Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:35

Ukraynanın işğal edilmiş ərazilərində ‘yanğınlar’ baş verir


İllüstrativ foto
İllüstrativ foto

Qondarma DXR-in ərazi müdafiə qüvvələrinin qərargahında bildiriblər ki, yanğın Ukrayna silahlı qüvvələrinin zərbəsi nəticəsində baş verib

Ukraynada işğal altında olan Donetsk vilayətinin Şaxtyorsk şəhərindəki neft bazasında oktyabrın 26-da axşam böyük yanğın baş verib.

Yanğının video və fotoları yerli teleqram kanallarında yayılıb.

Qondarma DXR-in ərazi müdafiə qüvvələrinin qərargahında bildiriblər ki, yanğın Ukrayna silahlı qüvvələrinin zərbəsi nəticəsində baş verib.

Kiyev isə israr edir ki, yanğın elektroqaynaq avadanlığından ehtiyatsız istifadə nəticəsində törəyib.

Media xəbərlərində deyilir ki, yanğın dəmir yolu vağzalı rayonundakı neft bazasında baş verib.

Şahidlər bildirirlər ki, yanğının səmada yaratdığı qızartı qonşu şəhər və kəndlərdən də görünür.

Şaxtyorsk şəhərinin “meri” Aleksandr Şatov deyib ki, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.

TASS və yerli teleqram kanallar alovun yaxınlıqdakı evlərə keçdiyini bildirirlər.

Rusiya FHN bildirib ki, yanan dəmir yolu stansiyasındakı yanacaq sisternləridir.

By da qeyd olunur ki, hadisə yerinə yanğınsöndürmə qatarı göndərilib.

Qondarma DXR-in “hökuməti” bildirir ki, yanğın nəticəsində 12 yanacaq sisterni zədələnib. Qeyd olunur ki, yanğını lokallaşdırmaq mümkün olub.

Ukrayna silahlı qüvvələrinin strateji kommunikasiyalar idarəsindən bildiriblər ki, işğal olunmuş Donetsk vilayətinin Şaxtyorsk şəhərində yanacaq sisternlərinin partlayışı baş verib:

"Stansiya işçilərinin sərxoş vəziyyəətdə elektroqaynaq avadanlığı ilə ehtiyatsız hərəkətinə görə Donetsk qoşun birləşməsi üçün gətirilmiş yanacaq sisternlərinin partlayışı baş verib”.

Rusiya tərəfindən ilhaq edilmiş Krımda Sevastopol şəhərinin başçısı Mixail Razvojayev deyib ki, oktyabrın 27-də Balaklava İstilik Elektrik Stansiyası dron zərbəsinə məruz qalıb:

"Bugün gecə Balaklava İES-ə PUA hücumu olub. Təmirdə olan və işləməyən transformatorlardan biri yanıb”.

Onun sözlərinə görə İES işçiləri hələ FHN-nin gəlişindən əvvəl yanğını söndürüblər.

Razvojayevin sözlərinə görə, stansiya işçilərinin səyləri nəticəsində daha böyük ziyanın qarşısı alınıb.

O əlavə edib ki, radiolokasiya müdafiə sistemi PUA-nı vuraraq trayektoriyasından çıxarıb və zərbə hədəfə dəyməyib.

Putinin tərəfdarı Ermənistana niyə buraxılmadı?
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Məlumatda deyilir ki, Sevastopol və Krımın elektrik təchizatında fasilə yaranmayıb.

AzadlıqRadiosu bildirir ki, döyüş əməliyyatlarının getdiyi ərazilərdən alınan xəbərləri müstəqil qaydada təsdiqləmək mümkün deyil.

XS
SM
MD
LG