Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:40

İran universitetləri etirazın döyüş meydanına çevrilir


Tehran Universitetində etiraz aksiyası
Tehran Universitetində etiraz aksiyası

Əl-Zəhra Universitetinə prezident İbrahim Rəisinin baş çəkdiyi gün tələbələr “Rəisi rədd ol”, “mollalar rədd olsunlar” kimi şüarlar səsləndirirdilər

AzadlıqRadiosunun müxbirləri Qolnaz EsfəndiyariMəhəmməd Zərqaminin reportajında deyilir ki, oktyabrın 19-da Tehrandakı Əllamə Təbətəbayi Universitetinin qarşısında onlarca tələbə “şərəfsiz, şərəfsiz!” deyərək etiraz edirdilər.

Az sonra hökumət nümayəndəsi Əli Bahadori-Cəhrami universitetdən çıxanda 100-dək tələbə onu dövrəyə alıb.

IRNA agentliyi yazır ki, hökumət rəsmisi tələbələrlə söhbət edib, etirazları pisləyib və onların şüarlarının mənəviyyatsız olduğunu bildirib.

“Mənə dedilər sülh məsələsinə qarışma, o, İ.Əliyevin monopoliyasındadı”
Gözlə

No media source currently available

0:00 0:09:54 0:00

İranda sentyabrın 16-dan bəri ölkə boyunca antihökumət etirazları davam edir. Həmin gün 22 yaşlı qadın - Məhsa Əmini hicab qaydasını pozduğuna görə polis məntəqəsinə aparılmış və orda vəfat etmişdi.

Polis və təhlükəsizlik qüvvələri bu hadisədən başlanan etirazları qəddarlıqla yatırmağa çalışır.

Bu etirazlarda indiyədək 200-dən çox ölən, minlərlə saxlanan olub.

Hərəkətverici qüvvə

Beşinci həftədir ki, davam edən etirazlarda aparıcı rolu universitet tələbələri oynayır.

Vaşinqtonda yaşayan siyasi şərhçi və həbsxana həyatı yaşamış keçmiş tələbə fəalı Əli Əfşari bu barədə deyib:

"İndi etirazların hərəkətverici qüvvəsi universitetlərdir. Bu etiraz hərəkatının davam etməsi üçün yanacaqdır”.

İran universitetlərində çoxsaylı etiraz aksiyaları keçirilir. Tələbələr etirazlarını dərslərə getməməklə bildirirlər. Tələbə qızlar hicablarını açır və yandırır, saçlarını kəsirlər.

Belə etirazlarda tələbə qız və oğlanlar əl-ələ tutmaqla və nəğmə oxumaqla İranda mövcud olan ictimai tabuları pozurlar.

“Rəisi rədd olsun, mollalar rədd olsunlar!”

Oktyabrın 8-də Tehranın yalnız qızlar təhsil alan Əl-Zəhra Universitetinə prezident İbrahim Rəisinin baş çəkdiyi gün tələbələr “Rəisi rədd ol”, “mollalar rədd olsunlar” kimi şüarlar səsləndirirdilər.

Belə etirazlar adətən polisin müdaxiləsi və aksiyanın qəddarlıqla dağıdılması ilə nəticələnir.

İrandan kənardakı müşahidəçilər bildirirlər ki, ən zorakı insidentlərdən biri oktyabrın 2-də Tehranın nüfuzlu Şərif Texnoloji Universitetində baş verib. Burada aksiyadan sonra universitetə reyd keçirən təhlükəsizlik əməkdaşları 30-dan çox tələbəni həbs ediblər.

Gürcüstan və Ermənistan Azərbaycandan öndə
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Human Rights Watch insan haqları təşkilatında İran üzrə araşdırmaçı Tara Sepehrifar deyib ki, İran universtitetləri “xalq müqavimətinin” indikatoruna çevrilib.

Bu da məlumdur ki, bəzi universitet müəllimləri və professorları da tələbələrinin etirazlarına açıq dəstək verirlər.

Sentyabrın 29-da 200-dən çox universitet müəllimi etirazlarda həbs olunmuş tələbələrin azad edilməsini tələb edən petisiya imzalamışdılar.

Hökumətin siyahısında yoxdursa, jurnalisti nələr gözləyir?
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Professorların susmayanları da var

Zəncan şəhərində yerləşən Təməl Elmlərin Mütərəqqi Təhqiqatı İnstitutundan fizika professoru Ənciye İrfani vəzifəsindən istefa verib:

"Etirazçı tələbələr deyirdilər ki, küçələr qana boyanıb, amma bizim professorlarımız susurlar. Mən də bu səbəbdən istefa ərizəmi yazdım”.

Şərif Universitetindən adının çəkilməsini istəməyən bir tələbə AzadlıqRadiosuna deyib ki, hakimiyyət etirazların ardınca universiteti bağlayıb:

"Amma ümumi əhval-ruhiyyə sakit deyil. Elə ki, universitet açıldı, böyük bir ehtimalla toqquşmalar və nümayişlər olacaq”.

Tələbələr Şərif Universitetinin aerofəza mühəndisliyi fakültəsində təhsil alan Məhəmməd Nejadın azad olunmasını tələb edirlər. O sentyabrın 21-də həbs olunub.

Onun müəllimi Mehdi Salehi Twitter-də yazıb:

"Mənim sevimli tələbəm Məhəmməd Nejad bizim aerofəza fakültəsinin ən yaxşı tələbəsidir. Onun yeri həbsxana deyil”.

XS
SM
MD
LG