Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:11

Ekspert: Azərbaycan-Ermənistan sülhü İranı ona görə narahat edir ki...


İranı dost ölkə saymaq olarmı? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

İranı dost ölkə saymaq olarmı? - Bakıda sorğu

Ekspert: Azərbaycan onu Naxçıvanla birləşdirən dəhlizin açılmasına nail olsa, 2020-ci il müharibəsinin ikinci böyük məğlubu İran olacaq

Keçmiş SSRİ respublikaları sahəsində ekspert, serbiyalı siyasi təhlilçi Nikola Mikoviç euractiv.com saytında yazır ki, Tehran Naxçıvan dəhlizinin (müəllif Azərbaycanda “Zəngəzur dəhlizi” adlandırılan dəhlizi belə adlandırır-red) Azərbaycanı təkcə onun eksklavı ilə deyil, həm də Türkiyə ilə birləşdirəcəyindən agahdır.

Məqalədə deyilir ki, son həftələrdə İranı kütləvi etiraz aksiyaları bürüsə də, İran İslam İnqilabı Keşikçiləri Korpusu diqqətini daha az təhlükə təşkil edən başqa bir məsələyə - Azərbaycan və Ermənistan arasında mümkün sülh razılaşmasına yönəldib.

Ekspert İranın ötən ay Araz çayı hövzəsində keçirdiyi genişmiqyaslı manevrləri də məhz bu narahatlıqla bağlayır.

Ermənistan da narahatdır ki, Naxçıvan dəhlizi onun suverenliyinə və İranla əlaqələrinə xələl gətirə bilər.

İranın Türkiyə, İsrail narahatlığı

Ekspertin fikrincə sözü gedən dəhliz tikilərsə, o həm də Türkiyəyə Cənubi Qafqaza və Mərkəzi Asiyaya daha qısa yolla çıxış verəcək. Bu, Ankaranın böyük geosiyasi uğuru olardı.

Müəllif bildirir ki, bütün bunlar İranın regiondakı mövqeyini zəiflədə, Cənubi Qafqazdakı tranzitdə onun inhisarına son qoyardı. Təhlükəsizlik məsələlərinə gəldikdə isə Tehran düşünür ki, bu nəqliyyat dəhlizindən yalnız İranın rəqibləri istifadə edə bilər.

Məqalədə bu da qeyd olunur ki, əhalisinin böyük çoxluğu şiə olan Azərbaycan İranın qatı düşməni İsraillə sıx bağlara malikdir. İranın başqa bir narahatlığı da məhz burdan qaynaqlanır.

Ekspert belə nəticəyə gəlir ki, İran Ermənistan ərazisi ilə bu dəhlizin açılmasını istəmir.

Mikoviçin fikrincə İran sözü gedən dəhlizin yaxınlığında yerləşən Qafanda konsulluq açmaqla Azərbaycana işarə edib ki, Tehran regionda əsas oyunçulardan biri olaraq qalacaq. Bəzi xəbərlərə görə İran Ermənistana Şahed-136 dronları verilməsi məsələsini nəzərdən keçirir.

Nə dost, nə də qardaş

Ekspert yazır ki, Tehran öz niyyətlərini gizlətmir. Məqalədə deyilir bu yaxınlarda İranın azərbaycandilli telekanalında Azərbaycana qarşı açıq təhdidlə çıxışlar edilib, lakin Azərbaycan da ritorikasında davakardır.

Azərbaycanda hakimiyyətə yaxın medialar İranın şimalındakı əhalinin də azərbaycanlı olduğunu qabardan, azərbaycanlıların yaşadıqları ərazilərin İrandan ayrılmasına rəğbətlə yanaşan yazılar dərc ediblər:

“Bir məsələ tam aydındır: Azərbaycan və İran arasında hazırkı münasibətlər nə dost, nə də qardaş münasibətləri deyil. Azərbaycan dünyəvi ölkədir və şiə məzhəbi iki ölkə arasında yeganə ortaq məqamdır. Bakının və Tehranın başqa müttəfiqləri, başqa prioritetləri və başqa geosiyasi məqsədləri var”.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Müəllif bildirir ki, Azərbaycan onu Naxçıvanla birləşdirən dəhlizin açılmasına nail olsa, 2020-ci il müharibəsinin ikinci böyük məğlubu İran olacaq.

XS
SM
MD
LG