Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:26

Məhbəsdən müharibəyə: 3 min 300 dollar


Eduard Anisimovun məzarı
Eduard Anisimovun məzarı

Ukraynada döyüşlərə cəlb olunan məhbuslardan bəziləri çox ciddi cinayətlərə görə həbs olunublar

Sankt-Peterburqun Peterqof qəbiristanlığında bu yay 5 yeni məzar peyda olub. Onların hamısı bir-birinə bənzəyir. Üzərlərində taxta xaç, qara lövhə, ölənlərin üzərində qara lent olan fotosu var. Bu qəbirlər çoxlu təzə gül və çələngləri ilə də seçilir. Bəzi çələnglər Rusiya bayrağının rənglərindədir.

İyulda məhbusların “Vaqner” qrupu tərəfindən səfərbər edilərək Ukraynaya göndərilməsi haqda xəbərlər yayılmağa başlayıb. Bir videoda “Vaqner” qrupuna nəzarət edən və “Putinin aşpazı” kimi tanınan Priqojin özü məhbusları qrupun silahlı dəstələrinə yazılmağa çağırır.

“Vaqner” təmsilçiləri bu həbsxanalarda olublar

Sankt-Peterburq həbsxanalarındakı məhbusların yaxınları jurnalistlərə “Vaqner” təmsilçilərinin bu həbsxanalara gələrək məhbuslara 200 min rubl (3 min 300 dollar) pul və altı ay vuruşmaq qarşılığında azadlıq təklif etdiklərini deyiblər. “İstories” xəbər saytı iyulun 6-da Yablonevka həbsxanasından 40 məhbusdan ibarət ilk qrupun götürüldüyü, iyulun 25-də isə onlardan azı üçünün öldüyü xəbərini verib.

Uzun zamandan bəri “Vaqner” qrupu ilə hər hansı əlaqəsini danan Priqojin yayılan xəbərləri təkzib edir. Qərb hökumətləri Kremlin bu qrupdan Ukrayna, Liviya, Suriya, Sudan, Mozambik və Mərkəzi Afrika Respublikasında yararlandığını düşünür.

Sentyabrın 18-də Prezident yanında İnsan Haqları Şurasının 6 üzvü Baş Prokuror İqor Krasnova müraciət edərək cəza müddətini tamamlamamış məhbusların hansı əsasla Ukraynaya göndərildiyini sorğulayıblar. Müraciətdə deyilir ki, məhbusların döyüşə göndərilməsi haqda məlumat hətta dövlət mediasında da yayılıb. Müraciətdə döyüşlərə cəlb olunan məhbuslardan bəzilərinin çox ciddi cinayətlərə görə həbs olunduğu da vurğulanır.

Məhbusun cəza müddəti bitməyibsə

İnsan haqları fəalları bildirirlər ki, cəza müddəti bitməmiş məhbuslar yalnız prezidentin əfv fərmanı, Dövlət Dumasının amnistiya elanı, yaxud da əfv barədə məhkəmə qərarı əsasında azad edilə bilərlər.

Peterqof qəbiristanlığında peyda olan 5 qəbirdən biri Eduard Anisimov adlı məhbusa aiddir. Anisimovun qohum və tanışları onun həbsdə olduğunu və oradan özəl hərbi kontraktor tərəfindən Ukraynaya aparıldığını AzadlıqRadiosuna təsdiqləyiblər. Adının çəkilməsini istəməyən yaxın qohumu isə Anisimova çoxlu pul və altı aydan sonra azadlıq vəd edildiyini deyir.

“Onlar ona maliyyə yardımı da söz vermişdilər. Məhbuslarla müsahibə keçiriblər. O da razılaşıb. Çünki o, hərbçidir. Vəssalam, sonra da çıxıb gedib. …Əlbəttə, o, [getməsinin səbəbini də] izah etdi. İçəridə şərait dəhşətlidir. Çıxmaq şansının olduğu deyildikdən sonra kim ‘türmə’də qalmaq istəyər? Onu fikrindən döndərməyə çalışdım, ancaq özünüz başa düşürsünüz, o, yetkin adamdır”, – Anisimovun qohumu deyir.

9 il 10 ay həbs

Sibirdə doğulan Anisimov bir müddət Sankt-Peterburqda yaşayıb. O bir neçə il bir alman şirkətində sürücü işləyib. Cinayət işinin Federal antiinhisar xidmətinin saytında dərc olunmuş materiallarından Anisimovun 2018-ci ildə iri həcmdə narkotik satışı ittihamı ilə həbs olunduğunu görmək olur.

Məhkəmədə Anisimov 2017-ci ildə tanış olduğu “narkotik qaçaqmalçılığı ilə məşğul olan” adamların ona narkotik satmağı təklif etdiyini deyib. Ancaq o, özünün və yaxınlarının həyatları üçün qorxduğundan həmin adamların adlarını verməyib. Ancaq məhkəmədə həmin şəxslərin hüquq mühafizə qurumları ilə bağlı olduğunu düşündüyünü deyib.

2020-ci ilin yayında Leninqrad region məhkəməsi Anisimovu 9 il 10 ay həbs və 300 min rubl (4900 dollar) cərimə cəzasına məhkum edib. Məhkəmə qərarı səsləndirilən zaman o artıq 20 ay həbsdə qaldığı üçün daha səkkiz il cəza çəkməli idi.

Kirayə evlər 16 faizədək bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Qızına nə deyib

Anisimov Ukraynada döyüşmək üçün buraxıldıqdan sonra uşaqları ilə əlaqə saxlamağa imkan tapıb. Qızı ilə söhbətdə ona “demək olar ki, azad” olduğunu deyib. Yaxın qohumu onun bacısı ilə də əlaqə saxladığını, ona da eyni sözləri dediyini deyir.

Anisimovun başqa bir tanışının sözlərinə görə, o, Ukraynanın şərqində yerləşən və Rusiyanın dəstəklədiyi separatçıların əlində olan Luhanskda ölüb və ona iki medal verilib. Rusiya hökuməti Anisimova hər hansı medal verilməsi barədə rəsmi xəbər verməyib. Kremlin saytında da bununla bağlı hər hansı sərəncam dərc edilməyib.

Keçmiş məhbusun yaxın qohumu onun ölümündən sonra təltif edildiyini, ancaq yaxınlarının o mükafatları görmədiyini və onlar barədə detalları bilmədiyini təsdiqləyib. O, Anisimovun ailəsinə kompensasiya verilib-verilməyəcəyini də bilmir.

Anisimovun keçmiş arvadı AzadlıqRadiosu-na danışmaqdan imtina edib. O, müxbiri “Ukrayna Silahlı Qüvvələrinin xeyrinə casusluqda” suçlayıb və “həm indiki, həm də keçmiş” ailəsinin şəxsi həyatı haqda hər hansı məlumat “toplamaq və yaymağı” qadağan etdiyini deyib.

XS
SM
MD
LG