Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:41

Ermənistanda ombudsmanın saxlanmış azərbaycanlı əsgərlərə baş çəkdiyi bildirilir


İkinci Azərbaycan əsgərini tutan erməni meşəbəyi danışdı
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

İkinci Azərbaycan əsgərini tutan erməni meşəbəyi danışdı

İnsan haqları ombudsmanı Anait Manasyan Ermənistan ərazisində saxlanmış iki azərbaycanlı hərbçiyə baş çəkib, onların saxlanma vəziyyəti, hüquqlarının təminatı məsələləri ilə tanış olub. Bu haqda AzadlıqRadiosunun erməni xidməti məlumat verib.

Ombudsman aparatının bildirdiyinə görə, birbaşa söhbətlər zamanı dövlət orqanları, vəzifəli şəxslər tərəfindən işgəncə, pis rəftarın digər forması, eləcə də psixoloji təzyiqlə bağlı şikayət eşidilməyib.

Manasyan sözügedən şəxslərin müvafiq şəraitdə saxlandığını, eləcə də daimi içməli su, qida məhsulları, gigiyenik ləvazimatlarla təmin olunduğunu, gərəkdiyi halda tibbi yardım və xidmət aldığını qeyd edib.

Azərbaycanlı hərbçilər onlara qarşı irəli sürülmüş ittihamlarla tanış olduqlarını, pulsuz ictimai vəkillə təmin edildiklərini deyiblər.

Məlumata görə, Manasyan azərbaycanlılara hüquqlarının müdafiəsi mexanizmini, məhdudiyyətlərin xarakterini izah edib.

Azərbaycanda cinayət işi başladılıb

Aprelin 10-da Azərbaycanın Müdafiə Nazirliyi iki əsgərinin pis hava şəraitində itkin düşdüyünü açıqlayıb. Elə həmin gün Ermənistanın Sünik vilayətinin Aşotavan kəndində əsgər Aqşin Bəbirov, üç gündən sonra isə Açanan kəndində Hüseyn Axundov saxlanıb.

Azərbaycan Baş Prokurorluğu aprelin 13-də itkin əsgərlərdən birinə aid etdikləri videogörüntülərlə bağlı cinayət işi başlandığını açıqlayıb. Məlumatda deyilirdi ki, bəzi media və sosial şəbəkələrdə Azərbaycan hərbi qulluqçusunun Ermənistanda əsir düşməsi, ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsinə dair videogörüntülər yayılıb. Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hələlik, bu açıqlamaya Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil.

XS
SM
MD
LG