Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:32

Rusiya nefti yarı bazar qiymətinə satılır


Rusiyanın "Moscow University" neft tankeri (Arxiv fotosu)
Rusiyanın "Moscow University" neft tankeri (Arxiv fotosu)

Rusiyanın Urals markalı nefti yanvarın 6-da barreli 38 dollardan ucuz satılıb. Bu Avropa İttifaqı və G7 ölkələrinin Rusiya nefti üçün müəyyən etdiyi ən yüksək qiymət həddindən də ucuzdur.

Aİ və G7 ən yüksək qiymət həddini Moskvanın neft gəlirlərini və deməli, onun müharibəni maliyyələşdirmək imkanlarını məhdudlıaşdırmaq məqsədi güdür.

Bu barədə xəbəri Bloomberg saytı Argus müstəqil qiymət agentliyinin məlumatları əsasında verib.

Argusun məlumatına görə ötən həftə Urals neftinin bir barreli 37.80 dollara satılırdı.

Elə həmin həftə Brent markasından olan neftin qiyməti bir barrel üçün 78 dollar idi.

Türkiyəyə ixrac “dramatik” azalıb

Bloomberg qeyd edir ki, Qərb sanksiyaları Rusiyanı Çindən və Hindistandan son dərəcə asılı vəziyyətə salıb.

Bu iki ölkə və bir də Türkiyə Rusiya neftinin ən böyük alıcıları olaraq qalırlar.

Belə bir şəraitdə, hətta bu bazarlarda da Rusiya, Yaxın Şərq təchizatı ilə rəqabət üçün öz neftini güzəştli qiymətlərlə satmağa məcburdur.

Xankəndində nə baş verir: Separatçı rejim ərzağı talonla satmağa hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Bloomberg bunu da bildirir ki, Çinə, Hindistan və Türkiyəyə gedən neftin həcmləri son 10 həftə ərzində ən aşağı həddinə enib.

Məqalədə deyilir ki, Türkiyəyə Rusiya neftinin ixracı ümumiyyətlə “dramatik şəkil” alıb. Gəmi hərəkətlərini izləyən agentliklərin məlumatına görə Rusiya neftinin Türkiyəyə ixracı son həftələr ərində günə 21 min barrelə düşüb. Halbuki bu rəqəm sentyabr ayında günə 400 min barrel idi.

Bloomberg yazır ki, bu, hətta Ukrayna müharibəsinədək olan dövrdəkindən daha az ixrac deməkdir.

Onsuz da ucuz olan Rusiya nefti

Ötən il dekabrın 5-dən Avropa İttifaqının Rusiyanın tankerlərlə daşınan neftinə qoyduğu embarqo, habelə Rusiya neftinə ən yüksək qiymət həddi qüvvəyə minib.

Rusiya neftinə 1 barrel üçün qoyulmuş 60 dollar həddi G7, Aİ və Avstraliya arasında razılaşdırılıb.

Bu tədbirlərin tətbiq edildiyi elə ilk həftədə Rusiya neftinin dənizlə ixracı 54 faiz azalmışdı.

Buna cavab olaraq Vladimir Putin bildirmişdi ki, Moskva Rusiya neftinə qoyulmuş ən yüksək qiymət həddi mexanizminə qoşulmuş ölkələrə neftin satılmasını qadağan edəcək.

Yanvarın 10-da isə Rusiya Enerji Nazirliyi bildirib ki, Rusiya neftinə qiymət həddi qoyan mexanizmə cavab tədbirləri üzərində işləyir.

Reuters agentliyi xatırladır ki, Rusiya Səudiyyə Ərəbistanından sonra dünyanın ikinci ən böyük neft ixracatçısıdır və Rusiya dövlət büdcəsi gəlirlərinin demək olar yarısı neft satışından gəlir.

Rusiya nefti onsuz da ənənəvi olaraq Brent markalı neftdən xeyli ucuz idi, lakin hazırda Qərb sanksiyaları bu nefti daha da ucuzlaşdıraraq bir barrel üçün 25-30 dollar civarına endirib.

XS
SM
MD
LG