Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:01

İran polisinin qəddarlığını əks etdirən video yayılıb


Polis motosikletçiləri
Polis motosikletçiləri

Video yazısının bir məqamında polislərdən birinin sözü gedən adamın üstündən motosiklet sürdüyü görünür

Sosial mediada yayılmış videoda İranda polis zabitlərinin bir nəfəri döydüyü, onun üstündən motosikletlə keçdiyi və sonra ona atəş açdığı görünür.

Polis bildirib ki, sosial mediada noyabrın 1-də yayılmış bu video ilə bağlı təhqiqata başlayıb.

Bəzi xəbərlərdə bildirilir ki, video Tehranın cənubundakı Naziabad qəsəbəsində çəkilib.

Bu qəsəbədə anti-hökumət aksiyasının keçirildiyi məlumdur.

AzadlıqRadiosu bu xəbəri müstəqil şəkildə təsdiq edə bilmir.

Polisin verdiyi bəyanatda deyilir ki, bu hadisə ilə bağlı dərhal araşdırmaya başlanıb:

"Polis zorakı və ya qanuna zidd davranışı qəbul etmir və qanunu pozanlara qarşı tədbirlər görüləcək”.

"O ölüb, o ölüb..."

Sözü gedən videoda gecə vaxtı bir küçədə onlarca polisin yerə uzanmış bir nəfəri döydüyü əks olunub.

Video yazısının bir məqamında polislərdən birinin sözü gedən adamın üstündən motosiklet sürdüyü görünür.

Bunun ardınca əynində polis forması olan bir nəfər həmin şəxsi dəyənəklə döyür, digər polis isə ona atəş açır.

Hücuma məruz qalan şəxs əvvəlcə əlləri ilə müdafiə olunmağa çalışsa da, videoda onun süst düşdüyü görünür.

Arxa planda kimsə “o ölüb, o ölüb” deyir.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

“Saxta polislər” iddiası

Bu hadisə gənc qadın Məhsa Əmininin hicab qaydasını pozduğuna görə polisə aparılmasından və orda vəfat etməsindən sonra başlanan etiraz aksiyalarının yeddinci həftəsində baş verib.

Bu etirazların gedişində qadınlar hicablarını açır, yandırır və etiraz olaraq saçlarını kəsirdilər.

İranlı ana: "Oğluma tələsik ölüm hökmü kəsdilər"
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Aksiyalarda “diktatora ölüm” və “qadın, həyat və azadlıq” şüarları səsləndirilirdi.

İran hakimiyyəti Qərbi bu etirazları qızışdırmaqda ittiham edir.

Etirazlarda 250 nəfərin öldüyü və bir neçə min insanın polis tərəfindən saxlandığı xəbər verilir.

Ötən ay İran polisinin rəisi general Hüseyn Əştari heç bir dəlil-sübut təqdim etmədən bildirmişdi ki, “polis forması geyinmiş xarici əks-inqilabi qüvvələr” izdihama atəş açıb.

O bunu da iddia etmişdi ki, “saxta polislərdən” bəziləri həbs olunub.

Amnesty International təşkilatı noyabrın 2-də bildirib ki, sözü gedən video “İran təhlükəsizlik qüvvələrinin heç bir həddi-hüdud tanımadığını” nümayiş etdirir.

XS
SM
MD
LG