Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:57

Azərbaycanda elektromobillərin istehsalı nə vaxta qaldı?


Ölkə prezidentinin bahalı hədiyyə qəbul etməsi rüşvət sayılır?
Gözlə

No media source currently available

0:00 0:07:34 0:00

Ölkə prezidentinin bahalı hədiyyə qəbul etməsi rüşvət sayılır?

Türkiyədə 2023-cü ilin sonuna qədər 28 min yerli "Togg T10X" markalı elektromobillərin buraxılması nəzərdə tutulub. Bu barədə Türkiyənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib. Onun sözlərinə görə, avqustun birinci yarısında 909 nəfər ilk milli elektrik avtomobilinə sahib olub. Türkiyədə həmin avtomobillərin istehsalına 2022-ci ildə başlanıb.

Azərbaycanda isə hələ 2020-ci ildə elektrik və hibrid avtomobillərin istehsalına başlanacağı bildirilmişdi. İqtisadiyyat nazirinin keçmiş müavini Niyazi Səfərov məlumat vermişdi ki, həm yerli, həm də xarici iş adamları ilə bu yöndə müzakirə aparılır.

Bu il martın sonunda Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsini qadağan edən qərar verdi. Bundan sonra ölkədə avtomobillərin qiymətlərində müəyyən qədər bahalaşma müşahidə edildi. Ölkəyə hibrid və elektrik avtomobillərin gətirilməsi isə vergidən azad olsa da, həmin maşınların qiymətinin elə istehsalçı ölkədə baha olduğu deyilir.

"Müəyyən səviyyəyə qalxdıqdan sonra..."

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyul ayları ərzində ölkəyə ümumilikdə 56.7 min nəqliyyat vasitəsi idxal edilib. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 37.2 faiz çoxdur. Onların yalnız 20.7 faizi hibrid (8400), 6.8 faizi (1492) elektrik mühərrikli avtomobillərdir.

İqtisadiyyat Nazirliyindən də "Turan"a bildirilib ki, avtomobil istehsalı ilə məşğul olan yerli istehsalçılar xarici investorlarla həm hibrid, həm də elektromobillərin istehsalı ilə bağlı hazırda müzakirələr aparırlar: "Ölkəmizdə avtomobil istehsalı kəmiyyət və keyfiyyət baxımından müəyyən səviyyəyə qalxdıqdan sonra gələcəkdə həm hibrid, həm də elektromobillərin istehsalı məsələsinə baxıla bilər".

"Yalnız yığılma mümkündür"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda milli hibrid, elektrik avtomobillərin istehsalı hazırda mümkün deyil: "Yalnız yığılma mümkündür, çünki avtomobil istehsalı üçün ən azı 25 faiz avadanlıq və ehtiyat hissələri eyni ölkədə istehsal olunmalıdır".

İqtisadçı Türkiyəni misal çəkərək qeyd edib ki, orada bəzi avtomobillərin ehtiyat hissələrinin 40-45, bəzisində də 50 faizi ölkə daxilində istehsal olunur: "Ona görə də Türkiyədə istehsalla məşğuldurlar, Azərbaycanda isə bunun üçün baza, texniki avadanlıqlar, bilgili mühəndislər yoxdur. Yəni, Azərbaycan yaxın zamanlarda öz adı ilə avtomobil istehsal edə bilməz".

Amma, ekspertin sözlərinə görə, işçi qüvvəsini və bəzi xammalın ölkədə daha rahat tapılmasını nəzərə alaraq, Azərbaycan bir sıra ölkələr ilə birgə müəssisə yaradıb avtomobillərin istehsalını təşkil edə bilər: "Ancaq bu, böyük bir investisiya tələb edən prosesdir. Ona görə də mən inanmıram ki, yaxın zamanlarda bununla bağlı hansısa qərar olsun. Ola bilər ki, görüntü xatirinə ciddi bir bazar payı olmayan, ilə 300-500 avtomobillərin yığılması layihəsi olsun. Amma bunun nə iqtisadiyyata, nə də əhaliyə ciddi xeyri olacaq".

XS
SM
MD
LG