Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17

Fikrət Qoca. Süzen D"ark və ya məhəbbət piri (3)


əvvəli

A­ğa­səf bir ay on gün xəs­tə yat­dı. De­di­lər sə­təl­cəm olub. Elim dok­tor, Naz­lı, bir də ge­cə-gün­düz yas­tı­ğı­nın baş ucun­da olan Sü­sən. Sü­sən özü­nə ki­çik qar­daş tap­mış­dı. Ata­ya-ana­ya, ba­cı­ya-qar­da­şa, öv­la­da yı­ğı­lıb qa­lan mə­həb­bə­ti sərf edə bil­di­yi­nə gö­rə özü­nü xoş­bəxt hiss edir­di. Ağa­səf isə bu ağır xəs­tə­lik­dən sa­ğa­lır­dı, am­ma bu vaxt ər­zin­də sa­ğal­maz, da­ha ağır bir xəs­tə­li­yə tu­tul­muş­du. Sü­sə­nə vu­rul­muş­du. Sü­sən meh­ri­ban­lıq­la onun üz-gö­zü­nə ba­xan­da, əli əli­nə to­xu­nan­da Ağa­səf ölüb-di­ri­lir­di. Se­vir­di, ey­ni za­man­da ona ana-ba­cı mə­həb­bə­ti ilə qay­ğı gös­tə­rən Sü­sə­nin bu mə­həb­bə­ti duy­ma­sın­dan qor­xur­du, çox qor­xur­du. Qor­xur­du çı­xar ge­dər, kö­çər baş­qa ev­də ya­şa­yar. Ağa­səf bu­nu tə­səv­vür edən­də al­nı­na, üzü­nə, boy­nu­na-bo­ğa­zı­na so­yuq tər gə­lir­di. Ağa­səf heç sa­ğal­maq is­tə­mir­di. Elim də, Naz­lı da Ağa­sə­fin hə­rə­kət­lə­rin­dən şüb­hə­lən­miş­di­lər; Sü­sə­ni gö­rən­də uşaq ki­mi se­vin­mə­yin­dən, gö­zü­nün işıq­lan­ma­sın­dan, üzü­nün gül­mə­yin­dən. Sü­sən ge­dən ki­mi əh­va­lı po­zu­lur­du, ha­lı də­yi­şir­di. Elim Naz­lı­ya de­di ki, "Sü­sə­ni ba­şa sal, qı­zın heç ağ­lı­na gəl­mir. Am­ma uşaq əməl­li-baş­lı qı­za aşiq olub. İn­di Ağa­sə­fin o ya­şı­dı. Dey­nən qız ona çox voc ver­mə­sin. Ci­lo­vu­nu çox bo­şalt­ma­sın. Əv­və­la, qız beş-al­tı yaş gə­də­dən bö­yük­dü. Son­ra da, baş tu­tan iş de­yil. Ca­nım, ol­maz! Qə­fər ki­şi Ağa­sə­fi öl­dü­rər, Mir­zə Sö­yün bə­yin da­yı­sı­nın ki­şi nəs­lin­dən qa­lan oğ­la­nın tür­mə­dən çıx­mış bir qız­la ev­lən­mə­si­nə ica­zə ver­məz, ver­məz ca­nım. Olan şey de­yil. Ca­nım, qı­zı ba­şa sal! Uşa­ğı özü­nə da­dan­dır­ma­sın.
Naz­lı əli­ni qar­nı­nın üs­tü­nə qo­yub gö­zü­nü dö­şə­mə­də xal­ça­ya zil­lə­miş­di. Elim bil­mə­di Naz­lı­nın fik­ri qar­nın­da­kın­da­dı, yox­sa ona qu­laq asır.
- Al­lah bi­lir sən ge­dib ki­mə aşiq ola­caq­san.
- Ki­mə de­yir­sən, nə de­yir­sən aaz, sən?!
- Qar­nım­da­kı­na de­yi­rəm.
- Ar­xı hop­pan, son­ra ho­op elə. Mən de­yi­rəm həm­dən hə­mə, sən de­yir­sən dəm­dən də­mə.
- Mən xal­xın qı­zı­na nə de­yim. Elə şey onun heç ağ­lı­na gəl­mir. "Bu ol­du qar­ğa mən­də qoz var", nə de­yim qı­za. Mən de­dim, o mə­nə nə de­yər axı? On­dan­sa qı­zın ye­ri­ni də­yi­şin, baş­qa kən­də gön­dər­sin­lər. Nə bi­lim, bir şey fi­kir­lə­şin. Qız da ya­zıq­dı axı.
- Yə­ni, de­yir­sən gə­də­nin hə­rə­kət­lə­rin­dən qız hə­lə bir şey hiss elə­mə­yib?
- Nə bi­lim, val­lah, qa­dın ola hiss elə­mi­yə, yə­qin, hiss elə­yib. Am­ma ağıl­lı adam­dı. Özü­nü heç o ye­rə qoy­mur. Ona ana ki­mi, ba­cı ki­mi can yan­dı­rır. Al­lah elə­mə­miş, qo­yu­ram özü­mü onun ye­ri­nə, hiss elə­sə də nə de­sin axı? Ye­nə sən bir Qə­fər ki­şi ilə da­nış. Son­ra de­yər mən ni­yə bil­mə­mi­şəm?
- Düz de­yir­sən. Ən ya­xın qo­hu­mu odur. Bu­nu bil­mək də, həll elə­mək də ona dü­şər. On­suz da pıç­ha­pıç baş­la­yıb. Kən­din sim­siz te­le­fon­la­rı işə dü­şüb. Dü­nən Cən­nət ar­vad gəl­miş­di, ida­rə­nin qa­ba­ğın­da idi. Özü də qəs­dən elə bərk­dən da­nı­şır ki, ha­mı eşit­sin. Yax­şı­dı Sü­sən or­da yox idi. De­yir­di:
- Dü­nən ye­tim­çə­yə ye­mək bi­şir­miş­dim, aya­ğım bur­xul­muş­du. Qı­za de­dim apar bu­nu Ağa­sə­fə, xəs­tə­di, ye­sin. Qız ge­dib gö­rüb üzü üz­lər gör­müş qır­mı­zı köy­nək­lə otaq­da­dı­lar. Ye­mə­yi ve­rib çı­xıb gə­lib. Ay dox­dur, gör­mə­miş gə­də ola, qır­mı­zı tu­man ola, bir də gö­rə­sən bu gün-sa­bah bir dəs­tə cü­cə ilə çıx­dı­lar hə­yə­tə.
Bu­nu eşi­dən All­lah­ver­di ki­şi­ni od gö­tür­mə­di?
- Aaaz, ərə ge­də­si nə­vən var, ye­nə di­lin hey­dən düş­mə­yib? Də­yir­man çax­ça­xı ki­mi çə­nə­ni sal­mı­san işə. Pah aton­nan, iki ye­tim uşaq bu kənd­də ha­mı­nın ye­ri­ni dar elə­mi­yib!? Ə, nə is­tə­yir­siz bu bəd­bax­lar­dan?
- Bu xa­la­sı­na lə­nət ol­muş­dan ha­ra qa­ça­san bil­mi­rəm ki. Ha­ra daş atır­san, Al­lah­ver­di­yə də­yir.
- İlan özün­sən, sə­nin adın­dan elə bez­mi­şəm, Al­lah ki­mi el­çi gön­dər­sə, cən­nə­tə get­mə­rəm.
Gör­düm ara qı­zış­dı, dər­man çan­ta­mı gö­tü­rüb ara­dan çıx­dım.
- Hə, yox, bu­nun axı­rı pis ola­caq, Elim. Sən Qə­fər ki­şi ilə da­nış.

* * *

Ge­cə Ay işı­ğı pən­cə­rə­dən düz evin or­ta­sı­na dü­şür­dü. Sü­sə­nin yu­xu­su ər­şə çə­kil­miş­di. Yor­ğa­nı­nı çiy­ni­nə çə­kib bir müd­dət çar­pa­yı­nın için­də bar­daş qu­rub otur­du. Çöl­də meh də əs­mir­di. İs­tə­di çı­xıb ey­van­da otur­sun. "Yox, so­yuq­du. Son­ra Ağa­sə­fin gü­nü­nə dü­şə­rəm. Stu­lu çə­kim, pən­cə­rə­nin qa­ba­ğın­da otu­rum". Yor­ğa­nı çiy­ni­nə kön­də­lən sa­lıb pən­cə­rə­nin qa­ba­ğın­da, dəp­də­yir­mi Ay­la üz­bəüz otur­du. Elə bil Ay­dan hər ye­rə gü­müş yon­qa­rı ələ­nir­di. "Al­la­hım, - de­di, - har­da­san sən, Al­la­hım. Mə­nim gü­na­hım nə­di? Ki­min ha­yı­fı­nı mən­dən çı­xır­san? Kim­sə mə­ni do­ğub yo­la atıb qa­çıb. So­ya­dı­mı da Yol­çu­ye­va qo­yub­lar. Dün­ya­ya gə­lən­dən ha­ra ge­di­rəm özü­mə də, ət­raf­da­kı­la­ra da bəd­bəxt­lik gə­ti­ri­rəm. Al­la­hım, bu­nun bir axı­rı ol­ma­ya­caq? De­yir­sən, özü­nü öl­dür­mək gü­nah­dı. Be­lə də ya­şa­maq ol­mur. Bəs ney­lə­yim axı? Gör nə ye­rə yet­mi­şəm, tür­mə­dən çıx­dı­ğı­ma heyf­si­lə­ni­rəm. Ora üzüm öy­rəş­miş­di. Ha­mı göz qa­ba­ğın­da idi. Yax­şı­nı, pi­si ta­nı­yır­dım. Bur­da ha­mı him-cim­lə, göz-qaş­la da­nı­şır. Bu kənd ca­maa­tı özü boy­da da ye­rin al­tın­da­dı. Sö­zü bir şey de­yir, əmə­li baş­qa. Baş aç­maq ol­mur. Mə­nə yol gös­tər, yol aç mə­nə, nə olar, Al­la­hım. Har­da­san, Al­la­hım? Bi­li­rəm, mə­ni eşi­dir­sən. Müt­ləq eşi­dir­sən. Bəl­kə, mən sə­nin bə­də­nin­də bir zər­rə­yəm, bir to­xu­ma­yam?! Hər hal­da, mən sə­nin ru­hun­dan, nə­fə­sin­dən, sə­nin ca­nın­da­nam. Hər hal­da, mən hiss elə­yi­rəm ki, sən var­san. Ni­yə bu əzab­la­rı mə­nə ve­rir­sən? Mə­ni gör­mür­sən?! Mə­ni gör­mür­sən, çün­ki mil­yard­lar­la hü­cey­rən var. Am­ma mə­nim ağ­rı­mı hiss edir­sən, eşi­dir­sən. Bəl­kə, mən aya­ğı­nın al­tın­da­kı hü­cey­rə­lər­də­nəm? Bi­zi əzə-əzə, özün həzz ala-ala, üs­tün­də ye­ri­di­yin hü­cey­rə­lər­dən bi­ri. İn­ti­har et­mə­yi gü­nah sa­yır­san, çün­ki sə­nə zə­rər­di. Sən bi­zi özü­nə bən­zər ya­rat­mı­san. Mə­nim də bə­də­nim mil­yard­lar­la hü­cey­rə­lər­dən iba­rət­di. Haqq, əda­lət özü də, gö­rü­nür, nis­bi­di, ta­le işi­di. Ora­dan o ya­nı gör­mə­yə, dü­şün­mə­yə bey­ni­min gü­cü çat­mır axı. Onu bi­li­rəm ki, sə­nin elə­di­yi­ni, ox­şa­rı­nı mən elə­yi­rəm. Mə­nim də aya­ğı­mın al­tın­da hü­cey­rə­lər var, on­la­rı dü­şün­mək heç ağ­lı­ma gəl­mə­yib. Am­ma aya­ğım ağ­rı­yan­da bey­nim eşi­dir, dü­şür əl-aya­ğa. Be­lə eti­na­sız­lıq­dan, haq­sız­lıq­dan mə­ni ya­şa­dan örü­yüb art­dıq­ca mə­ni bö­yü­dən bu hü­cey­rə­lər, tox­uma­lar ölür. Nə­ha­yət­də on­lar üçün qi­ya­mət qo­pur. İn­san ölür. Al­la­hım, bu fik­ri sən bu Ay işı­ğı ilə sal­dın mə­nim bey­ni­mə. Al­la­hım, de­yir­sən bu­nun əla­cı yox­dur? De­yir­sən, yə­qin, kai­nat ad­lı bu nə­həng saa­tın için­də bü­tün çarx­la­rın hə­rə­kə­ti­ni tən­zim­lə­yən qa­nun­du. Yə­ni, mə­nim ye­rim, ta­le­yim də­yiş­sə bü­tün bu uc­suz-bu­caq­sız kai­na­tın ni­za­mı­na zə­də dü­şər? Ona gö­rə di­ni­mi­zin şüa­rı səbr və şü­kür­dü? Yax­şı ki, ba­şa sal­dın mə­ni, Al­la­hım. Xey­li yün­gül­ləş­dim. Bu gü­nü­mə də şükr elə­yim, ge­dim ya­tım. Gö­rək za­ma­nın se­li mə­ni ha­ra apa­rıb çı­xa­ra­caq".
Sü­sən yor­ğun-yor­ğun öz ota­ğı­na qa­yıt­dı.

* * *

Gün­lər göz qır­pı­mı­na gön­müş­dü. Elə tez-tez ötüb ke­çir­di, adam on­la­rın sa­yı­nı da ça­şır­dı. Pıç­ha­pıç­lar öz işi­ni gör­müş­dü. Qə­fər ki­şi ilə Elim işi səs­siz-küy­süz həll elə­miş­di­lər. Yüz cür bə­ha­nə gə­ti­rib qı­zı baş­qa kən­də gön­dər­mə­yə mi­lis rəi­si­ni ra­zı sal­dı­lar. Adam­lar yol­dan yı­ğı­şan­dan son­ra Sü­sə­nin evi­ni Mus­ta­fa­ya gös­tər­di­lər. Elə səs­siz çı­xın, qı­za da ba­şa sal, Ağa­sə­fin xə­bə­ri ol­ma­sın. Kənd­də heç kə­sin xə­bə­ri ol­ma­sa da­ha yax­şı­dı. Heç bi­zim də bil­di­yi­mi­zi bil­mə­sin. Mus­ta­fa heç vaxt bir adam­dan iki ma­nat al­mır­dı. Ona gö­rə hə­rə­si öz ma­na­tı­nı ver­di. De­di­lər, Mus­ta­fa, sən öz ca­nın or­da tap­şır, yax­şı bax­sın­lar qı­za, ye­tim uşaq­dı. Elim gü­lə-gü­lə so­ruş­du:
- Ay Mus­ta­fa, ni­yə bir­cə ma­nat ar­tıq ve­rən­də al­mır­san?
- Qar­da­şoğ­lu, əv­və­la, mə­nim gör­dü­yüm işin də­yə­ri bir ma­nat­dı; sa­lam, əley­kü­məs­sa­lam, bir də əli­ni sı­xı­ram, vəs­sa­lam. Ax­şam da ma­nat­la­rı sa­yıb bi­li­rəm bir gün­də ne­çə adam­la gö­rüş­mü­şəm.
- Ma­nat ver­mə­sə sa­la­mı­nı al­maz­san?
- Yox, mən o qə­dər də ac­göz adam de­yi­ləm. Mən iş ba­şın­da­yam, sa­la­mı­mın da qiy­mə­ti var. Ver­mir, ca­nı sağ ol­sun. Mən də ax­şam pu­lu sa­yan­da onu adam say­mı­ram.
Qə­fər ki­şi gü­lüb onun kü­rə­yi­nə vur­du:
- Sağ ol, Mus­ta­fa, sə­nin ma­na­tın hə­mi­şə ola­caq, lap iş­dən çı­xan­dan son­ra da. Qız­dan mu­ğa­yat ol.
- Be­lə çox is­tə­yir­diz, ni­yə ye­ri­ni də­yiş­diz?
- Be­lə la­zım­dı, Mus­ta­fa, - mə­na­lı-mə­na­lı ba­xıb ba­şı ilə təs­diq elə­di, - sən mə­ni ta­nı­yır­san. Elə məs­lə­hət bi­li­rəm­sə, be­lə la­zım­dı. Sağ ol.
Sə­hər bu xə­bər kənd­də bom­ba ki­mi part­la­dı. Əv­vəl de­di­lər qız qa­çıb, son­ra han­sı ağıl­lı­sa de­di:
- Ba­lam, qız özü gəl­miş­di ki, özü də ge­dəy­di? Öz­ba­şı­na­dı?
A­ğa­səf sə­hər Elim­gi­lə gəl­di. Elim işə get­miş­di. Onu Naz­lı qar­şı­la­dı.
- Xe­yir ola, Ağa­səf, xoş gəl­din. Gəl, qa­qaş, gəl çay ve­rim. Çö­rək ye­mi­sən?
- Hə, ye­mi­şəm, - o ya­na boy­lan­dı, - yox­du?
- Kim?
- Sü­sən dox­dur.
- Yox, bəl­kə, işə ge­dib.
- Hə, hə, ge­dim ba­xım.
- Ayıb­dı, qa­qaş, ha­ra get­sə ax­şam evi­nə gə­lə­cək. Hə­rə bir söz da­nı­şır, get­mə ora, qız uta­nar.
- Qız uta­nar? Hə uta­nar da! Get­mə­rəm. Ax­şam gəl­mə­sə...
Yu­xum­da gör­düm get­di... be­lə qır­mı­zı do­nu ya­na-ya­na uç­du, get­di. Ge­dim ba­xım. Ba­xım ida­rə­yə.
- Qa­qaş, de­dim axı, qı­zı utan­dı­rar­san. Otur çay içək, söh­bət eli­yək.
- Yox, yox, mən ge­dim. Ev­də iki qo­na­ğım var.
- On­lar kim­di, ay Ağa­səf?
- Dost­la­rım­dı. Qa­rış­qay­nan, Mi­riş­ka.
Naz­lı alın­dı, va­hi­mə­lən­di. Am­ma ma­ra­ğı­nı giz­lə­də bil­mə­di.
- On­lar kim­di he­lə?
- Mi­riş­ka gül­mə­li­di, ayaq­la­rı uzun­du, ba­şı ba­la­ca. Qa­rış­qa elə qa­rış­qa­ya ox­şa­yır, am­ma ye­kə­di. Ba­şı da ye­kə­di. Ayaq­la­rı, əl­lə­ri ba­la­ca­dı. Qa­rış­qa de­di ki, Sü­sən dox­du­ru Elim dox­dur­nan Qə­fər əmi apa­rıb. De­di gəl­mə­yə­cək. Ge­dim. Tez ge­dim ba­xım, - öz-özü­nə da­nı­şa-da­nı­şa dar­va­za­dan çıx­dı. Naz­lı bərk qorx­muş­du. Qor­xu­su­nu gö­tür­mək üçün ka­sa­ya su tök­dü. Evin qa­pı­sı­na ya­naş­dı. Qa­pı­nın cəf­tə­si­ni su­ya sa­lıb çı­xart­dı, bis­mil­lah de­yib su­yu iç­di.
- Al­lah, sən özün kö­mək ol! Gül ki­mi uşaq­dı. Gör nə ha­la dü­şüb. Son­ra­sın­dan Al­lah sax­la­sın. Da­ha son­ra­sı qal­dı ki...
E­lim nərd oy­na­yan­la­ra azar­keş­lik elə­yir­di. Uzaq­dan Ağa­sə­fin gəl­di­yi­ni gö­rüb ka­bi­ne­ti­nə keç­di. Nərd oy­na­yan­lar Ağa­sə­fin gör­kə­min­dən təəc­cüb­lə­nib oyu­nu sax­la­dı­lar. Ya­xa­sı açıq, üzü­nü tük bas­mış, sa­çı da­ğı­nıq Ağa­sə­fi ta­nı­maq ol­mur­du. İri qa­ra göz­lə­ri hə­də­qə­sin­dən çıx­mış­dı. Göz­lə­ri­nin ağı qan çək­miş­di. Do­da­ğı­nın al­tın­da nə isə da­nı­şır­dı. İda­rə­nin qa­ba­ğın­da da­ya­nıb ona hey­rət­lə ba­xan­la­ra heç mə­həl qoy­ma­dı.
- Ay Elim dox­dur! - ça­ğır­dı. - Elim ey­va­na çıx­dı. Özü­nü ələ al­ma­ğa ça­lış­dı, gü­lüm­sün­dü.
- Xoş gəl­din, Ağa­səf. Ma­şal­lah, sa­ğal­mı­san. Gəl gö­rüm.
- Sü­sən dox­du­ru ha­ra apar­dın? Har­da­dı?
- Ağa­səf, Sü­sə­ni mən gə­tir­mə­miş­dim ki, kim de­yir mən apar­mı­şam? Mən Sü­sə­ni gör­mə­mi­şəm. Bəl­kə, öy­də­di.
- Öy­də yox­du. Hər ye­rə bax­mı­şam. Sən­nən Qə­fər əmi apa­rıb.
- Bu nə söz­dü, ay Ağa­səf. Kim de­yib bu­nu sə­nə?
- Mi­riş­ka.
- O kim­di ə... mən mi­riş­qa-zad ta­nı­mı­ram. İs­tə­yir­sən get Qə­fər əmi­dən so­ruş.
- So­ru­şa­ram. Ta­pa­cam. Ta­pa­cam Sü­sə­ni.
E­lim Ağa­sə­fin özün­də ol­ma­dı­ğı­nı gö­rüb yum­şaq səs­lə onu sa­kit­ləş­dir­mə­yə ça­lış­dı.
- Atam, Sü­sən dox­dur uşaq de­yil ki, itə-ba­ta, bi­lir­sən ki, onu bu­ra mi­lis gə­tir­miş­di. Eşit­di­yi­mə gö­rə, ra­yo­nun lap uzaq kən­di var, Kü­rün bən­di­nin qı­ra­ğın­da, pir var ey, Vey­səl Qa­ra ba­ba, onun ya­nın­da, or­da ağır xəs­tə var. Sü­sən dox­dur yax­şı hə­kim­di axı...
- Yax­şı­dı, qə­şəng­di, yax­şı hə­kim­di.
- Ay sağ ol. Onu apa­rıb­lar xəs­tə­ni sa­ğalt­sın. Sa­bah-bi­ri gün qa­yı­dıb gə­lər.
- Han­sı kənd­di?
- Qa­xay.
- Hə, bil­dim.
- Sa­bah, ya da o bi­ri gün qa­yı­dar. Sən get ev­də göz­lə. Özü də tə­zə sa­ğal­mı­san, özü­nü so­yu­ğa ve­rər­sən. Be­lə ya­xa­sı, ba­şı açıq gəz­mə.
- Hə bil­dim, bil­dim, - Ağa­səf gəl­di­yi ki­mi də sa­lam­sız-kə­lam­sız get­di.
­E­lim onun ar­xa­sın­ca suç­lu adam ki­mi bax­dı:
- Bu mi­riş­ka kim­di. Ki­mi de­yir o he­lə? - otu­ran­lar­dan səs çıx­ma­dı.

* * *

Ax­şam evə qa­yı­dan­da Ağa­sə­fə də­yib onu bir az da di­lə tu­tub sa­kit­ləş­dir­mək qə­ra­rı­na gəl­di. O, uşa­ğın əsəb­lə­ri­nin po­zul­du­ğu­nu, ağ­lı­nın çaş­dı­ğı­nı əv­vəl­dən də hiss edir­di. Am­ma in­di, xəs­tə­lik­dən son­ra­kı zəif­lik də öz işi­ni gör­müş­dü. Ya­şı­nın da ən həs­sas döv­rü idi. Ağa­sə­fin bu ha­lı­na ru­hi xəs­tə de­mə­yə di­li gəl­mir­di. La­kin bu ha­la baş­qa bir ad da ta­pıb qo­ya bil­mir­di. Ağa­səf­gi­lə gir­di. Qa­pı­lar iki­si də açıq idi. Ağa­səf nə ev­lər­də, nə hə­yət­də var­dı. Öz ev­lə­ri­nə gəl­di. Naz­lı hə­yət­də onu göz­lə­yir­di.
- Ağa­sə­fi gör­mə­mi­sən?
- İn­di yox, sə­hər gəl­miş­di. Həl­ləm-qəl­ləm vu­rur­du. De­yir­di Elim dox­dur­nan Qə­fər əmi qı­zı apa­rıb.
- O Mi­riş kö­pə­koğ­lu kim­di sa­lıb gə­də­nin bey­ni­nə? De­yir Mi­riş­ka de­yib ki, mən­nən Qə­fər ki­şi qı­zı apa­rıb. Ki­min uşa­ğı­dı bu­nu de­yən?
- Bir da­yan gö­rək, nə uşaq? De­yir qa­rış­qay­nan, mi­riş­ka dos­tum­du. Be­lə mıs, mıs, mıs de­yin­cə Mus­ta­fa de­yək da... bu uşa­ğın ba­şı­na ha­va gə­lib. Da­ha gö­zü­nə şey­lər gö­rü­nür. Gül ki­mi uşa­ğı də­li elə­diz.
- İn­di də yox­du. Ge­dər özü­nü qa­ya­dan atar, çay­da bo­ğu­lar. Mən ge­dim Qə­fər ki­şi­ni ta­pım. İşə düş­mə­dik?!

* * *

Qa­xay kən­di bu tə­rəf­lər­də çox məş­hur olan iki pi­rin ara­sın­da yer­lə­şir­di. Se­yid Şah Mər­dan qə­zəb­li pir sa­yı­lır­dı. Ət­ra­fın­da qə­bi­ris­tan­lıq sa­lın­mış­dı. Pi­rin qə­zə­bin­dən qorx­duq­la­rı­na gö­rə zi­ya­rət­çi­si az olur­du. Am­ma Vey­səl Qa­ra hər za­man zi­ya­rət­çi­si bol olan bir pir idi. Vey­səl­qa­ra­da qa­lın bir me­şə­lik ya­ran­mış­dı. Bu­ra­ Qa­xay, Se­yid­lər, Pı­çaq­çı kənd­lə­ri­nin qə­bi­ris­tan­lı­ğı sa­yı­lır­dı.
Bu kənd­lə­rin qo­ca­la­rı da­nı­şır­lar ki, ge­cə­lər bu iki pir­dən bir-bi­ri­nə mə­şəl ki­mi quy­ruq­lu alov uç­du­ğu­nu gö­rən­lər olub. Pa­yız gə­lən­də ra­yon mər­kə­zin­də Qa­xay ad­lı kən­din ol­du­ğu unu­du­lur­du. Ən ya­xın ra­yon mər­kə­zi­nə qırx ki­lo­metr idi. Bir yo­lu var­dı, o da Kü­rün bən­di­nə ça­tın­ca uzun bir şo­ran­lıq­dan ke­çir­di. Ya­ğış ya­ğan­da şo­ra­nın saq­qız ki­mi pal­çı­ğı ada­mın aya­ğın­da nə­yi var­sa zor­la çə­kib çı­xart­ma­sa əl çək­məz­di. Qa­xay­da pa­yız gə­lən­dən mür­gü­lü gün­lər baş­la­yır­dı. Ev­lə­rin ba­la­ca pən­cə­rə­lə­rin­də zə­if sa­rı işıq­lar mür­gü­lə­yir­di. Bu­xa­rı­lar­dan qal­xan mür­gü­lü boz tüs­tü­lər ha­va­da uza­nıb ya­tır­dı. Töv­lə­də mür­gü­lü ca­mış­lar gün­düz ye­di­yi­nin köv­şə­yi­ni gə­ti­rir­di. Üs­tün­də tək-tük sa­rı yar­paq­la­rı qal­mış ağac­lar yat­maq üçün so­yun­muş­du­lar. Sə­hər xo­ruz­la­rın sə­si kən­din yu­xu­su­nu qa­çı­ran­da kən­din uşaq­la­rı da xo­ruz­la­ra qo­şu­lub qış­qı­rı­şır­dı. "Kən­də də­li gə­lib, kən­də də­li gə­lib" - bu, ki­no-te­atr, sirk sö­zün­dən də ma­raq­lı səs­lə­nir­di. Sən de­mə, bu yu­xu­lu hə­yət­lər­də mal-qa­ra­dan, qo­yun-qu­zu­dan, ya­lan ol­ma­sın, to­yuq-cü­cə­dən çox uşaq var­mış. Kən­din or­ta­sın­da uca boy­lu, en­li kü­rək, ayaq­ya­lın, di­zə ki­mi pal­çı­ğa bat­mış saç-saq­qal bas­mış bir oğ­lan var­dı. Uşaq­la­rı gö­rüb özü də uşaq ki­mi se­vin­di.
- Ha­nı, ha­nı? - uşaq­lar­dan so­ruş­du.
- Kim?
- Sü­sən dox­dur, - heç kəs­dən səs çıx­ma­dı, - qır­mı­zı do­nu var. Bu­ra gə­lib.
U­şaq­la­rın bi­ri çiy­ni­ni çək­di, bi­ri "bil­mi­rəm" de­di, bi­ri "gör­mə­mi­şəm", "bu­ra gəl­mə­yib". Göz­lə­ri iki qa­ra mun­cuq ki­mi oy­na­yan ba­la­ca bir uşaq:
- Mən bi­li­rəm, - de­di.
­A­ğa­səf onun qar­şı­sın­da diz çök­dü, əl­lə­ri­ni ona uzat­dı:
- De da, de, nə olar, de!
- Oy­na, de­yim.
- Yax­şı, yax­şı, oy­na­ya­ram. Am­ma de.
Kim­sə de­di ki:
- Ə, lə­yən gə­ti­rin ça­laq, oy­na­sın.
Bu vaxt kol­xo­zun səd­ri ya­nın­da iki nə­fər özü­nü ye­tir­di.
- Bu nə­di, ay uşaq?!
U­şaq­la­rın bə­zi­si qaç­dı, bə­zisi da­ya­nıb nə­lər ola­ca­ğı­nı göz­lə­yir­di. Ye­nə o ba­la­ca irə­li çıx­dı.
- Kən­də də­li gə­lib, Sü­sən dox­du­ru so­ru­şur.
- Sa­lam, da­yı, dəy­mə, in­di oy­na­ya­ca­yam.
- Yax­şı, yax­şı, oy­na­sın! Oy­na­sın. Mən in­di gə­li­rəm, - or­dan ara­lan­dı. Ya­nın­da­kı­lar­dan bi­ri onun ya­nın­ca az qa­la yü­yü­rə-yü­yü­rə so­ruş­du:
- Sədr, ney­lə­yək? De, nə la­zım­sa elə­yək.
- Hür­küt­mə­yin, bu elə be­lə şey de­yil. Mən so­vet səd­ri Mo­lu­şa zəng eli­yim. O da la­zı­mı yer­lə­rə mə­lu­mat ver­sin. Bu elə-be­lə işə ox­şa­mır. Ə, bu boy­da-bu­xun­da də­li olar. Amer­kan şi­pi­yo­nu-zad olar ey... Siz ba­şı­nı qa­tın.
Bir az­dan son­ra lə­yən sə­si, mah­nı sə­si, əl ça­lan­la­rın, ay can-ay can de­yən­lə­rin sə­si kən­di ba­şı­na gö­tür­müş­dü. Ağa­səf öm­rü bo­yu oy­na­ma­ğa həs­rət qal­mış adam ki­mi ürək­dən oy­na­yır­dı. Sü­sən də yad­dan çıx­mış­dı. Uşaq­lar­dan bir ne­çə­si də ona qo­şul­muş­du. Bir qu­la­ğın­da te­le­fo­nun dəs­tə­yi ol­sa da, səd­rin o bi­ri qu­la­ğı bir ta­nış zil sə­si eşit­di.
Ya­şıl çə­mən, göy ta­la
­Qu dö­şə­yə ox­şa­yır,
Səd­ri­mi­zin bığ­la­rı
­Bə­növ­şə­yə ox­şa­yır.
- Tfu... kö­pək qı­zı, yax­şı gö­rər­sən!..

* * *

O il­lər­də kənd­də ra­yon mər­kə­zi­nə ba­zar de­yir­di­lər. Kənd­dən zən­bi­li­ni əli­nə alıb qa­pı­dan çı­xan "ba­za­ra" ge­di­rəm de­yir­di. Heç kəs şə­hə­rə, ra­yon mər­kə­zi­nə ge­di­rəm de­mir­di. Kənd­dən ba­za­ra sat­ma­ğa mey­və, göy-gö­yər­ti, ağar­tı, yə­ni süd, qa­tıq, yağ, qo­yun-qu­zu, mal-qa­ra apa­rır­dı­lar. Bun­lar dörd yan­dan gə­lən qan da­ma­rı yol­lar­la ra­yo­nun ürə­yi­nə - mər­kə­zi­nə gə­lir­di. Elə hə­min ürək­dən, hə­min yol­lar­la çay, qənd, lam­pa, la­zım olan hər şey­lə ya­na­şı, xə­bər­lər, ye­ni­lik­lər, şa­yiə­lər də kənd­lə­rə ya­yı­lır­dı. Odur ki, ra­yon mər­kə­zi ra­yo­nun ürə­yi ol­sa da, "ba­zar" ad­la­nır­dı. Kənd­çi ona ürək yox, ba­zar de­yir­di. Hə­min o ba­zar­dan ça­yın, du­zun, qən­din ara­sın­da gə­lən xə­bər­lər də ye­ni can ki­mi kən­də can­lan­ma gə­ti­rir­di. Xə­bər­lər ara­sın­da Sa­rı­qa­ya­lı Qə­fər müəl­li­min da­yı­sı nə­və­si­nin ha­va­la­nıb ge­cəy­lə ge­dib Qa­xay kən­di­nə çıx­ma­sı bi­rin­ci yer­də idi. Tək­ba­şı­na ge­cə­nin qa­ran­lı­ğın­da qırx ki­lo­metr yo­lu şo­ran dü­zən­dən, qa­lın me­şə­dən ke­çib ne­cə ge­dib? Kən­din uşaq­la­rı oğ­la­nı lə­yən ça­lıb or­ta­da ayı ki­mi oy­na­dır­lar­mış. Mo­ruq­lu kən­di­nə Sü­sən xa­nı­mın gəl­di­yi iki gün idi. Bu söh­bə­ti də qu­la­ğı çal­mış­dı. Am­ma özü­nü o ye­rə qoy­mur­du. Yə­ni, bu de­yi­lən­lə­rin bu­na heç bir ai­diy­yə­ti yox­dur. Qo­lu­nu ti­kan cız­mış bir gə­lin qo­lu­nu sa­rıt­dır­maq üçün Sü­sə­nin ya­nı­na gəl­di. Sü­sən onun ya­ra­sı­na yod çə­kib sa­rı­ğı qo­ya­na ki­mi ba­zar­dan alış-ve­riş­dən gəl­di­yi­ni və or­da eşit­di­yi əh­va­la­tı Sü­sə­nə da­nış­dı. Gə­lin gö­rən­də ki, Sü­sən mə­həl qoy­mur:
- Də­li de­yir­miş Sü­sən dox­du­ru ax­ta­rır, - de­di, Sü­sə­nə diq­qət­lə bax­dı. Sü­sən bu söh­bə­tə ye­nə mə­həl qoy­ma­dı, işi­ni gö­rüb qur­tar­dı. Otu­rub mat-məət­təl ona ba­xan gə­li­ni stul­da qo­yub çan­ta­sı­nı gö­tür­dü. Onun üçün ki­ra­yə­yə tu­tul­muş evə get­di. Yol bo­yu ürə­yin­də "Al­la­hım, bu qə­dər qəd­dar­lıq in­san­la­rın ürə­yin­də har­dan­dı? Axı, bəd­bəxt­lə­rin fa­ciə­sin­dən ne­cə həzz alır bun­lar?".
E­və gə­lib çar­pa­yı­ya uzan­dı. Gö­zü­nün qa­ba­ğı­na o boy­lu-bu­xun­lu, ya­ra­şıq­lı Ağa­səf gəl­di. Son­ra uzaq bir kənd­də uşaq­la­rın lə­yən ça­lıb onu oy­nat­ma­sı­nı tə­səv­vür et­di. Ürə­yi ağ­rı­dı.
- Uff Al­lah, - ağ­la­dı, - adam nə gü­nə dü­şər­miş. Uşaq­dı, əməl­li-baş­lı uşaq­dı. Nə gö­rüb axı, - bir­dən tə­ləm-tə­lə­sik göz­lə­ri­ni sil­di, - mən ni­yə ağ­la­yı­ram? Onu se­vir­dim? Yox, yox, yox, bir əl­cə uşaq­dı. Qar­da­şım­dı? Yox! Qo­hu­mum­du? Yox! O da mə­nim ki­mi ye­tim­di. Yox, onun Qə­fər müəl­lim ki­mi qo­hu­mu var. Onun kən­di var. Mə­nim nə­yim var? Ar­xam­da tür­məm, ya­nım­da bir ma­nat­lıq Mus­ta­fa. İn­san­la­rın içi nif­rət­lə do­lu­du. Da­şa da, qu­şa da, ağa­ca da nif­rət elə­yir­lər. Bir-bi­ri­ni sanc­maq­dan həzz alır­lar. Ni­yə? Kim da­ha çox san­car, kim da­ha bərk ağ­rı­dar ya­rı­şı ge­dir. O mə­lək si­fət­li gə­li­nin için­dən ca­na­var diş­lə­ri­ni qı­cı­dıb mə­nə ba­xır­dı. Onun ürə­yin­də mə­nə de­yi­lə­si da­ha ağır söz­lə­ri var­dı. Bu­nun üçün mən­dən bir ko­bud ca­vab göz­lə­yir­di ki, özü­nü haq­lı sa­yıb açı­lıb içi­nin xıl­tı­nı, zir-zi­bi­li­ni bo­şalt­sın. Ge­dib ev­də üs­tün­dən bir çay iç­sin. Əri­ni qu­caq­la­yıb ürək ra­hat­lı­ğı ilə yat­sın. Mən özüm gu­ya yax­şı­yam. Mən ney­lə­yə bi­lər­dim axı? Düş­dü­yüm və­ziy­yət­də ən doğ­ru yol bu idi. Bu cə­za­nı çə­kib qur­ta­ran­dan son­ra ai­lə qur­ma­ğa, in­san ki­mi ya­şa­ma­ğa, az da ol­sa, ye­nə bir ümi­dim var. Am­ma əx­laq­sız­lı­ğın axı­rı yox­du. O, öm­rüm bo­yu mə­nim­lə ge­də­cək­di. Yox, mə­nim­ki qəd­dar­lıq de­yil­di, mən ca­nı­mı, öm­rü­mü xi­las edir­dim. Nə­ti­cə çox qəd­dar ol­du. Bir adam ömür­lük şi­kəst ol­du. O ni­yə adam olur? Nə tez unut­dun? Al­çaq, vic­dan­sız; o, bir hey­van idi. He­lə­lə­ri­nin aya­ğı al­tın­da tap­da­lan­maq­dan­sa, Al­la­hım, sə­nin aya­ğı­nın al­tın­da ra­ha­tam, əz, tap­da, sə­nin ver­di­yin əzab­lar ru­hu­mu yu­yur. Mə­nim özüm-özüm­lə da­vam sə­nin ver­di­yin cə­za­dı çə­ki­rəm. Al­la­hım, gö­rü­nür, sən­dən hər bi­ri­miz­də bir zər­rə də var ki, adı vic­dan­dı. Biz vic­da­nı sus­du­ran­da, öl­dü­rən­də, Al­la­hın zər­rə­si­ni öl­dü­rü­rük. Vic­dan­sız­lar ço­xal­sa, dün­ya­nı Al­lah­sız qo­ya bi­lə­rik. Eh, ba­şım­da min dərd var, gör mə­nim bu boş ba­şım nə fi­kir­lə­şir. Ax­maq ba­şın zül­mü­nü bə­dən çə­kər. Qar­nı­na qoy cə­za­nı, çək!

* * *

İş­tah diş al­tın­da­dı. Əş­rə­fin ye­ni möv­zu­ya, Sü­sə­nin ax­ta­rı­şı­na ba­şı elə qa­rış­mış­dı bir­dən ayıl­dı ki, ne­çə gün­dür re­dak­si­ya­ya get­mə­yib. Re­dak­tor­la zəng­ləş­di, ma­raq­lı bir ha­di­sə­ni araş­dır­dı­ğı­nı, oxu­naq­lı bir ma­te­ria­lın ola­ca­ğı­na söz ver­di, vaxt is­tə­di. O, öz yad­da­şın­da olan o döv­rü tam bər­pa et­miş­di. Ne­cə olub bu möv­zu mə­nim ağ­lı­ma gəl­mə­yib? Əs­lin­də, hər ya­zı­çı­nın möv­zu­su öz için­də­di, öz öm­rü­nün han­sı­sa bir par­ça­sı­dı. Əş­rə­fin ya­dı­na nə vaxt­sa eşit­di­yi bir rə­va­yət düş­dü. Qo­yun doğ­maq vax­tı gə­lən­də örü­şü gə­zir, qu­zu­nun ye­yə bi­lə­cə­yi otun ya­nın­da do­ğur. Qu­zu isə do­ğu­lan ki­mi ana­sı­nın kö­mə­yi ilə aya­ğa qal­xır. Hə­min otu tap­maq üçün ət­ra­fı do­la­nır. Qo­yun isə dü­şü­nür, qoy ax­tar­sın, aya­ğı bər­ki­yir, ye­ri­şi dü­zə­lir, axır­da otu gə­lib do­ğul­du­ğu yer­də ta­pa­caq. Biz də möv­zu­nu kə­nar­da ax­ta­rı­rıq. Hal­bu­ki möv­zu bi­zim öz içi­miz­də­di, yad­da­şı­mı­zın bir par­ça­sı­dı. Onu yad­da­şı­mı­zın ar­xi­vin­dən çı­xar­ma­saq, va­raq­la­ra kö­çür­mə­sək, yad­da­şı­mız bi­zim­lə mə­za­ra ge­də­cək. Onu heç kəs heç za­man bil­mə­yə­cək. Əş­rəf bu gün­lər ər­zin­də bir da­ha o il­lə­rə qa­yıt­dı. Bə­zi ha­di­sə­lə­ri in­di da­ha ay­dın, da­ha hər­tə­rəf­li gö­rür­dü. Ağa­sə­fi Qa­xay­dan gə­ti­rən­dən son­ra də­li ol­du­ğu­nu uşaq­lı-bö­yük­lü ha­mı bi­lir­di. Ha­mı onu qo­ru­ma­ğı öz işi sa­yır­dı. Elə bil Ağa­səf də nə­za­rət al­tın­da ol­du­ğu­nu hiss edir­di. Yo­la çıx­ma­ğa, ha­ra isə get­mə­yə heç cəhd də gös­tər­mir­di. Kən­din sa­kit ge­cə­lə­rin­də Ağa­sə­fin oxu­du­ğu mə­na­sız söz­lə­rin ara­sın­da­kı ağ­rı­nı, inil­ti­ni kən­din it­lə­ri də du­yur, onun sə­si­nə səs ve­rib hü­rür­dü­lər. Bə­zi­lə­ri isə üzü­nü gö­yə tu­tub ula­yır­dı. Uşaq­lar, ye­ni­yet­mə­lər Ağa­sə­fin dər­di­ni, ağ­rı­sı­nı ca­nın­da hiss elə­yir­di­lər, yu­xu­la­rı qa­çır­dı, uzun müd­dət son­ra ye­ni­dən yu­xu­ya ge­din­cə mah­nı­nı din­lə­yir­di­lər. Hə­lə, de­yə­sən, yu­xu­da da bir müd­dət onun sə­si­ni eşi­dir­di­lər. O uşaq­lar­dan bi­ri də Əş­rəf idi. Mək­təb­də­ki gö­rüş­dən son­ra xey­li ürək­lən­di. Əş­rə­fin möv­zu­ya ma­ra­ğı bi­rə-beş art­dı. Möv­zu­ya de­dek­tiv ele­men­ti gə­tir­mək üçün Sü­sə­nin va­li­deyn­lə­ri­nin kim ol­du­ğu­nu öy­rən­mə­yi qar­şı­sı­na məq­səd qoy­du. Əl­bət ki, Sü­sə­ni mək­tə­bə ve­rən ye­tim­lər evi­nə get­mək la­zım idi. Ün­va­nı tap­dı. Mü­dir gü­lər üz­lü, mü­la­yim xa­siy­yət­li, əl­li-əl­li beş ya­şın­da bir ki­şi idi. Çox sə­mi­mi qar­şı­la­dı. Meh­ri­ban­lıq­la Əş­rə­fin qo­lu­na gi­rib ka­bi­ne­ti­nə apar­dı.
- Yax­şı igi­din, de­yib­lər, adı­nı eşit, üzü­nü gör­mə. Adı­nı­zı eşit­miş­dim, üzü­nü­zü də gör­düm, şad ol­dum. Adım Hə­sə­na­ğa­dı.
- Bi­li­rəm, da­nış­mış­dıq. Mə­nim də adım...
- Əş­rəf müəl­lim­siz, bi­li­rəm, çox yox, bir-iki san­bal­lı mə­qa­lə­ni­zi oxu­mu­şam. Xe­yir­di­mi?
­Əş­rəf söh­bə­ti uzat­maq is­tə­mə­di. Gə­li­şi­nin sə­bə­bi­ni açıb de­di. Yar­dım is­tə­di. Hə­sə­na­ğa bir az mə­yus ol­sa da, üzə vur­ma­dı. O elə bil­miş­di ki, Əş­rəf ye­tim­lər evi haq­qın­da mə­qa­lə ya­za­caq, o da öz prob­lem­lə­rin­dən ürək do­lu­su da­nı­şa­caq. Əş­rəf hiss elə­di, söz ver­di.
- Söz ve­ri­rəm, bu­ra xü­su­si gə­lə­cə­yəm. Bi­li­rəm, prob­lem­lə­ri­niz çox­du. Mən baş­la­dı­ğım işi ya­rım­çıq qo­yan de­yi­ləm, gə­lib bur­da iliş­mi­şəm. Bu­nu aç­ma­sam müm­kün de­yil.
Hə­sə­na­ğa fik­rə get­di, elə bil nə­də isə tə­rəd­düd edir­di.
- Val­lah, nə de­yim. Çox, üs­tün­dən çox ke­çib. Sə­nəd­lər ve­ri­lib ar­xi­və...
- Hə­sə­na­ğa müəl­lim, siz mə­nim ürə­yi­mə yat­mı­sız. Ara­da si­zin adı­nız ol­ma­ya­caq. Kö­mək elə­yin, borc­lu qal­ma­ram.
- Əşi, ayıb söz­dü. Əs­lin­də, mən bil­mi­rəm. Mən bu­ra son­ra gəl­mi­şəm. Mü­dir müa­vi­ni ol­mu­şam. Mən si­zə Gül­zar xa­nı­mın ün­va­nı­nı, te­le­fo­nu­nu ve­rə bi­lə­rəm. Tə­qaüd­də­di. Əv­vəl­ki mü­dir­di. Can­lı ta­rix­di. Lap jur­nal­la­rı tap­saq da or­da baş­qa söz ya­zıl­mış ola bi­lər. Am­ma işin əs­li­ni Gül­zar xa­nım bi­lir. Müt­ləq bi­lir. "Bil­mi­rəm" de­sə də, inan­ma. Ya­man ar­vad­dı, bu­ra gö­tür­dü­yü bü­tün uşaq­la­rın əs­li­ni-kö­kü­nü tə­miz bi­lir. Ya­dın­da da sax­la­yır. Am­ma jur­na­la, an­ke­tə nə ya­zıb o baş­qa mə­sə­lə­di. Yaş­lı adam­dı, am­ma hə­lə sağ-sa­la­mat­dı, bir şey ol­sa, mən bi­lər­dim. Əş­rəf ba­şa düş­dü, bu o de­mək idi, bir az tə­ləs.
Əş­rə­fə qa­pı­nı Gül­zar xa­nı­mın nə­və­si aç­dı. Qız on beş ya­şın­da olar­dı. Əş­rəf Gül­zar xa­nı­ma bir şo­ko­lad qu­tu­su al­mış­dı, bir dəs­tə çi­çək. Qu­tu­nu qı­za ver­di. Qız hə­vəs­lə qu­tu­nu al­dı.
- Xoş gəl­mi­siz.
- Sağ ol. Adın nə­di?
- Gül­zar.
- De­mə­li, ba­la­ca Gül­zar­san.
- Ba­la­ca ni­yə olu­ram? Nə­nə, ya­zı­çı gəl­di.
- Qa­pı­da sax­la­ma, xoş gə­lib.
- Gə­lin.
- Ayaq­qa­bı­mı çı­xar­dım.
- Nə­nəm de­di ki, siz ayaq­qa­bı­lı gə­lə bi­lər­siz.
Əş­rəf ayaq­qa­bı­sı­nı çı­xart­dı.
- Şap­şap ve­rim, ge­yin.
- Yox, be­lə yax­şı­dı. - İçə­ri keç­di, Gül­zar xa­nım çar­pa­yı­da otur­muş­du, -xəs­tə ol­du­ğu­nu­zu bil­mir­dim, - gül­lə­ri Gül­zar xa­nı­ma ver­di, - si­zə zəh­mət ver­dim.
- Yox, yox, xəs­tə de­yi­ləm. Bu xəs­tə­li­yin adı qo­ca­lıq­dı. Xoş gəl­mi­sən. Ada­mı qo­calt­maq is­tə­yir­sən, tə­qaü­də gön­dər. Or­dan əy­ləş, stu­lu çək. Hə, bax be­lə. De­yi­rəm du­rum aya­ğa, du­rub ney­lə­yə­cə­yəm? Qırx il­di bu bi­na­da ya­şa­yı­ram. Sə­hər ge­dib ax­şam yat­ma­ğa gəl­mi­şəm. Heç kə­si ta­nı­mı­ram. A ba­la, çay gə­tir. Bu nə­vəm ol­ma­sa, lap bağ­rım part­la­yar­dı. Sal­dım sə­ni çə­nə­min al­tı­na, aman ver­mə­dim sən də bir söz de­yə­sən. Han­sı qə­zet­dən­sən de­din?
- "İrə­li" qə­ze­ti­di.
- Hə, o iq­ti­dar qə­ze­ti­di da...
- Bə­li, iq­ti­dar yön­lü­dü.
- Nə yaz­maq is­tə­yir­sən? Gö­zü­müz qor­xub ey. Şi­rin dil­lə da­nış­dı­rır, son­ra ge­dib ağ­zı­na gə­lə­ni dö­şü­yür.
- Yox, Gül­zar xa­nım, mən, ümu­miy­yət­lə, ye­tim­xa­na...
Gül­zar xa­nım cid­di gör­kəm alıb onun sö­zü­nü kəs­di.
- Ye­tim­xa­na yox, uşaq evi. Biz sa­ğıq­sa, on­lar ni­yə ye­tim olur?
- Ba­ğış­la­yın, haq­lı­sız. Mən mə­qa­lə yox, bu möv­zu­da ki­tab yaz­maq is­tə­yi­rəm. İs­tə­yi­rəm de­yən­də, yaz­mı­şam. Si­zin də haq­qı­nız­da or­da xey­li xoş göz­lər var. Bu ev­də bö­yü­yən­lər­dən bə­zi­lə­ri son­ra­dan ad-san sa­hi­bi olub.
- Bə­li, bə­li. Qırx üç il bu və­zi­fə­də ça­lış­dım. Əv­vəl de­yər­dim mə­nə bir So­sia­list əmə­yi qəh­rə­ma­nı ve­rər­lər. Gör­düm yox, de­dim, yə­qin, bir or­den ve­rər­lər, onu da ver­mə­di­lər. De­dim me­dal da ol­sa ve­rər­lər. Axır­da mə­ni öz evi­mə is­ti­ra­hə­tə gön­dər­di­lər.
A­cı-acı gül­dü:
- Bu da mə­nim sağ olum.
- Si­zin sağ olu­nuz o uşaq­la­rın si­zə Gül­zar ana de­mə­si­dir.
- Hə, o var. Bir də­fə bir məc­lis­də tə­sa­dü­fən mə­nim bö­yük­lü-ba­la­ca­lı on üç uşa­ğım üs­tü­mə qaç­dı, qu­caq­la­dı­lar, öp­du­lər. Ya­nım­da otu­ran ar­vad de­di, evin ti­kil­sin ar­vad, sə­nin doğ­maq­dan baş­qa pe­şən yox idi? Hə, Azər­bay­ca­nın hər ye­rin­də mə­nim uşaq­la­rım var. Am­ma mə­nə qa­lan bu ba­la­ca Gül­zar­dı.
- Vay, çay qay­na­dı, - Gül­zar mət­bə­xə qaç­dı.
- Bu da, hə, qa­çan ye­ri yox­dur, qaç­mır.
- Gül­zar xa­nım, mən bir-iki şe­yi də­qiq­ləş­dir­mək is­tə­yi­rəm. O şey­lə­ri ki, siz­dən baş­qa mə­nə onu heç kəs de­mə­yə­cək. Çün­ki heç kəs bil­mir.
- So­ruş, ba­la. Bi­li­rəm­sə, de­yə­rəm.
- Siz­dən pe­şə mək­tə­bi­nə gəl­miş qə­şəng, qey­rət­li bir qız mi­li­si bı­çaq­la­mış­dı, ya­dı­nız­da olar.
- Ya­dım­da­dı. Hə, ya­dı­ma gə­lir. O vaxt mən də məh­kə­mə­yə o qız haq­qın­da yax­şı xa­siy­yət­na­mə ver­miş­dim.
- Adı Sü­sən idi.
- Bə­li, yol­dan tap­mış­dı­lar. Fa­mi­li­ni də Yol­çu­ye­va yaz­dıq.
- On­la­rı bi­li­rəm. O qı­zın ata­sı­nın, ana­sı­nın adı­nı bil­mək is­tə­yi­rəm.
- Mən də bil­mi­rəm, adı­nı bil­mi­rəm.
- O za­man çə­tin il­lər idi. Hər yer­də düş­mən ax­ta­rır­dı­lar. İn­di hər şey ke­çib ge­dib. Tu­tu­lan­lar, ölən­lər bə­raət qa­za­nıb. Axı mən yol­dan ta­pıb­lar ya­za bil­mə­rəm. Özüm də bi­lə-bi­lə, siz bi­lir­siz - yol­dan ta­pı­lan uşaq o qey­rə­tin sa­hi­bi ola bil­məz. Onun qa­nın­da ki­min­sə sağ­lam qa­nı var.
- Nə de­yim, ya­man yer­də ya­xa­la­mı­san mə­ni. İn­di mən de­yən­lər dəf­tər-ki­tab­da ya­zıl­ma­yıb. Bi­zim bir qo­hum var­dı, pa­paq­çı. Son­suz idi­lər. Bir zi­ya­lı ai­lə ilə qon­şu idi­lər. On­lar ki­no­ya, teat­ra ge­dən­də, uşa­ğı Xa­nım hə­vəs­lə sax­la­yır­dı, oy­na­dır­dı. İki­si də xa­ric­də oxu­yub gəl­miş­di­lər. Adı­nı bil­mi­rəm, ar­va­dın fa­mi­li Şah­su­va­ro­va olub, ki­şi də Əbi­lov imiş.
- Qon­şu ola­san, adı­nı bil­mə­yə­sən, eşit­mə­yə­sən.
- So­ruş­dum, de­di­lər ər-ar­vad bir-bi­ri­nə fa­mi­li ilə mü­ra­ciət edir­miş. Əbi­lov, Şah­su­va­ro­va de­yir­lər­miş.
- Qə­ri­bə­di.
- Bəl­kə, elə bu qə­ri­bə­lik­lə­ri­nə gö­rə on­lar­dan şüb­hə­lə­nib­lər. Axı fəh­lə­yə, kənd­li­yə ox­şa­ma­yan­lar ha­mı­sı "kont­ra" sa­yı­lır­dı. Ta­nış olan­da ha­mı adın de­yir­di, bun­lar fa­mi­li­ya­sı­nı. Üs­tə­lik də, ar­vad ağ tor əl­cək ge­yir­di. Şlya­pa qo­yur­du.
- On­la­rı ni­yə tu­tub­lar?
- Nə bi­lə­sən. Ağ qar­ğa­ya ox­şa­yır­dı­lar, yə­qin, on­la­rı da Fran­sa­nın şi­pi­yo­nu ki­mi tu­tub­lar. Teatr­dan gə­lən­də qa­pı­nın ağ­zın­da gö­tü­rüb ge­dib­lər. Uşaq qa­lıb Xa­nım­da. Am­ma qə­şəng, is­ti­qan­lı uşaq idi. Ne­cə ol­du? Sağ­dı?
- Nə bi­lim, gö­rək, araş­dı­rı­ram. Si­zə də zəh­mət ver­dim. Mən ge­dim.
- Nə tez? Ye­mək ha­zır­la­mı­şıq. Bi­lir­sən, mən­də nə ma­raq­lı ma­te­rial­lar var, ha­zır ro­man­dı.
- Gül­zar xa­nım, mən müt­ləq si­zə gə­lə­cəm. Söh­bət­lə­şə­rik.
Bir müd­dət Əş­rə­fin ax­ta­rış­la­rı ar­zu et­di­yin­dən də uğur­lu ol­du. Sü­sə­nin məc­bu­ri əmək işi bi­tən yer­də isə, qız da yo­xa çıx­dı. Elə bil be­lə adam heç ol­ma­yıb. Nə ölü­sü, nə də di­ri­si haq­qın­da Əş­rəf heç bir mə­lu­mat ta­pa bil­mə­di. Ba­kı şə­hər mi­lis ida­rə­sin­də, onun ar­xi­vin­də Sü­sən haq­qın­da bi­lən ol­ma­dı. Əş­rəf ar­xiv ida­rə­sin­də qo­ca bir mi­lis pol­kov­ni­ki ilə gö­rüş­dü. Söh­bət­lə­ri tut­du. Mə­lum ol­du ki, pol­kov­nik Əzim Hə­sə­nov da ca­van­lı­ğın­da ya­zı-po­zu ilə məş­ğul olub. Yax­şı və­zi­fə­lər­də ça­lı­şıb. Ye­ga­nə oğ­lu­na ki­çik toy elə­di­yi­nə gö­rə rəh­bər­lik onu cə­za­lan­dı­rıb. Əv­vəl bir müd­dət sə­rən­cam­da sax­la­yıb­lar, hay-küy so­vu­şan­dan son­ra onu ar­xi­və rə­is müa­vi­ni qo­yub­lar. O, Əş­rə­fin əh­va­la­tı­nı ma­raq­la din­lə­di. Son­ra məs­lə­hət bil­di ki, Ba­kı şə­hər mi­lis rəi­si ol­muş şa­ir Azad Qu­li­ye­vi tap­sın. O, şa­ir idi, müt­ləq bu ha­di­sə­dən xə­bər­dar ol­muş olar­dı. Əla­və elə­di ki, mə­nim mi­lis sis­te­min­də qal­ma­ğı­ma da sə­bəb o ol­du. Çox hu­ma­nist adam idi. Mə­ni ar­xi­və işə gön­də­rən də o idi. Mə­nə de­di, get otur ar­xiv qov­luq­la­rı­nın ara­sın­da, sə­sin də çıx­ma­sın, gö­rən də ol­ma­sın sə­ni. İn­di tə­qaüd­də­di. Çox vaxt bağ­da olur. Şeir­lə­rin­dən bir-iki­si­ni əz­bər­lə, ye­ri gə­lən­də əz­bər de... O, bir ça­rə qı­lar.
Əş­rəf əv­vəl bağ evi­nə zəng et­di. Dəs­tə­yi Azad müəl­lim özü qal­dır­dı.
- Azad müəll­lim, si­zi "İrə­li" qə­ze­tin­dən Əş­rəf Sa­rı­qa­ya­lı na­ra­hat edir.
- Eşi­di­rəm si­zi, - Azad müəl­lim çox so­yuq qar­şı­la­dı Əş­rə­fi, - nə mü­na­si­bət ilə zəng et­mi­siz?
- Azad müəl­lim, mi­lis pol­kov­ni­ki ki­mi siz tə­qaü­də çı­xa bi­lər­si­niz. Am­ma şair­lik­dən tə­qaü­də çıx­mır­lar. Bil­mək is­tə­yi­rəm, ya­ra­dı­cı­lıq sa­hə­sin­də nə­lər var?
- Bu te­le­fon söh­bə­ti de­yil axı.
- Yox, əl­bət ki, te­le­fon söh­bə­ti de­yil. Mən is­tə­dim siz mə­nə vaxt tə­yin edə­siz, har­da gö­rü­şə bi­lə­cə­yi­mi­zi de­yə­siz. Əl­bət ki, mü­na­sib bil­sə­niz.
- Olar, olar! Gə­lin elə bağ­da gö­rü­şək.
- Nə vaxt gə­lə bi­lə­rəm?
- Gü­nü sa­bah. 24 nöm­rə­li av­to­bu­sa min. Ba­za­rın ya­nın­da düş. Də­niz tə­rə­fə, ba­za­rın ar­xa­sı­na keç! Or­da kim­dən so­ruş­san, ba­ğı gös­tə­rə­cək.
- Sağ olun. Sa­ba­ha ki­mi.
­E­lə te­le­fon­da da­nı­şa-da­nı­şa Azad haq­qın­da ki­çik bir port­ret - oçerk yaz­ma­ğı qə­ra­ra al­dı, adı­nı da elə hə­min an dü­şün­dü "Pol­kov­nik Azad Qu­li­ye­vin ba­ğın­da şa­ir Azad­la söh­bət". Yaş­lı in­san­dı, is­ti­fa­də edib heç nə yaz­ma­sam, özü­nü təh­qir olun­muş sa­yar. O mən­dən in­ci­mə­sə də, özüm-özüm­dən in­ci­yə­rəm.

* * *

Sə­hə­ri gün Azad müəl­li­min bağ evin­də otur­muş­du­lar. Hay­lı-küy­lü şə­hər­dən cə­mi otuz ki­lo­metr kə­nar­da yer­lə­şən bağ­da elə sa­kit­lik var­dı, adam da­nı­şıb sü­ku­tu oyat­maq, sək­sən­dir­mək is­tə­mir­di. Əş­rəf bir müd­dət ba­ğa göz gəz­dir­di. Ye­rə tö­kül­müş sa­rı yar­paq­la­rın ara­sın­dan, şeh­dən, çis­kin ya­ğış­dan is­lan­mış qum­dan, kö­məc-kö­məc yam­ya­şıl cin­ci­lim cü­cə­rib qalx­mış­dı. Al­ba­lı ağa­cı yar­pa­ğı­nı tök­müş­dü, ey­ni za­man­da ye­ni xır­da yar­paq­lar da aç­mış­dı. Əş­rəf si­nə do­lu­su nə­fəs al­dı. "İlk ba­har­la son ba­ha­rın gö­rü­şən anın­da, gö­rü­şən ye­rin­də­yəm" dü­şü­nür­dü.
- Pa­yız is­ti ke­çir, ağac­lar al­da­nıb yar­paq­la­yır, bi­ri çi­çək də aç­mış­dı. Ağac­lar be­lə al­da­nan­da, bə­zən, gə­lən ba­har qu­ru­yur.
- Bə­zən, in­san­lar da be­lə olur.
- Olur, am­ma inan­ma­yıb ya­şa­maq, adam ol­maq çə­tin­di.
- Şa­ir dost­la­rı­nız­dan gə­lib-ge­dən olur­mu?
- Bağ­da ərik var idi, sa­lam­mə­leyk var idi. Eh, bu bağ­da, bağ nə­di, şə­hər­də sər­xoş şair­lə­ri mi­lis ayılt­ma­ya apa­ran­da de­yir­di­lər Aza­dın dos­tu­yuq. Gə­ti­rir­di­lər, üst-ba­şı­nı tə­miz­lə­dib, bə­zi­lə­ri­ni ka­bi­ne­ti­min ar­xa­sın­da ya­tız­dı­rır­dım. Ayı­la­nı­nı ma­şı­nım­la evi­nə yol­la­yır­dım. Öpüb ya­la­yır­dı­lar mə­ni, atam­san, qar­da­şım­san, bə­zi də də­də­miz­sən de­yir­di­lər. İn­di üz-üzə gə­lən­də öz­lə­ri­ni gör­mə­məz­li­yə vu­rur­lar.
- Hər hal­da, ham­ısı be­lə ol­maz.
- Əl­bət ki, yox! İn­di mə­nə hər­dən sə­nin ki­mi elə­si hör­mət elə­yir, və­zi­fə­də olan­da mən­dən nə xa­hiş elə­yib, nə də mə­nim ona hör­mə­tim də­yib.
- Bur­da da­rıx­mır­sız? Be­lə tək.
- Yox, ne­çə il­lə­rin hay­lı-küy­lü iş gün­lə­ri­nin ağ­rı­sı­nı ca­nım­dan çı­xa­rı­ram. Yaz­dıq­la­rı­ma bir də ba­xı­ram.
Bir Ley­li­siz Məc­nun var­dı,
Bu dün­ya ba­şı­na dar­dı.
Yel gə­tir­di, sel apar­dı.
Nə gör­dü dün­ya­da ya­zıq,
Ya­zan ni­yə be­lə ya­zıb?!
- Ya­zan bur­da, bu sa­kit ye­rin qə­rib ax­şam­la­rın­da sua­lı­nı­za ca­vab ver­mə­di ki?
- Lap ca­van­lıq­da yaz­mış­dım bu şei­ri - Köv­rəl­di­yi­ni giz­lət­mək üçün üzü­nü ya­na çe­vir­di. Də­rin nə­fəs al­dı. Gö­zü­nü sil­di - qo­cal­dıq­ca adam sen­ti­men­tal olur. Heç nə­dən tez-tez köv­rə­lir.
- Siz Al­lah, yax­şı, Azad müəll­lim. Bu köv­rək hiss­lər "heç nə" de­yil axı. Siz, yə­qin, bu­nu ya­zan­da da köv­rəl­mi­siz.
- O za­man yox, am­ma in­di bə­zi şeir­lə­ri­mi oxu­yan­da köv­rə­li­rəm. Ki­ta­bı­mı ha­zır­la­yı­ram. Bir şey yaz­san, üzü­nü mə­nə ver. Ki­ta­bın əv­və­li­nə ön söz ki­mi qo­yum. Ki­tab ha­zır­dı. Tez yaz­san...
- Bir-iki gü­nə gə­ti­rə­rəm, - dü­şün­dü, in­di Sü­sən haq­qın­da so­ru­şa bil­mə­rəm. O sa­at ba­şa dü­şə­cək ki, elə ona gö­rə gəl­mi­şəm. Qəl­bi­nə to­xu­nar, bu bö­yük səhv olar. Mə­qa­lə ya­zım. Gə­ti­rən­də de­yə­rəm bir dos­tum bil­di ki, si­zin­lə gö­rü­şə­cəm, xa­hiş elə­di ki, Sü­sən haq­qın­da siz­dən so­ru­şum. Gö­rək, ne­cə öy­rən­mək olar. Əş­rəf bu kəş­fi­nə gö­rə özü də se­vin­di.
- Çox yax­şı olar.
- On­da siz ye­ni ki­tab­dan bir ne­çə şe­ir ve­rin, mə­qa­lə­də mi­sal gə­ti­rim. Ya­ra­dı­cı­lı­ğı­nı­za yax­şı bə­lə­dəm. Ye­ni nü­mu­nə­lər ol­sa yax­şı­dı.
...Bir ne­çə gün­dən son­ra ye­nə Azad müəl­li­min ba­ğın­da üz-üzə otur­muş­du­lar. Ki­ta­bı nə­zər­dən ke­çir­di­lər. Azad müəl­lim Əş­rə­fin yaz­dı­ğı gi­riş sö­zü­nü oxu­yub çox bə­yən­di. Əməl­li-baş­lı ke­fi kö­kəl­miş­di.
- Bu də­fə çö­rək ye­mə­miş get­mək yox­du.
- Baş üs­tə.
- Hə­lə bir yüz-yüz də ki­ta­bın ha­zır ol­ma­sı şə­rə­fi­nə vur­ma­lı­yıq.
- Qo­naq ev sa­hi­bi­nin də­və­si­di, har­da "xıx" de­yər, or­da da du­rar.
- Çox gö­zəl, xo­şum gəl­di sən­dən.
Əş­rəf ba­şa düş­dü ki, mət­lə­bə keç­mə­yin vax­tı­dı.
- Azad müəl­lim, mə­nim bir yer­lim var. Elə si­zin yaş­da olar. Müəl­lim­di. Si­zin şeir­lə­ri­ni­zin vur­ğu­nu­du, Qə­fər ki­şi. (Əl­bət ki, Qə­fər heç be­lə bir şai­rin ol­du­ğu­nu da bil­mir­di. Dil sü­mük­süz bir par­ça ət­di, ha­ra çe­vir­sən ora dö­nür.) Bi­lən­də ki, si­zin­lə gö­rü­şə ge­di­rəm, hə­yə­can­lan­dı.
- Gə­rək onu da gə­ti­rəy­din.
- De­dim, de­di yox, o boy­da şair­lə mən cə­sa­rət edib bir süf­rə­də otu­ra bil­mə­rəm.
- Nə gö­zəl in­san­dı? İn­di be­lə adam­lar az­dı. Gə­rək gə­ti­rəy­din.
- De­di mə­nim bir xa­hi­şi­mi çat­dır. Azad müəl­lim müt­ləq bi­lər. Sə­nət mək­tə­bin­də oxu­yan bir qız mi­li­si pis ye­rin­dən bı­çaq­la­mış­dı. Adı­nı, de­yə­sən, Sü­sən de­di.
- Hə, hə, biz o po­li­si sis­tem­dən çı­xar­dıq. Son­ra par­ti­ya­dan da çı­xar­dı­lar. Ora­sı da şi­kəst ol­muş­du. Ci­bin­də bu­tul­ka gəz­di­rir­di.
- De­yir ki, o qız cə­za­sı­nı çə­kən­dən son­ra Ba­kı­ya gəl­di, yo­xa çıx­dı.
- Yox, yo­xa çıx­ma­dı. Mən­də mə­lu­mat var­dı, ölən mi­li­sin qo­hum­la­rı qı­zı ax­ta­rır­dı­lar. Qorx­duq uşa­ğa xə­tər ye­ti­rər­lər. Qə­şəng qız idi. Qə­ra­ra al­dıq ki, adı­nı, fa­mi­li­ya­sı­nı də­yi­şək. Özü­nü də gön­də­rək atel­ye­lə­rin bi­rin­də iş­lə­sin.
- Də­yiş­diz?
- Hə, özü­nü ça­ğır­dıq. De­dik qı­zım, fik­ri­miz be­lə­di, özü­nə ad seç. De­di is­tə­yi­rəm adım Sü­zen ol­sun.
- Ni­yə, Sü­zen?
- Mən də so­ruş­dum ni­yə, de­di öz adı­ma ya­xın­dı, həm də fran­sız adı­na ox­şa­yır. Qoy elə bil­sin­lər əc­nə­bi­yəm. Bir­cə fran­sız fa­mi­li­ya­sı ta­pa bil­mə­di.
- Bəs fa­mi­li­ya­sı­nı nə yaz­dı­nız?
- Bu o za­man məx­fi iş idi. İn­di iyir­mi beş il­dən çox ke­çib. Al­lah bi­lir har­da­dı. Fa­mi­li­ya­sı­nı mən ver­dim. De­dim yaz­sın­lar Sü­zen D’Ark.
- Ni­yə, D’Ark?
- On­da Æan­na D’ark haq­qın­da ye­ni eşit­miş­dim. De­dim bi­zim qı­zı­mız on­dan əs­kik de­yil. Özü­nü də gön­dər­dim Ni­za­mi küçə­sin­də bö­yük atel­ye var­dı, ora. Bi­zim ar­vad da pal­ta­rı­nı or­da tik­di­rir­di. Ar­va­da de­dim Fran­sa­da­kı mü­ha­cir­lə­rin bi­ri­nin qı­zı­dı. O da mü­di­rə mə­nim adım­dan tap­şır­sın. Az vaxt­da ol­du çox məş­hur bir mo­del­yer. Bir vaxt ona pal­tar tik­dir­mək üçün bö­yük­lə­rin ar­vad­la­rı bi­zim ar­va­da min­nət­çi dü­şür­dü­lər.
- Hə, hə, Sü­zen D’Ark!
- Tap­dın?
- Ta­nı­dım nə­di. Hət­ta bi­zim re­dak­to­run tap­şı­rı­ğı ilə onun haq­qın­da yaz­mı­şam. Heç ağ­lı­ma gəl­məz­di.
- Ni­yə?
- Pe­şə mək­tə­bi­ni tam bi­tir­mə­miş dörd il tür­mə­də yat­mış bir qı­zın elə dü­şün­cə tər­zi­nə ma­lik ol­ma­sı ağ­la­gəl­məz­di.
- Gənc ol­ma­ğı­na bax­ma, çox ağır bir hə­yat mək­tə­bi keç­miş­di.
- Ağıl­lı ola bi­lər. Am­ma mən onun­la söh­bət edən­də sə­nə­ti haq­qın­da, onun in­cə­lik­lə­ri haq­qın­da de­dik­lə­ri mə­ni yax­şı mə­na­da hey­rət­lən­dir­miş­di. Hət­ta qib­tə his­si ilə de­yir­dim Fran­sa bu de­mək­dir. Adi bir dər­zi qız sə­nə­ti haq­qın­da gör nə­lər de­yir. Da­nı­şan elə bil özü yox, gen­lə­ri idi.
- Nə de­yir­di ki, sə­ni bu qə­dər təəc­cüb­lən­di­rib?
- Qəs­dən zövq­dən, ge­yim­dən, dəb­dən söh­bət sal­dı. De­dim biz­də ge­yi­min təq­di­ma­tı yük­sək sə­viy­yə­də de­yil. Mo­del­lə­ri­miz yax­şı mək­təb keç­mə­yib. Sü­zen D’Ark de­di ki, əsas mo­del­yer, us­ta-dər­zi əsas­dır. Hər müş­tə­ri dər­zi üçün mo­del ol­ma­lı­dır. Hər müş­tə­ri­yə fər­di ya­naş­maq la­zım­dı. Bə­dən qu­ru­lu­şun­dan əla­və, si­fa­riş­çi­nin üzü­nün özü­nə­məx­sus ciz­gi­lə­ri, ifa­də­sin­də, pal­ta­rın rən­gin­də, ti­ki­li­şin­də nə­zə­rə alın­ma­lı­dır. Sərt və ya­xud cid­di qa­dı­na şən, oy­naq rəng­də pal­tar ya­raş­ma­ya­caq. Gü­lər, şən bir gö­zə­lə bü­tün rəng­lə­rin tün­dü ge­yim ki­mi yox, yük ki­mi gö­rü­nə­cək. İki müş­tə­ri ey­ni fi­qur­da, ey­ni boy­da, ey­ni çə­ki­də ol­sa­lar da, xa­rak­ter­lə­ri­nə, dav­ra­nış­la­rı­na, fər­di ciz­gi­lə­ri­nə gö­rə on­la­ra fərq­li pal­tar­lar, fərq­li rəng­lər se­çil­mə­li­dir. Müş­tə­ri özü ge­yi­mi­ni nü­ma­yiş et­di­rən ən yax­şı mo­del­dir. Ona gö­rə də onun da­xi­li alə­mi ilə ge­yi­mi bir-bi­ri­ni ta­mam­la­ma­lı­dı. Vəh­dət­də ol­ma­lı­dı. Mən bun­la­rı onun di­lin­dən yaz­mış­dım. Məf­tun­luq­la yaz­mış­dım.
- Mən ha­va­yı ye­rə o qı­za D’Ark adı ver­mə­miş­dim ki. Kim­sə­siz bir qı­zın özü­nü, saf­lı­ğı­nı qo­ru­ma­sı, özü də o vaxt, Æan­na D’Ar­kın üs­ya­nı ki­mi bir şey idi.
- İn­di bi­lən­də ki, bu fi­kir­lə­ri söy­lə­yən, bu çə­tin yo­lu ke­çən adi bir Azər­bay­can­lı qı­zı imiş, iki­qat fə­rəh his­si ke­çi­ri­rəm. Gö­rə­sən, hə­lə də, atel­ye­də iş­lə­yir­mi?
- Yox, dox­sa­nın­cı il idi. İt yi­yə­si­ni ta­nı­mır­dı. Mə­ni də tə­qaü­də gön­dər­miş­di­lər. Ar­vad so­nun­cu də­fə ona pal­tar tik­dir­mə­yə get­miş­di. Sü­zen var­lan­mış­dı, özü­nə ev al­mış­dı. Müş­tə­ri­lə­ri­ni ev­də qə­bul edir­di. Yol­da­şı­ma de­yib ki, öl­kə­də xa­os baş­la­yıb. Mən öm­rüm bo­yu özüm-özü­mü qo­ru­mu­şam. Bu qə­dər qo­ru­maq­da bil­mi­rəm yax­şı elə­mi­şəm, ya pis iş gör­mü­şəm. Dü­şü­nü­rəm, mə­ni bun­dan son­ra qoy döv­lət qo­ru­sun. Bil­gəh­də bir qo­ca­lar evi var, ge­dib bax­mı­şam, da­nış­mı­şam. Evi­mi də sa­tıb ge­di­rəm ora. Za­man qa­rı­şıq­dı, da­ha dö­yüş­mə­yə gü­cüm qal­ma­yıb.
Əgər sağ­sa, or­da olar. Ge­dib gör­mək yax­şı olar­dı.
- Bir az səbr edin, öy­rə­nim, sağ­dır­sa, mən bu gö­rü­şü təş­kil edə bi­lə­rəm.
Əş­rəf əsə­ri ya­zır­dı, ey­ni za­man­da, yaz­dı­ğı­na kə­nar­dan, kə­nar göz­lə nəs­rə fərq­li mü­na­si­bət bəs­lə­yən bir in­sa­nın gö­zü ilə ba­xır­dı. Ya­zır­dı, ədə­biy­ya­tın köh­nə oxu­cu­su ki­mi, yaz­dı­ğı ilə ra­zı­laş­mır­dı. Köh­nə oxu­cu nəsr əsər­lə­rin­də gör­mə­yə vər­diş et­di­yi tə­biət təs­vir­lə­ri, ob­raz­la­rın otur­du­ğu, gəz­di­yi yer­lə­rin ət­raf­lı təs­vi­ri, ya­şa­dı­ğı evin əş­ya­la­rı­nın təs­vi­ri kə­nar­dan ba­xan ikin­ci Əş­rə­fi qa­ne et­mir­di. Əsə­ri ya­zan Əş­rəf isə, Çe­xo­vun sö­zü­nü əsas gö­tür­müş­dü. Əgər bi­rin­ci səh­nə­də di­var­dan si­lah ası­lıb­sa, so­nun­cu səh­nə­də hə­min si­lah­dan atəş açıl­ma­lı­dır. Ha­di­sə­lə­rə dəx­li ol­ma­yan ar­tıq şey­lər əsər­də ol­ma­ma­lı­dır. Əsər­də təs­vir olu­nan daş da, quş da, ağac da, kü­lək də, göy də, bu­lud da ob­­ra­zın açıl­ma­sı­na, kon­­f­lik­­tin həl­li­nə kö­mək edir­sə, əsə­rə xoş gə­lib. İş­ti­rak et­mir­sə, əsər­də iş­lə­mir­sə, ar­tıq söz­dür. Əş­rəf­lə­rin heç bi­ri ge­ri çə­kil­mək fik­rin­də de­yil­di. Bu vaxt ər­zin­də Qo­ca­lar evi­nin mü­di­ri ilə zəng­ləş­miş­di. Ora­da şa­ir Azad­la gö­rüş ke­çir­mək is­tə­di­yi­ni de­miş­di. Bu gö­rü­şün qə­zet­də ge­niş işıq­lan­dı­rı­la­ca­ğı­nı bi­lən­də mü­dir də, iş­çi­lər də se­vin­di­lər, həm də cid­di ha­zır­laş­ma­ğa baş­la­dı­lar. Mü­dir de­di ki, ra­dio, te­le­vi­zi­ya be­lə­dir ki, bir də­fə gös­tə­ri­lir, ha­va­ya üfü­rür­lər, çı­xıb ge­dir. Qə­zet hə­mi­şə­lik qa­lır. Sə­nəd­di. Nə vaxt is­tə­sən, çı­xart qoy or­ta­ya.
Əş­rəf, nə­ha­yət, öz için­də­ki mü­ba­hi­sə­yə son qoy­du. Mən ar­tıq söz yaz­mı­ram. Oxu­yan oxu­sun, oxu­ma­yan oxu­ma­sın. Ha­mı mə­ni oxu­ma­lı de­yil ki, hər hal­da, mə­nim ki­mi­lər də ola­caq. De­yir­lər, ot kö­kü üs­tə bi­tər, am­ma kö­kü üs­tə bi­tib kök ol­mur, ot olur. Mən ədə­biy­ya­tı­mı­zı bi­li­rəm, bi­lə-bi­lə, o ədə­biy­ya­tı se­və-se­və, be­lə, yə­ni, bir az baş­qa cür ya­zı­ram. Heç ədə­biy­yat ki­mi oxu­ma­sın­lar. Mə­nim oxu­cu­la­ra mək­tu­bum ki­mi qə­bul et­sin­lər. On­suz da bu ədə­biy­yat de­yil, hə­yat hə­qi­qə­ti­dir.

* * *

Sə­hər Qo­ca­lar evi­nin hə­yə­tin­də sə­li­qə­li ge­yin­miş bir oğ­lan var-gəl edir­di. Mü­dir onu gö­rən ki­mi ta­nı­dı. Qa­ça-qa­ça onun üs­tü­nə gə­lib ərk­ya­nə gö­rüş­dü.
- Xoş gəl­mi­sən. Ne­cə­sən? Xe­yir­di­mi?
- Gəl­mi­şəm Fat­ma xa­nı­mı apa­rım.
- Nə ol­du, ba­lam, pay ve­rib dər­din­dən ölə­siz, yox­sa şi­ka­yət elə­yib. Hə, düz­dü, otaq qon­şu­su bir az na­ra­hat adam­dı, am­ma özü­nə de­mi­şəm, bu gün­lər­də ye­ri­ni də­yi­şə­cəm.
- Yox əşi, o mə­sə­lə de­yil. Bo­sun bu gün ad gü­nü­dü, is­tə­yir ana­sı ev­də ol­sun.
- Hə da, ana­sız ad gü­nü olar? Biz də bir hə­diy­yə gön­də­rək da...
- Yox, yox. Tap­şı­rıb ki, bi­lən ol­ma­sın. İn­di məc­bur ol­dum de­mə­yə. La­zım de­yil. Əs­lin­də, ba­cı­sı, ba­cı­sı oğ­lu Ame­ri­ka­da­dı, ax­şam zəng edə­cək­lər. Son­ra ana­sı ilə da­nış­maq is­tə­yə­cək.
- Hə da...
- Nə de­sin bos? De­sin anam Qo­ca­lar evin­də­di?
- Hə da...
- Yox, onu de­mək olar?!
- Hə da... Mən də onu de­yi­rəm da...
E­lə bu za­man Fat­ma xa­nım gəl­di, hə­yə­can­la ona ya­naş­dı.
- Nə olub, Ələs­gər. Xe­yir­di­mi? Sa­la­mat­lıq­dı­mı?
- Na­ra­hat ol­ma, Fat­ma xa­la. Hər şey yax­şı­dı, bos de­di, ana­mı gə­tir.
- Ni­yə, nə olub?
- Bu gün ad gü­nü­dü, ya­dın­dan çı­xıb?
- Gör ey... Ba­şım Sü­ze­nə elə qa­rı­şıb, bir az so­yuq­dəy­mə­li­di.
- O kim­di?
Mü­dir tez ca­vab ver­di:
- Heç, otaq yol­da­şı­dı. Bir həf­tə­be­cər şey­di, bil­mək ol­mur er­mə­ni­di, rus­du, fran­sız­dı. Hər hal­da, adı, fa­mi­li fran­sız­dı. De­dim sə­nə axı, Fat­ma xa­nı­mın ye­ri­ni də­yi­şə­cə­yəm. Özü də lap tez. So­ruş­sa, elə be­lə də de­yər­sən.
- Yox, mü­dir, də­yiş­mə. Mən elə Sü­zen xa­nım­la qal­maq is­tə­yi­rəm. Ya­zıq in­san­dı .
- Siz bi­lər­siz, am­ma Ələs­gər, sən bu mə­sə­lə­ni bo­sa de­mə.
- Ol­du, şef. Ara­da gə­lib siz­dən qa­tıq apa­ra­cam. Har­dan gö­tü­rür­süz bil­mi­rəm, əla qa­tıq olur.
- Gəl, qur­ban­dı, - de­di. Ürə­yin­də "gəl-gəl, ha­va­yı qa­tıq bal­dan şi­rin olan şey­di", - de­di.
Sü­zen heç vaxt, heç kə­sə qib­tə, xü­su­si­lə pa­xıl­lıq et­mə­miş­di. İn­di eşi­dən­də Fat­ma oğ­lu­nun ad gü­nü­nə ge­dir, elə bil için­dən bir sı­zıl­tı keç­di. Xoş gü­nün­də, bəd gü­nün­də hər kə­sin bir kə­si var. Hər kə­sin bir sı­ğı­na­caq ye­ri var. Doğ­ma ki­mi ya­da sal­dı­ğı, ya­dı­na düş­dü­yü bir adam var. Mən bu dün­ya­da, bu cə­miy­yət­də gör­dü­yüm, ta­nı­dı­ğım in­san­lar ara­sın­da yad, kə­nar, uyuş­ma­yan bir qi­si­məm. Mən heç kə­sə, heç ye­rə bağ­lan­ma­mı­şam. Heç kəs, heç bir yer mə­ni özü­nün­kü say­mır. Hər kəs mə­ni bəd­xas­sə­li şiş ki­mi kə­sib at­maq is­tə­yir. Mən yol­dan do­ğul­ma­mı­şam. Yə­qin, mə­ni bir ata əkib, bir ana do­ğub. On­lar kim idi? Boy­la­rı-bu­xun­la­rı ne­cə idi? Han­sı dil­də da­nı­şır­dı­lar? Han­sı di­nə mən­sub idi­lər? Ağa­sə­fin öl­dü­yü­nü bi­lən­dən son­ra yu­xum­da hər gün onu gö­rür­düm. Hər ge­cə gə­lib qar­şım­da du­rur­du. Gü­lə-gü­lə "mən gəl­dim" de­yir­di. Gü­lür­dü, am­ma gö­zün­dən yaş əvə­zi­nə qan axır­dı. Bar­ma­ğım­la qa­nı si­lir­dim, bar­ma­ğı­mın ar­xa­sın­ca ye­nə qan sü­zü­lür­dü. Nə­ha­yət, eşi­dən­də ki, onun baş ağa­cı pöh­rə­lə­yib ağac olub, pir olub - mə­həb­bət pi­ri, ge­dib bu­da­ğı­na niy­yət elə­yib, ar­zu tu­tub ip bağ­la­yır­lar, iş­lə­ri dü­zə­lir. Se­vən­lər qo­vu­şur. Bir ax­şam mən də bir dəs­tə­yə qo­şu­lub get­dim. İp bağ­la­dım. Ağa­sə­fə ürə­yim­də yal­var­dım. De­dim mə­nə kö­mək elə, sən əsl mə­na­da saf­san, mə­lək­sən. İn­di dün­ya­da sən­dən baş­qa mə­ni se­vən, dü­şü­nən in­san yox­du. Mə­nə kö­mək ol. Dua­çım, yar­dım­çım ol, mə­nim har­dan gəl­di­yim, kim­li­yim bi­lin­sin. Mə­nim ölü­mün, di­ri­min sa­hi­bi olan in­san­lar cə­miy­yət ol­sun. İn­san me­teo­rit de­yil, baş­qa səy­ya­rə­dən gə­lə dü­şə. Lap har­dan ol­sam da, Al­la­hın ca­zi­bə­sin­dən kə­nar de­yi­ləm. Yə­ni, Al­lah da mə­ni qə­bul elə­mir? Ağa­səf, kö­mək elə mə­nə, bir yer­dən ya­pı­şıb da­ya­na bi­lim. Qar­şı­dan va­hi­mə­li ahıl­lıq, qo­ca­lıq gə­lir. Qor­xu­ram Əz­ra­yıl da mə­ni unu­da, əz­ra­yı­lım da özüm olam. İn­ti­har et­mə­yə məc­bur olam. Ağa­səf, ey baş­dan-aya­ğa nur olan in­san, mə­nə kö­mək ol. - Ağa­cın bu­da­ğı­na ör­pə­yim­dən bir par­ça cı­rıb bağ­la­dım. Sən hər ge­cə yu­xu­ma gə­lir­sən. Bax, gəl­mi­şəm. Ye­rin­də ra­hat yat. Ra­hat­lıq tap, sən nur ki­mi tə­miz­sən, bu­nu Al­lah da bi­lir, sən də, mən də bi­li­rəm. Mə­nə kö­mək ol, Ağa­səf. De­dim, qa­yıt­dım. Doğ­ru­du, yu­xu­ma da­ha az-az gə­lir­sən. İl­lər ke­çir, am­ma ye­nə in­san­lar mə­nə yad­dı­lar. Keç­mi­şim­dən bir xə­bər yox­du. Keç­mi­şi, kim­li­yi mə­lum ol­ma­yan in­san­dan bəd­bəxt can­lı yox­du. O dün­ya­da da, bu dün­ya­da da inan­dı­ğım, gü­vən­di­yim bir in­san sən idin, sə­nin də mə­nə kö­mə­yin dəy­mə­di. O gün mən zi­ya­rət­çi­lə­rin gö­zün­dən xəl­vət o ağa­cın bir yar­pa­ğı­nı öpən­də har­dan­sa üzü­mə bir şeh dam­la­sı düş­dü. Bü­tün bə­də­nim ür­pəş­di. Kə­na­ra çə­kil­dim. Elə bil­dim göz ya­şın­dı. Qorx­dum bu da qan olar. Əl­lə­ri­mi üzü­mə tu­tub bir xey­li elə­cə da­yan­dım.
İn­di da­ha sən də yox­san, da­ha sən də yu­xu­ma gəl­mir­sən. Fat­ma­nın da mə­nim­lə rə­fi­qə­li­yi oğ­lu­nun, qı­zı­nın, nə­və­si­nin ça­ğır­dı­ğı ana ki­mi­di. Haq­lı­dı, nə de­mək olar. Tə­bii idi, evi var, ai­lə­si var, yer üzün­də öz ye­ri var. Do­ğul­du­ğu kənd, şə­hər, öl­kə var. Yox­sa mə­nim ki­mi? Yol­dan ta­pı­lıb. Ye­tim evin­də bö­yü­yüb. O ev, oxu­du­ğum pe­şə mək­tə­bi də mə­nə sa­hib çıx­ma­yıb. Qə­ri­bə ol­sa da, bir tür­mə­də mü­na­si­bət gör­mü­şəm. İn­di bu ya­şım­da ora qa­yı­dım? Yox. Əlac in­ti­ha­ra qa­lıb. İn­di bu­nu elə­mə­səm, son­ra in­ti­ha­ra da gü­cüm çat­ma­ya­caq. Da­ha rə­zil və­ziy­yə­tə dü­şə­cə­yəm.
- Sü­zen, nə fik­rə get­din? Qa­nın qa­ral­dı. Tez qa­yı­da­ca­ğam, bəl­kə, elə bu ge­cə, gec ol­ma­sa. Ame­ri­ka­da gün­düz olan­da bur­da çox gec olur. As­la­nım­la da­nı­şım. Sə­si­ni eşi­dim.
- Yox, yox, get, oğ­lu­nun ad gü­nü­dü. Təb­rik elə. Yax­şı yol.
- Sü­zen. Mən so­ru­şan­la­ra köh­nə rə­fi­qə­lə­rik de­yi­rəm. Sən mə­nim ba­cım­san, ba­cım. Mən sə­ni tək qoy­ma­ram, gə­lə­cəm. Mə­nim ba­cım, qar­da­şım, heç kə­sim yox­du.
Sü­zen köv­rə­lib üzü­nü ya­na çe­vir­di, Fat­ma­nı qu­caq­la­dı, əli ilə Fat­ma­nın kü­rə­yi­nə vur­du.
- Get, get, Fat­ma, bur­dan ni­ga­ran qal­ma.
Fat­ma qa­pı­dan çı­xan­da dö­nüb əl elə­di:
- Uzaq­ba­şı sa­bah sə­hər gə­lə­cəm. Sa­bah təd­bir var axı, şair­lə gö­rüş var.
- Yax­şı yol. Bi­li­rəm. Qo­ca bül­bül­lər şeir­lər əz­bər­lə­yib cəh-cəh vu­ra­caq­lar.
- Nə olar, biz də qu­laq asa­rıq, hə­lə­lik.
Fat­ma get­di. Sü­zen onun ar­xa­sın­ca ör­tü­lü qa­pı­ya bir za­man elə­cə da­ya­nıb bax­dı. "Yo­rul­mu­şam ya­şa­maq­dan. Vax­tı keç­miş ər­zaq ki­mi­yəm. Ha­mı mən­dən kə­nar ke­çir. San­ki mə­nim­lə ün­siy­yət­dən zə­hər­lə­nə bi­lər­lər. Zə­hər­lə­nə... zə­hər..." - dü­şün­dü. “Ö­lən­də də elə öl­mək la­zım­dır ki, sə­ni gö­rən­lər me­yi­tin­dən iy­rən­mə­sin­lər. Bu hə­yat­da gör­dü­yüm so­nun­cu iş ola­caq, sə­li­qə­li ol­ma­lı­dı. Qa­dı­na ya­ra­şan ol­ma­lı­dı. Qa­dın ər­dən də, dün­ya­dan da bo­şa­nan­da yad­daş­lar­da gö­zəl qal­ma­lı­dı".

* * *

Əş­rəf şa­ir Azad­la gö­rü­şün so­nun­da Sü­zen D’Ark haq­qın­da ki­ta­bı da təq­dim et­mə­yi fi­kir­ləş­miş­di. Şa­ir Azad ər­ki ça­tan ən ya­xın adam­la­rı bu gö­rüş üçün sə­fər­bər et­miş­di. Bir nə­fər ay­rı­ca öz ma­şı­nı ilə Gül­zar xa­nı­mın qul­lu­ğun­da ol­ma­lı idi. Azad elə be­lə də de­miş­di.
- Müs­lüm, ye­tim­lər evi­nin köh­nə mü­di­ri var, ün­va­nı da bu ka­ğız­dı. Əş­rəf müəll­lim onun­la da­nı­şıb. Bu gün sa­at oni­ki­yə Gül­zar xa­nı­mı gə­ti­rər­sən Qo­ca­lar evi­nə. Son­ra da gə­tir­di­yin ki­mi, hör­mət­lə ha... apa­rar­san evi­nə.
- Baş üs­tə, rəis!
Qə­fər ki­şi bir gün əv­vəl gəl­miş­di. Ge­cə­ni Əş­rəf onu özü qal­dı­ğı ev­də sax­la­dı. O da Əş­rə­fin ki­ta­bı­nı oxu­du, son­ra sə­hə­rə ki­mi ya­ta bil­mə­di.
Fat­ma xa­nı­ma da­rıx­maq gəl­miş­di. Lap sə­hər tez­dən oyan­mış­dı. Pən­cə­rə­dən hə­yə­tə ba­xır­dı. Ələs­gər gə­lən ki­mi hə­yə­tə en­di. Gə­lib ma­şi­na otur­du.
- Hə! Ge­dək.
Ə­ləs­gər az qa­la pı­çıl­tı ilə ona de­di:
- Fat­ma xa­nım, bo­su işə qo­yaq, or­dan na­xoy sə­ni apa­rı­ram Bil­gə­yə.
- Mən on iki­də or­da ol­ma­lı­yam.
- Ola­caq. Lə­lə­şin öl­mə­yib, ola­caq.
Fat­ma xa­nım əli­ni at­dı ki, qa­pı­nı aç­sın, ma­şı­nın qa­pı­sı özü açıl­dı. Mü­di­rin əli Fat­ma xa­nı­mın əlin­dən tut­du.
- Xoş gəl­diz, Fat­ma xa­nım. Eh­ti­yat­dı, ya­vaş, hə, bax be­lə. Si­zi göz­lə­yi­rik. Sü­zen xa­nım hə­lə ota­ğın­dan çıx­ma­yıb. Sən de­mə o elə be­lə adam de­yil­miş. Bu­gün­kü gö­rüş də ona sürp­riz­di. Am­ma özü­nə bir söz de­mə. Gə­tir təd­bi­rə. Qoy sürp­riz ol­sun.
- Bə­yəm, şa­ir gəl­mə­yib?
- Gə­lib, şa­ir də gə­lib, baş­qa­la­rı da, ha­mı­sı heç de­mə Sü­zen xa­nı­ma gö­rə gə­lib ey...
- Heç nə ba­şa düş­mə­dim.
Val­lah mən də əv­vəl heç nə ba­şa düş­mə­miş­dim. Dü­nən Əş­rəf müəl­lim mə­nə Sü­zen xa­nım haq­qın­da yaz­dı­ğı ki­ta­bı ver­di, bü­tün ge­cə­ni oxu­dum. Oxu­dum, ba­şa düş­düm, sən get onu gə­tir - ki­ta­bı oxu­yub özü­mə söy­mü­şəm.
Fat­ma xa­nım ota­ğa get­di. Ələs­gər mü­di­rə ya­naş­dı. Mü­dir ona tə­ləs­di­yi­ni əl jes­ti ilə işa­rə et­di. Son­ra ba­şı­nı yu­xa­rı elə­di.
- Qo­na­ğım var!
- Ba­şa düş­düm. Qa­tıq mə­sə­lə­si qal­sın son­ra­ya.
Be­lə­lə­ri bir-bi­ri­ni tez ba­şa dü­şür. Tə­ləm-tə­lə­sik ma­şı­na əy­lə­şib hə­yət­dən çıx­dı.
Fat­ma xa­nı­mın ürə­yi­nə da­rıx­ma gəl­di. Az qa­la ota­ğa qa­ça-qa­ça get­di. "Sə­hər ye­mə­yi­nə gəl­mə­yib, dü­nən da­lım­ca ba­xan­da göz­lə­ri xo­şu­ma gəl­mə­di. Baş­qa söz ta­pa bil­mə­dim, sən mə­nim ba­cım­san de­dim. Al­lah təv­di­ri­ni çaş­dır­ma­sın". Ota­ğa gir­di. Sü­sən yor­ğa­nı ba­şı­na çək­miş­di. Əli yor­ğa­nın al­tın­dan çı­xıb çar­pa­yı­nın ya­nın­dan ye­rə sal­la­nır­dı. Ya­nın­da stu­lun üs­tün­də bir xey­li dər­man var­dı. Si­nə­sin­də yı­ğı­lıb tı­xa­nıb qal­mış səs bo­ğa­zı­nı cı­rıb part­la­dı.
- Sü­zen!!! Ba­cım, vay!!! - qış­qı­rıb iki əll­lə­ri ilə di­zi­nə vur­du.
Sü­zen sa­ki­tilk­lə yor­ğa­nı üzün­dən qal­dır­dı. Dum­du­ru göz­lə­riy­lə Fat­ma­ya bax­dı. Pı­çıl­tı ilə so­ruş­du:
- Nə ba­ğı­rır­san?
- Zəh­ri­mar nə ba­ğı­rır­san, çor nə ba­ğı­rır­san. Ödüm ağ­zı­ma gəl­di. Bu nə­di be­lə, - dər­man­la­rı gös­tər­di.
Sü­zen du­rub çar­pa­yı­da otur­du.
- Hə, he­lə bir fik­rim var­dı. Elə in­di də özü­mü haq­lı sa­yı­ram. Am­ma sə­nin dü­nən ge­dən­də dö­nüb "sən mə­nim ba­cım­san" de­mə­yin ix­ti­ya­rı­mı əlim­dən al­dı. Ba­şa düş­düm, mən tək­cə özü­mün de­yi­ləm, həm də sə­ni­nəm. İn­di gör­düm haq­lı­yam­mış.
İl­lər­lə ay­rı­lıq­dan son­ra gö­rü­şən doğ­ma ba­cı­lar ki­mi qu­caq­la­şıb köv­rəl­di­lər. Tez öz­lə­ri­ni ələ al­dı­lar.
- Ya­man qor­xuz­dun mə­ni. Dur ge­dək.
- Ha­ra!
- Ne­cə, yə­ni, ha­ra? Ye­mək­xa­na­ya sə­hər də ye­mə­yə get­mə­mi­sən.
- Fi­qu­ra­mı qo­ru­yu­ram.
- Eh, sə­nin fi­qu­ra­na nə de­yim, dur, təd­bir var.
- Bir­cə şai­rim ça­tış­mır.
- Ay qız, dur, mə­ni sə­nin da­lın­ca gön­də­rib­lər.
- Kim?
- Ha­mı! Qo­naq­lar da, mü­dir də, ki­şi­li-ar­vad­lı bur­da­kı­lar ham­sı.
- Al­lah xe­yir elə­sin. Bir ge­cə­də dün­ya da­ğı­lıb, tə­zə­dən yı­ğı­lıb, de­yə­sən. Ağa­səf də yu­xu­ma gir­miş­di. Tə­zə sa­ğıl­mış süd ki­mi buğ­la­nır­dı, ba­xıb gü­lür­dü.
- O kim­di?
- Ge­dək. Bu uzun əh­va­lat­dı.
Ye­mək­xa­na bay­ram pal­ta­rı gey­miş­di. Ha­mı öz ye­rin­də otur­muş­du. Am­ma Fat­ma ilə onun otur­du­ğu ba­la­ca sto­lu çə­kib irə­li açıq­lıq­da qoy­muş­du­lar. Sto­lun üs­tün­də bir to­pa qır­mı­zı qə­rən­fil var­dı. On­la­rın sto­lu ilə üz-üzə dörd nə­fər qo­naq əy­ləş­miş­di. On­lar­dan bi­ri nis­bə­tən gənc idi. Sü­zen xa­nı­ma ta­nış gə­lir­di. Qa­lan­lar yaş­lı in­san­lar idi. On­la­rın gə­li­şi­ni al­qış­la­dı­lar. Sü­zen ge­cik­di­yi­nə gö­rə bu al­qış­lar­la onu dan­la­yır­lar ki­mi ba­şa düş­dü, pərt ol­muş hal­da Fat­ma­ya bax­dı. Fat­ma­nın key­fi yax­şı ol­du­ğun­dan o da ruh­lan­dı, ke­çib yer­lə­rin­də otur­du­lar. Nis­bə­tən ca­van oğ­lan aya­ğa qalx­dı.
- Si­zi qo­naq­lar adın­dan sa­lam­la­yı­ram, - de­di. Əl çal­dı­lar. - Mən "İrə­li" qə­ze­ti­nin şö­bə mü­di­ri­yəm. Mə­qa­lə­lər, es­se­lər, hər­dən bə­dii əsər­lər­lə də çı­xış edi­rəm. Si­zin bur­da ta­le yol­da­şı­nız Sü­zen D’Ark xa­nım­la da qə­ze­ti­miz üçün ne­çə il əv­vəl söh­bət apar­mı­şam. Ya­dı­nız­da olar. - Sü­zen ba­şı ilə təs­diq et­di. Ha­mı əl çal­dı. - Gö­rü­şü­mü­zün ana xət­ti­ni şei­ri­mi­zin ağ­saq­qa­lı Azad müəl­lim­lə gö­rüş təş­kil edir. Həş­ta­dı keç­miş bu el ağ­saq­qa­lı bir za­man­lar Ba­kı şə­hə­ri­nin mi­lis rəi­si, o za­man mi­lis pol­kov­ni­ki Azad Qu­li­yev ki­mi ta­nı­nır­dı. Fran­sa­nın xalq qəh­rə­ma­nı Æan­na DArk­dan gö­tür­dü­yü fa­mi­li Sü­zen xa­nı­ma Azad müəl­lim ve­rib, de­mək, Azad müəl­li­min qı­zı sa­yı­lır Sü­zen xa­nım.
Gu­rul­tu­lu al­qış­lar qop­du. Sü­zen əl­lə­ri­lə üzü­nü giz­lə­dib aya­ğa qalx­dı, baş əy­di, əy­ləş­di.
- Qə­fər müəl­lim Ağ­daş ra­yo­nu­nun Sa­rı­qa­ya­lı­lar kən­din­də ta­rix müəl­li­mi iş­lə­yib. Bu gö­rü­şün təş­ki­lin­də, - əlin­də­ki ki­ta­bı ha­va­ya qal­dı­rıb ha­mı­ya gös­tər­di, - və Sü­zen xa­nım haq­qın­da bu ki­ta­bı yaz­ma­ğım­da mü­hüm rol oy­na­yıb. - Ye­nə gu­rul­tu­lu al­qış­lar qop­du. - Gö­rü­şün so­nun­da Azad müəl­li­min ye­ni şeir­lər ki­ta­bın­dan da, bu ki­tab­dan da si­zə pay­la­na­caq. Nə­ha­yət, si­zə təq­dim edə­cə­yim bu xa­nım Azər­bay­can­da ən ço­xu­şaq­lı ana­dır. 48 il bir nöm­rə­li uşaq evi­nin - mü­di­ri de­mə­yə di­lim gəl­mir, mü­dir so­yuq söz­dü - ana­sı olub Gül­zar xa­nım.
E­lə bu sö­zü de­miş­di ki, Gül­zar xa­nım qol­la­rı­nı açıb is­tə­di aya­ğa qalx­sın, qal­xa bil­mə­di. Xı­rıl­tı­lı səs­lə Sü­ze­nə:
- Qu­cu, qu­cu, qu­cu, cub­pı­lı ba­lam, qu­cu­ma gəl-gəl!
E­lə bil Sü­ze­nin bey­ni­nin için­də nə isə part­la­dı. Bü­tün ötüb ke­çən il­lər, ha­di­sə­lər­lə bağ­lı yad­da­şı, hət­ta o il­lər­dən bə­ri ar­tan ya­şı da yo­xa çıx­dı. Ol­du ba­la­ca Sü­sən. Kim isə ağ­la­dan­da Gül­zar ana­nın üs­tü­nə qa­çan Sü­sən. Bu açıl­mış qu­caq­dan əziz dün­ya­da heç nə yox idi. Bu, ana qu­ca­ğı idi. Sü­sən ya­şı­na, bo­yu­na ya­raş­ma­yan uşaq qa­çı­şı ilə Gül­za­rın üs­tü­nə qaç­dı. Onu qu­caq­la­yıb ba­şı­nı onun si­nə­si­nə sıx­dı. Nə­fə­si­nə qə­ri­bə bir is­ti, is­ti yox, meh­ri­ban xa­ti­rə­lər­lə do­lu bir hə­ra­rət hop­du, ana hə­ra­rə­ti. Dö­yül­dük­cə, qo­vul­duq­ca, təh­qir olun­duq­ca ana qu­ca­ğı­na sı­ğın­maq, qı­zın­maq is­tə­miş­di. Bu qu­caq ol­ma­dı­ğın­dan ki­ni, nif­rə­ti, qə­zə­bi daş­la­şıb si­nə­sin­də qa­lıb. Bu hə­ra­rət Sü­sə­nin ca­nın­da­kı o da­şı-bu­zu ba­har gü­nə­şi ki­mi əri­dir­di. Sü­sən uşaq ki­mi hıç­qı­ra-hıç­qı­ra ağ­la­yır­dı. Gül­zar xa­nım da onun ba­şı­nı tu­mar­la­ya-tu­mar­la­ya nə isə pı­çıl­da­yır­dı. Xə­ya­lın­da isə yüz­lər­lə, min­lər­lə ağ­la­yan uşa­ğın ba­şı­nı sı­ğal­la­yır­dı. Bu sı­ğal al­tın­da in­di Gül­zar xa­nı­mın özü­nün də gənc­li­yi, hə­ya­tı ağ­la­yır­dı. Za­la elə bil su səp­miş­di­lər. Sü­ku­tu poz­ma­maq üçün ha­mı nəf­si­ni də içi­nə çək­miş­di. Kim­sə əl çal­dı. Bu, bən­di-bə­rə­ni aş­mış bir se­lin ilk dam­la­sı idi. Son­ra elə bil il­dı­rım çax­dı, di­var­lar tit­rə­di, ağ­la­yan­lar da əl ça­lır, əl ça­lan­lar da ağ­la­yır­dı­lar. Bu­ra­da­kı­la­rın ha­mı­sı­nın uzaq il­lər­də qo­yub qaç­dı­ğı keç­mi­şi qa­yı­dıb gəl­miş­di.
"Azərbaycan" jurnalı
XS
SM
MD
LG