Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:34

Qazaxıstanda anti-Putin etirazçısı saxlanıb


Rafiq Jarılqasımov
Rafiq Jarılqasımov

Saxlanmazdan bir gün əvvəl Jarılqasımov Facebook-da ölkə rəsmilərini Putinin Qazaxıstana səfərlərini qadağan etməyə çağıran video yerləşdirmişdi

Qazaxıstanın ən böyük şəhəri Almatıda polis Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfərlərinə açıq şəkildə qarşı çıxan fəalı saxlayıb.

Putin hazırda Qazaxıstan paytaxtı Astanada keçirilən ikigünlük sammitdə iştirak edir.

Vera Jarılqasımova AzadlıqRadiosuna deyib ki, onu əri Rafiq Jarılqasımov oktyabrın 13-də mülki geyimlilər tərəfindən saxlanıb.

Onlar hüquq-mühafizə orqanlarının nümayəndəsi olduqlarını göstərən heç bir sənəd təqdim etməyiblər:

"Rafiq mənə zəng edib dedi ki, mülki geyimli şəxslər onu Bostandıq rayon polis şöbəsinə aparırlar. Bu anda telefon xətti kəsildi. Bundan sonra Rafiqdən heç bir xəbər yoxdur”.

Putini “terrorçu” adlandırmışdı

Vera Jarılqasımova inandığını bildirib ki, onun ərinin saxlanması onun bu yaxınlarda Putinin ölkəyə səfərinə etiraz üçün Almatıda aksiya keçirilməsinə çağırış etməsi ilə bağlıdır.

Saxlanmazdan bir gün əvvəl Jarılqasımov Facebook-da ölkə rəsmilərini Putinin Qazaxıstana səfərlərini qadağan etməyə çağıran video yerləşdirmişdi.

O həmin videoda Putini Ukraynaya qarşı təcavüzünə görə “terrorçu” adlandırırdı:

"Mən hamını oktyabrın 15-də Qazaxıstan şəhərlərinin mərkəzi meydanlarında etiraz aksiyalarına çağırıram”.

Jarılqasımov habelə polisi “xalqın tərəfinə keçməyə” çağırmışdı.

AzadlıqRadiosu bildirir ki, internetdə çox sayda istifadəçi Putinin Qazaxıstana səfərinə etiraz bildirib.

XS
SM
MD
LG