Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:00

Putinin sevimli sərkərdəsi təzyiq altındadır


Rusiya prezidenti Vladimir Putin general Sergey Surovikinin yaxasına qəhrəman ulduzunu taxarkən (Arxiv fotosu)
Rusiya prezidenti Vladimir Putin general Sergey Surovikinin yaxasına qəhrəman ulduzunu taxarkən (Arxiv fotosu)

Rusiya dövlət mediasının “çalağanları” Rusiya qəhrəmanı general Surovikini Xersonu tərk etmək qərarının düzgün olduğunu sübut etməyə çağırırlar

Rusiyanın aparıcı mürtəceləri Moskvanın Ukraynanın Xerson şəhərindən çıxması qərarını dəstəkləyiblər.

Reuters yazır ki, buna baxmayaraq bu qərarın arxasında duran general elə həmin mürtəcelərin təzyiqi altındadır.

Rusiya mediasının ən sərt sərkərdə kimi təqdim etdiyi “General Armageddon” ləqəbli Sergey Surovikin noyabrın 9-da bəyan etmişdi ki, Rusiya qoşunları Dnepr çayının sağ sahilini və Xerson şəhərini tərk etmək məcburiyyətindədir.

Çeçenistan və Suriya müharibələrinin veteranı, 56 yaşlı Surovikin israr edirdi ki, Xersonun təslim edilməsi Moskvaya hərbi texnikanı qoruyub saxlamaq və ABŞ-ın təxminlərinə görə sayı 30 mindən çox olan qoşunları cəbhənin başqa yerlərində qruplaşdırmaq imkanı verəcək.

O vaxtdan bəri Xersondan çıxarılan Rusiya qüvvələri şərq cəbhəsinə gətirilib. Hazırda orada çox qızğın döyüşlər gedir.

Kasıb, haqqı tapdanan YAP-çılar....
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

Marqarita Simonyanın duaları

Bu arada isə Rusiya dövlət mediasının “çalağanları” Rusiya qəhrəmanı general Surovikini Xersonu tərk etmək qərarının düzgün olduğunu sübut etməyə çağırırlar.

RT telekanalının baş redaktoru və müharibənin ən qızğın tərəfdarlarından biri - Marqarita Simonyan ötən proqramlarından birində Surovikinə müraciətlə deyib:

"Biz sizdən parlaq nəticələr gözləyir və sizin üçün hər gün dualar edirik”.

Reuters yazır ki, Simonyan tənqidçilərini “cəfəngiyyat” danışmaqda ittiham edən “dazbaş generalın” geri çəkilmək qərarından məyus olduğunu da gizlətmir.

Cəlal Arutyunyan Azərbaycan ordusunun gücünü düzgün hesablamamaqda ittiham olunur
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Teleqram kanalında yarım milyon izləyicisi olan bloger Vladlen Tatarski isə Ukrayna prezidenti Volodomir Zelenskinin azad edilmiş Xersona səfərindən qəzəblidir. O sual edir ki, Moskva niyə Zelenskini öldürməyib:

"Biz nəyin naminə qanımızı tökürük? Necə olur ki, Zelenski arxayınca Xersona gəlir? Çox rəmzi olardı ki, Geran (İran dronlarının Rusiyada işlədilən adı-red) onun axmaq başına enəydi, amma bu baş vermədi. Niyə? Ya biz tammiqyaslı müharibə aparmalıyıq, ya da heç nəyin köməyi olmayacaq”.

Qızı ötən avqustda Moskva ətrafında avtomobil partalyışında həlak olmuş millətçi Aleksandr Dugin bu ölümü “Ukraynanın dövlət sui-qəsdi” adlandırır.

O da qəzəblidir ki, Surovikin Xersonu təslim edib.

“Yoldaş ordu generalı!”

Rusiya hökumət rəsmiləri və “müharibə çalağanları” ümid edirlər ki, Xerson geri qaytarılacaq, amma indiki vəziyyətdə bunun tezliklə baş verəcəyini düşünmək çətindir.

Buna baxmayaraq Rusiya qüvvələrinin işi şərq cəbhəsində də asan getmir.

Əksinə Kyev bəyan edir ki, daha çox əraziləri işğaldan azad etmək əzmindədir.

Bir çoxları Surovikini Ukraynanın enerji infrastrukturunun bombardmanını davam etdirməyə çağırırlar.

Kreml bildirir ki, bu, Ukraynanı danışıqlar masasına qaytarmaq məqsədi güdür.

Rusiya dövlət telekanalının ultramillətçi aparıcısı Vladimir Solovyov isə ötən həftə apardığı proqramda Surovikinə müraciətlə deyib:

"Mən sizə müraciət edirəm, Rusiya qəhrəmanı genaral Surovikin: Yoldaş Ordu Generalı, mən sizdən xahiş edirəm ki, nasist Ukraynasının enerji infrastrukturunu tamamilə dağıdasınız”.

“Rəsmi şərhçilərin” gileyləri

Rusiyanın başqa bir televiziya şərhçisi isə müharibənin necə aparılması barədə açıq fikir yürüdüb.

Dmitri Abzalov informasiya vakuumundan gileylənib. O deyib ki, “heç olmasa bir dəfə Moskvanın Ukraynadakı məqsədinin nə olduğunu bilsə məmnun olardı”.

Digər şərhçi – Maksim Yusin açıq efirdə bəzi siyasətçilərin Rusiya ordusunun qüdrətli olduğuna dair “yekaxana bəyanatlarından” şikayətlənib.

Bu siyasətçilər deyirlər ki, “Rusiya ordusu istəsə, Polşa sərhədinə, Berlinə və hətta Lamanşa çata bilər”.

Yusin belələrini “təlxək” adlandırıb.

Ruben Vardanyan: 'Ermənistan bizim əvəzimizə qərar verə bilməz'
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Səliqəli geriçəkilmə

Bu arada isə səfərbərliyə alınanların arvadları və anaları Müdafiə Nazirliyini onlara heç bir təlim verməməkdə ittiham edirlər.

Moskva oktyabrın 8-də Surovikini vəzifəyə təyin etməklə ilk dəfə olaraq bütün Ukrayna cəbhəsini vahid sərkərdənin komandanlığı altında birləşdirib.

Xersondan geriçəkilmə bir çox Qərb təhlilçilərinin düşündüyündən də tez baş verib.

ABŞ hərbiyyəsi isə bildirib ki, Rusiya başqa işğal olunmuş ərazilərlə müqayisədə Xersondan çox nizam-intizamlı və “səliqəli” geri çəkilib.

Britaniya hərbi kəşfiyyatı noyabrın 20-də bildirib ki, Moskva Xersondan çıxmaqla çox güman canlı qüvvə və texnika itkisindən yan keçə bilib.

“Qurbanlıq keçi”

Britaniya təhlilçiləri deyirlər ki, Rusiyanın bu məsələdəki nisbi uğuru, bəlkə də komandanlığın bir nəfərin – Sergey Surovikinin əlində cəmləşdirilməsi ilə bağlıdır.

Ukraynanın müdafiə naziri və Qərb diplomatları isə deyirlər ki, Surovikin müharibəyə intizamla yanaşı qəddarlıq da gətirib.

Britaniyanın Rusiyadakı keçmiş səfiri Entoni Brenton isə bildirib ki, indi Rusiyanın Ukraynadakı məqsədləri daha məntiqli görünməyə başlayıb.

Bəzi Rusiya dairlələrində düşünürlər ki, Surovikinin komandanlığa gətirilməsi Putinin və bir az da Şoyqunun təmizə çıxarılması üçün “qurbanlıq keçi” hazırlığıdır.

Hazırda Karnegi Fondunda çalışan keçmiş Rusiya diplomatı Aleksandr Baunov isə deyib:

"Aydındır ki, Surovikinin təyinatı ilə Rusiyanın rüsvayçı hərəkətlərinə cavabdeh olan mandatlı bir fiqur yaradılıb”.

Həqiqət anı

Baunovun fikrincə Surovikin sərt sibirli kimi Rusiya millətçilərinin də ürəyinə yatır və bu mənada onun Xersondan geri çəkilməsi az-çox anlayışla qarşılanıb:

"General mandatının yarısından istifadə edib. İndi isə onun mandatın ikinci yarısını işlədəcəıyi gözlənilir. Bəziləri üçün bu, bütün geriçəkilmələrə haqq qazandıran yeni hücum olmalıdır. Digərləri üçünsə bu, Ukraynanın sülh danışıqlarına məcbur edilməsi olardı. Yəni Xerson şəhərinin müqabilində Ukrayna şəhərləri sülh, elektrik, su və istilik əldə edərdilər”.

Polşalı müdafiə eksperti Konrad Muzıka isə deyir ki, Xersondan sonra Rusiya ordusunun “həqiqət anı” nəhayət yetişib.

O qeyd edir ki, Lisiçansk şəhərini çıxmaq şərtilə Rusiya bütün qalan işğal ərazilərində müdafiə mövqeyinə keçib:

"İndi hər şey hərbi komandanlardan, texnikanın və avadanlığın keyfiyyətindən və ordunun Ukraynanın yumruqlarına tab gətirməsindən, cəbxə xəttini saxlayıb hansısa bir şəkildə əks-hücuma keçmək qabiliyyətindən asılı olacaq”.

XS
SM
MD
LG