Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:27

Makron Putinin hərəkətlərinə 'ağlabatan' izah tapa bilmir


Emmanuel Makron və Vladimir Putin (Arxiv fotosu)
Emmanuel Makron və Vladimir Putin (Arxiv fotosu)

Bununla belə Makron hər halda Putinin motivlərini izah etməyə çalışıb, amma dərhal qeyd edib ki, bu, onun Putinin motivləri ilə razılaşması anlamına gəlmir

Fransa prezidenti Emmanuel Makron deyib ki, o Ukraynaya hücum da daxil Vladimir Putinin hərəkətlərinə “ağlabatan izah” tapa bilmir.

O bu barədə CNN telekanalına müsahibəsində bildirib.

Bununla belə Makron hər halda Putinin motivlərini izah etməyə çalışıb, amma dərhal qeyd edib ki, bu, onun Putinin motivləri ilə razılaşması anlamına gəlmir.

Fransa liderinin fikrincə Rusiya prezidentində “böyük resentiment” hissi var.

Psixoloqlar resentiment dedikdə hər hansı bir şəxsin başqa bir şəxsə kin-küdurəti, onu öz uğursuzluqlarının səbəbi kimi görməsini nəzərdə tuturlar. Bu hissə habelə aşırı paxıllıq elementi daxildir.

Makron deyib:

"Onda belə bir hiss var ki, biz 1990-cı illərdən sonra ona lazımınca ehtiram göstərməmişik”.

Vasvasılıq

Makron habelə hesab edir ki, Putinin COVID-19 pandemiyası dövründə uzun müddət izolyasiyada olması onun psixikasına təsir edə bilərdi.

Putin ötən qış ərzində Makronun özü də daxil bir çox liderləri son dərəcə uzun masa arxasında qarşılayıb.

Bir sözlə o qorunmaq üçün uzun məsafələr saxlayır, görüşərkən əl tutmaqdan çəkinirdi.

Makron hesab edir ki, Putinin Rusiyada səfərbərlik elan etməsi onun böyük səhvidir.

“Bir neçə ay bundan əvvəl Putin israr edirdi: “NATO özünü bizə qarşı aqressiv aparır və mən yalnız situasiyaya reaksiya göstərmişəm”. Amma indi hamıya aydındır ki, müharibəni başlamaq istəyən lider məhz Putinin özü olub”.

Riyakar və qeyri-səmimi adamla danışmaq

Fransa prezidenti bundan əvvəl dəfələrlə Putinlə danışıqlar aparmağın mühümlüyünü vurğulayıb.

O bildirib ki, məhz onun Putinlə telefon danışıqları sayəsində Beynəlxalq Atom Energetikası Agentliyinin Ukraynadakı Zaporojye AES-ə səfərini təşkil etmək mümkün olub.

Makron müsahibə zamanı deyib ki, demokratiyaya düşmən təkcə avrtoritar rejimlər yox, həm də demokratiyaların öz işindəki populistlər və millətçilərdir.

Fransa prezidenti qeyd edib ki, Putinlə danışmaq son dərəcə çətindir, çünki o çox vaxt qeyri-səmimi və riyakar olur.

Makron sentyabrın 21-də Putinin ölkədə qismən səfərbərlik elan etməsindən sonra Qərbi Moskva üzərinə təzyiqləri artırmağa çağırıb:

"Putinin qismən səfərbərlik də daxil qəbul etdiyi qərarlar Rusiyanın daha böyük təcridinə səbəb olacaq”.

XS
SM
MD
LG