Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:06

Britaniya Rusiyaya aid 20.5 milyard dollarlıq aktivləri dondurub


Londonda Rusiya oliqarxı Oleq Deripaskaya məxsus mülkün fəallar tərəfindən tutulması
Londonda Rusiya oliqarxı Oleq Deripaskaya məxsus mülkün fəallar tərəfindən tutulması

Reuters agentliyinin xəbərində deyilir ki, beləliklə Rusiya Britaniyada sanksiyalanmış ölkələr arasında sanksiya sayına görə Liviya və İranı geridə qoyub

Britaniya hökuməti noyabrın 10-da bəyan edib ki, Rusiya oliqarxlarına və Moskvanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsinə görə sanksiyalanmış başqa şəxlərə məxsus 20.5 milyard dollarlıq aktivləri dondurub.

Reuters agentliyinin xəbərində deyilir ki, beləliklə Rusiya Britaniyada sanksiyalanmış ölkələr arasında sanksiya sayına görə Liviya və İranı geridə qoyub.

Britaniya Maliyyə Nazirliyinin illik hesabatında deyilir ki, hazırda Rusiyanın Britaniyada dondurulmuş aktivlərinin məbləği, üzərinə sanksiyalar qoyulmuş bütün ölkələrin aktivlərindən 6 milyard funt sterlinq çoxdur.

Britaniya bu il Rusiya oliqarxı Roman Abramoviç və biznesmen Mixail Fridman, habelə Vladimir Putin, onun ailə üzvləri və hərbi komandanları üzərinə sanksiyalar qoyub.

Bu da xəbər verilir ki, dondurulmuş aktivlərə şirkətlərdəki səhm payları və bank hesablarında saxlanan pullar da daxildir.

Eyni zamanda qeyd olunur ki, dondurulmuş aktivlərə daşınmaz mülkiyyət və ya yaxtalar kimi mülkiyyət daxil deyil.

Xalq artisti Vidadi Həsənov: 'Nazir gəlib görsə ki, aktyorlar necə az maaş alır...'
Gözlə

No media source currently available

0:00 0:22:37 0:00

1200 rusiyalı, 120-dən çox Rusiya şirkəti

Britaniya hökuməti Rusiyanın bu ölkəyə ixracının 85 faizinə sanksiyalar qoyub.

Britaniya Rusiyadan qaz və neft alınmasını bu ilin sonlarınadək tamamilə dayandıracağını bəyan edib.

London açıq bəyan edir ki, bütün bu sanksiyalar Rusiyanın Ukraynaya müdaxiləsinə görədir.

Britaniya indiyədək 1200 rusiyalıya və 120-dən çox Rusiya şirkətinə sanksiyalar qoyub.

Qərbin Rusiyaya qarşı sanksiyalarına habelə Rusiyaya avtomobilqayırma sənayesi üçün ehtiyat hissələrinin ixracı daxildir.

Rəsmilər bildirirlər ki, bu sanksiyalara görə Rusiya hazırda özünün Lada avtomobillərini təhlükəsizlik yastıqları və kilidlər olmadan istehsal etməyə məcburdur.

Rusiya məişət texnikasındakı yarımkeçiricilərə möhtac olub

Rusiya bu sanksiyalara görə kosmik fəza şirkətləri üçün ehtiyat hissələrini təyyarələrdən çıxarmağa və sovet dövründə istehsal olunmuş tanklarda istifadə üçün məişət texnikasındakı yarımkeçiricilərdən istifadə etməyə məcburdur.

Bu da xəbər verilir ki, Rusiyadan zəka axını son vaxtlarda güclənib və Rusiyanın kritik texnologiyalara çıxışı məhdudlaşdırılıb.

Hazırda xarici şirkətlərin 75 faizi Rusiyadakı əməliyyatlarını ixtisar edir və xarici şirkətlərin 25 faizi Rusiyanı tərk etmək məcburiyyətində qalıb.

Reuters yazır ki, Britaniya Rusiya aktivlərini indilik dondurub, lakin bu aktivlərin birdəfəlik müsadirə olunması ciddi müzakirə edilir.

Xəbərdə deyilir ki, Britaniya hökuməti Rusiyaya qarşı sanksiyaların pozulmasına dair indiyədək 236 məlumat alıb.

XS
SM
MD
LG