Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:03

Rusiya strateji aviasiyasını zərbələrdən qaçırmağa çalışır - Qərb mediası


Rusiyanın strateji bombardmançıları Anadır aerodromunda
Rusiyanın strateji bombardmançıları Anadır aerodromunda

Bu yaxınlarda Saratov vilayətinin Engels şəhərindəki hərbi hava bazasında baş vermiş partlayışlar rusiyalıları öz strateji aviasiyalarını mümkün qədər uzaqlara köçürməyə vadar edib.

The New York Times qəzeti yazır ki, bu, Rusiyanın Ukraynanın enerji obyektlərinə raket zərbələri endirməsini xeyli çətinləşdirəcək:

"Necə deyərlər, nə qədər ki, Ukraynanın Rusiyanın mərkəzində və Volqa çayı boyunca aerodromlarına uzaqmənzilli zərbələri daha böyük ziyan vurmayıb... Lakin bu zərbələrin kifayət qədər həssaslığına görə Ukrayna hökumətinin onları endirdiyini etiraf etməməməsinə baxmayaraq, Rusiya təyyarələrinin yerini dəyişməyə məcbur olub. Bu Moskvanın Ukraynanın enerji obyektlərinə qanadlı raketlərlə zərbələr endirməsini potensial baxımdan mürəkkəbləşdirib”.

Qəzet izah edir ki, bir sıra qanadlı raketlər məhz bu aerodromlardan qalxan strateji bombardmançılar tərəfindən atılır.

Ekspertlər deyirlər ki, Ukrayna məhz bu tip təyyarələri hədəfləyir.

Qəzet əlavə edib ki, Kiyev rəsmiləri arasında Rusiyanın Ukraynaya, nüvə silahı istisna olunmaqla indiyədək olduğundan daha pis ziyan vura bilməyəcəyinə dair rəy yaranıb.

Buna baxmayaraq Kiyev Moskvanın raket zərbələri endirmək imkanının məhdudlaşdırılmasında maraqlıdır.

Ukraynalı ekspert: “Rusiyanın zərbələrə cavab vermək imkanı yoxdur”

The New York Times istefada olan Ukrayna polkovniki və hərbi icmalçısı Sergey Qrabskiyə istinadən yazır ki, Ukrayna hərbçiləri Rusiya aerodromlarına və silah anbarlarına inamla zərbələr endirirlər, çünki bütün bunlar legitim hərbi hədəf sayılır.

Məqalədə deyilir ki, Krımdakı obyektlərə zərbələrin endirilməsi və cəbhə xətti boyunca artilleriya dueli Ukrayna müharibəsində adi hala çevrilib.

Qrabski “Rusiya niyə heç bir reaksiya vermir” sualına belə cavab verib:

“Çünki reaksiya vermək üçün imkanları qalmayıb”.

Engels aerodromuna ilk dəfə dekabrın 5-də dron zərbəsi endirilmişdi.

Xankəndidə etirazçılar sülhməramlıların komandanını tələb edir
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Qəzet qeyd edir ki, ABŞ və Ukrayna Amerika silahı ilə Rusiya ərazisindəki hədəflərə zərbə endirilməyəcəyinıə dair razılığa gəliblər:

“Bayden adminsitrasiyası bildirib ki, o Rusiya ilə birbaşa qarşıdurmaya girmək istəmir. Lakin Amerika rəsmiləri əlavə edirlər ki, onlar Ukraynanın Rusiyaya öz silahı ilə cavab zərbələri endirməsinə etiraz etmirlər”.

ABŞ-ın müdafiə naziri Lloys Ostin Ukrynanın Rusiya ərazisinin dərinliklərinə zərbələrini şərh edərlkən deyib:

“Biz Ukraynanın öz imkanlarını inkişaf etdirməksinə mane olmaq üzərində işləmirik”.

XS
SM
MD
LG