edən Şimal axını-1 kəməri texniki xidmətə dayandırılıb. Hökumətlər və şirkətlər Moskvanın fasiləni uzada biləcəyini deyirlər.

Sənəd layihəsində Aİ ilə Azərbaycanın bərpaolunan enerjinin təşviqini, gələcək hidrogen ticarətini də nəzərdən keçirəcəyi bildirilir.

XS
SM
MD
LG