Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:13

Türkiyə hava məkanını Ermənistan təyyarələri üçün niyə bağlayıb?


Türkiyənin xarici işlıər naziri Mevlüt Çavuşoğlu
Türkiyənin xarici işlıər naziri Mevlüt Çavuşoğlu

Türkiyə Ermənistan aviasiya şirkətlərinin onun üzərindən üçüncü ölkələrə uçan təyyarələri üçün hava məkanını bağlayıb.

Bunu mayın 3-də Türkiyənin NTV telekanalının efirində xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib:

“Biz hava məkanını Ermənsitandan üçüncü ölkələrə uçan təyyarələr üçün bağlamışıq. Zərurət olduğu hallarda biz təyyarələri öz hava məkanımıza buraxacağıq, lakin biz təxribatların davam etdiyi bir şəraitdə sərnişin və özəl təyyarələrə ərazimiz üzərindən uçuş icazəsi verə bilmərik”.

Çavuşoğlu: “Nemezis” abidəsinə “adekvat cavab”

Nazir müsahibəsində habelə Yerevanda “Nemezis” əməliyyatının iştirakçılarına abidə qoyulmasını pisləyib.

Çavuşoğlu xatırladıb ki, bu əməliyyat 1920-ci illərdə Türkiyə və Azərbaycan diplomat və vətəndaşlarının öldürülməsi məqsədi güdüb.

O qeyd edib ki, Ermənistan hökumətinin bu abidəni guya bələdiyyənin qoyması ilə bağlı izahatını qəbul etmir:

“Türkiyə Ermənistanla münasibətlərin tənzimlənməsi məsələsində səmimidir, amma Ermənistanda “Nemezis” abidəsinin açılması qəbulolunmazdır. Mən bunu qəbul edə bilmərəm. Ermənistan hökumətinin bu məsələ barəsində bəyanatları da səmimi deyil. Biz hava məkanımızı adekvat cavab olaraq bağlamışıq, lazım gələrsə başqa addımlar da atıla bilər”.

Alen Simonyanın təyyarəsinə icazə verilib

Çavuşoğlu bildirib ki, yalnız Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanın təyyarəsinə Türkiyədə eniş etmək icazəsi verilib, belə ki, o Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının parlament assambleyasında iştirak etməli idi.

Mevlüt Çavuşoğlu deyib ki, Ankara Yerevanla danışıqlara başlayanda Ermənistan Türkiyə qarşısında “soyqırımı” tanımaq kimi bir şərt qoymayıb və Türkiyə də bunun şərt qoyulmamasını tələb etməyib:

“Biz Azərbaycanla birlikdə Qarabağ müharibəsi bitdikdən sonra səmimi bir şəkildə Ermənistanla münasibətlərimizi normallaşdırmaq istədik. Azərbaycan sülh müqaviləsi təklifi etdi. Amma Ermənistan təbii ki, 30 il müddətində işğal etdiyi əraziləri öz torpaqları kimi qəbul edirdi və bir gün geri alına biləcəyini unutmuşdu. Bu torpaqlar geri alınanda isə bunu həzm edə bilmədi”.

Türkiyə xarici işlər naziri Ankaranın Bakının yanında olduğunu bir daha vurğulayıb və bildirib ki, Türkiyə də Ermənistanla münasibətlərini normallaşdırmağa çalışır, yük daşımaları üçün Ermənistanla sərhədin açılması, sərhəd üzərindən tranzitin normallaşdırılması üçün bir sıra qarşılıqlı addımlar atılıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, aprelin 25-də Yerevanın Dairəvi parkında 1915-ci ildə Türkiyədə və 1918-ci ildə Bakıda “ermənilərin soyqırımlarını” həyata keçirən “gənc türk” liderlərindən qisas almış ermənilərin xatirəsini əbədiləşdirən “Nemezis” adlı abidə qoyulub.

Rəsmi Ankara və rəsmi Bakı bu abidənin qoyulmasını pisləyiblər.

Xankəndi sakinləri imza kampaniyasına başlayıb
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG