Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:45

Paşinyan: 'Bu, dövlətimizin qorunub saxlanması üçün yeganə şansdır'


Paşinyan Bakı ilə sülhdən danışdı: "Ərazi iddialarından əl çəkməliyik"
Gözlə

No media source currently available

0:00 0:15:57 0:00

Paşinyan Bakı ilə sülhdən danışdı: "Ərazi iddialarından əl çəkməliyik"

“Vaşinqtonda danışıqlar masasının üstündə sənəd var”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Məclisində deyib.

Baş nazirin sözlərinə görə bu sənəddə “heç bir sürpriz” yoxdur.

Bununla belə Paşinyan sənədin detallarını açıqlamayıb, amma bu detallardan bəziləri barədə indiyədək məlumat verdiyini söyləyib:

“Vaşinqtonda mənim sizə bu tribunadan ötən həftə dediklərim müzakirə olunur...Bəli, masanın üstündə sənəd var. Bu sənəddə yeni bir şey tapa bilməzsiniz, çünki mən bunlar barədə bu tribunadan açıq demişəm. Tezislər, detallar, mətn variantları... Siz bunlarla tanış ola bilərsiniz. Azərbaycanın təqdim etdikləri ilə də, bizim təklif və reaksiyalarımız barədə də”.

Baş nazir “bu yaxınlarda sənədin və ya bəyanatın imzalanması gözlənilirmi” sualına belə cavab verib:

“Masanın üstündə sənədin olması məlum olandan sonra son düşüncələrimiz var: İmzalayaq, yoxsa imzalamayaq. Bu, pis xəbər deyil, yaxşı xəbərdir”.

Baş nazir izah edib ki, bəzi detalları açıqlamaq istəmir, çünki bu Vaşinqtonda gedən danışıqlara mənfi və ya müsbət təsir edə bilər:

“Gəlin danışmayaq. Amma bunu da demək istəyirəm ki, mən bizim danışıq komandamıza tapşırıq vermişəm. Yenə də onların necə bir təzyiq altında olmasını nəzərə alaraq mən onlara demişəm: “yadda saxlayın ki, ətrafında müzakirə apardığınız bu sənədi mən imzalayacağam. Danışıqları bizim trayektoriyamız və ictimaiyyətə bildirdiyimiz rəylər çərçivəsində sərbəst aparın””.

Bir qrup erməni gənc Xankəndi-Şuşa yolunun kənarında çadır qurub
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

“Reallığı, məqbulluğu, emosiyaları maksimum yaxınlaşdırmaq”

Vaşinqtonda ABŞ-ın vasitəçiliyi və xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyanın iştirakilə danışıqların davam etdiyi bir vaxtda Paşinyan parlamentin tribunasından sülhün mümkünlüyü barədə danışıb:

“Bəli variant var. Ermənistan Respublikasına, Ermənistan Respublikasının xalqına məqbul parametrlərlə, Ermənistan Respublikasına və Ermənistan Respublikası xalqına qeyri-məqbul parametrlərlə real sülh mümkündür”.

Nikol Paşinyan danınışıqların təfərrüatlarına varmasa da, mümkün qədər “balanslı həllin” tapılmasının zəruriliyini qeyd edib:

“Bizim vəzifəmiz reallığı, məqbulluğu, emosiyaları, bu məsələ ilə bağlı emosional fonu maksimum balanslaşdırmaq, onları maksimum yaxınlaşdırmaqla bir müstəvi və sahə üzərinə gətirməkdir. Bunun nə dərəcədə mümkün olacağını deyə bilmərəm, amma dəqiq deyə bilərəm ki, bunun baş verməsi üçün hər şeyi edəcəyik”.

Laçındakı yeni sərhəd məntəqəsindən keçən erməni sakinlər danışdı
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

“Biz dövlət olmaq istəyiriksə...”

Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə müxalifət tərəfindən tənqid olunan Paşinyan bu dəfə də öz mövqeyində qaldığını vurğulayıb. O deyib ki, Ermənistanın heç bir ölkəyə ərazi iddiaları olmamalıdır:

“Mən bu barədə keçən həftə bu tribunadan demişəm. Ermənistan Respublikasının hökuməti, Ermənistan Respublikası bəyan etməlidirlər ki, nəinki ərazi iddiaları yoxdur, hətta belə iddiaları gələcəkdə də olmayacaq. Bu, bizim dövlətimizin qorunub saxlanması üçün yeganə şansdır. Əks halda mən deyirəm, gəlin baxaq: dörd tərəfimiz elə edəcək ki, biz olmayaq, biz dövlət olmayaq”.

Azatutyun yazır ki, Vaşinqtondan qayıtdıqdan sonra Bayramov və Mirzoyan Moskvada görüşməlidirlər. Ən azı Rusiya tərəfi belə məlumat verib.

"Moskva variantı məqbuldur"

Paşinyan deyib ki, tənzimləmə üçün Qərbdən heç bir təklif almayıb, Rusiya variantı isə Ermənistan üçün məqbuldur.

Nikol Paşinyan son çıxışında konkret olaraq heç bir ölkənin adını çəkmədən deyib ki, Ermənistanın təhlükəsizliyinin təminatı üçün “yeni komponentlərin” əlavə olunması xeyirlə yanaşı ziyan da gətirə bilər:

“Elə bir versiya və ya təklif, yaxud yanaşma ola bilər ki, ümumi təhlükəsizlik arxitekturasına yeni komponentlər əlavə olunsun. Amma bu o demək deyildir ki, bununla öz-özünə strateji təhlükəsizlik təmin ediləcək. Çünki mövcud risklərin idarə olunması üçün yeni komponentlər, əlbəttə ola bilər, amma digər tərəfdən onlar öz növbəsində yeni risklər yarada bilər”.

BMT: 2050-ci ildə Ermənistanın əhalisi azalaraq 2.6 milyon nəfər olacaq
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG