Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:46

Knyaz Potyomkinin sümükləri Xersondakı məzarından Rusiyaya aparılıb


Knyaz Qriqori Potyomkin (1739-1791)
Knyaz Qriqori Potyomkin (1739-1791)

Dəniz komandanı, admiral Fyodor Uşakovun, sərkərdələr Aleksandr Suvorov və Vasili Margelovun sümükləri də kilsədən çıxarılaraq qeyri-müəyyən yerə aparılıb

Ukraynanın işğal olunmuş Xerson vilayətində Moskvanın təyin etdiyi rəsmilər bildiriblər ki, 18-ci əsrin sərkərdəsi, knyaz Qriqori Potyomkinin sümükləri Xerson şəhərindəki məzarından qeyri-müəyyən yerə köçürülüb.

Rusiyanın Xerson vilayətinə təyin etdiyi başçı – Vladimir Saldo Krım TV telekanalına deyib ki, Potyomkinin sümükləri müqəddəs Yekaterina məbədindəki məzarından çıxarılaraq Dnepr çayı üzərindən Rusiyanın nəzarətində olan əraziyə, oradan isə Rusiyaya aparılıb.

Saldo RIA Novosti agentliyinə deyib ki, sümüklərlə birlikdə knyazın heykəli də Rusiyaya aparılıb.

Potyomkin 1783-cü ildə Krımın türklərdən alınaraq Rusiyaya birləşdirilməsində mühüm rol oynayıb.

Putin 2014-cü ildə Krımı Ukraynadan ilhaq edərkən öz imperiya ambisiyalarını həm də Potyomkinin irsi ilə izah edirdi.

Admiral Uşakovun Xersondakı abidəsi
Admiral Uşakovun Xersondakı abidəsi

Saldo deyib ki, habelə dəniz komandanı, admiral Fyodor Uşakovun, sərkərdələr Aleksandr SuvorovVasili Margelovun sümükləri də kilsədən çıxarılaraq qeyri-müəyyən yerə aparılıb.

İşğal administrasiyasının başçısı deyib ki, sümüklər bu ərazi təhlükəsiz olandan sonra qaytarılacaq.

Rusiyalı çağırışçılar: "Ukraynaya ölümə getmək istəmirik"
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Putinin imperiya kumiri

Knyaz Qriqori Potyomkin 18-ci əsrdə Rusiyanın dövlət xadimi, ordu generalı, həm də çariça Yekaterianın favoriti və məsləhətçisi olub.

Putin bu yaxınlarda Ukraynanın dörd vilayətinin Rusiya tərəfindən ilhaqına həsr olunmuş mərasimdə Potyomkini Ukraynanın şərqindəki şəhərlərin banisi kimi xatırlamışdı.

Rusiya Ukraynanın bu hissəsini “Novorossiya” – Yeni Rusiya adlandırır.

Tarixçilərin yazdığına görə Potyomkin Krım 1783-cü ildə Osmanlı imperiyası ilə sülh razılaşmasına görə Rusiyaya birləşdirildikdən sonra feldmarşal rütbəsi alıb və Qara dənizdə Sevastopol şəhərinin əsasını qoyub.

Sevastopol bazası

Sevastopol dəniz bazası kimi Türkiyə ilə 1768-1774-cü illər müharibəsində Rusiyanın qələbəsində mühüm rol oynayıb.

Rusiyada Potyomkinin adı həm də “Potyomkin kəndləri” deyimində işlənir. Bu ifadəni adətən “gözdən pərdə asmaq” mənasında işlədirlər. Deyilənlərə görə knyaz Potyomkin çariça Yekaterinanın gözündən pərdə asmaq üçün ilhaq olunmuş ərazilərdə kartondan dekorativ kəndlər qurdurmuşdu. Bu rəvayət tarixi faktlarla sübut olunmayıb.

Şərhçilər yazırlar ki, Rusiyanın tarixi şəxsiyyətlərinin sümüklərini repatriasya etməsi Ukrayna qüvvələrinin Xerson üzərinə uğurlu əks-hücumları ilə eyni vaxta təsadüf edir.

Anaları qız uşaqlarını abort etdirməyə məcbur edənlər
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Oktyabrın 28-də işğal administrasiyasının rəsmiləri Xerson şəhərində və onun ətrafında vəziyyətin gərgin olduğunu bildiriblər.

Bəzi məlumatlara görə indi Xersonda Rusiya əsgərlərinin sayı yerli sakinlərdən çoxdur.

İşğal administrasiyası Xerson vilayətinin sakinlərini təxliyə etsə də, Moskva bölgəyə yeni-yeni döyüş qüvvələri gətirir.

XS
SM
MD
LG