Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:41

Səbail bələdiyyəsinin sədri rüşvət almaq ittihamı ilə tutulub


Arxiv şəkil
Arxiv şəkil
Bakının ən varlı rayonılarından biri olan Səbail rayonunda bələdiyyə sədri rüşvət almaq ittihamı ilə həbs edilib.

Bu barədə ANSPRESS agentliyinə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, vətəndaşlar Almas XəlilovArif Şamilov martın 28-də Baş Prokurorluğun “Qaynar xətt” mərkəzinə müraciət edərək, Səbail rayonunda bələdiyyə rəsmilərinin onlardan rüşvət istədiyini bildiriblər. Onlar qeyd ediblər ki, hələ 2007-ci ildən məhkəmə onlara fərdi ev tikmək üçün bu rayonun ərazisində 0,06 ha torpaq sahəsi ayrılması barədə qərar çıxarıb. Amma Səbail bələdiyyəsinin sədri Mübariz İbrahimov, bələdiyyənin hüquqşünası Arif Əlizadə və bələdiyyənin Ərazi Tikinti Torpaq Komissiyasının sədr müavini Cavid Həsənov vasitəsilə onlardan torpaq sahəsi üçün 10 min manat rüşvət tələb edir.

Vətəndaşlar prokurorluq işçilərinə bildiriblər ki, bələdiyyə rəsmiləri ilə 8 min manata razılaşıblar.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bələdiyyə işçilərinə rüşvət kimi veriləcək pulu əvvəlcədən hazırlayıb vətəndaşlara veriblər. Həmin pullar bələdiyyənin hüquqşünasına verildikdən sonra prokurorluq işçiləri onun iş otağına gedərək axtarış aparıb, protokolla rəsmiləşdirilmiş seriya və nömrələri ilə eyni olan əskinaslardan ibarət 8 min manat pul aşkar edilərək götürülüb.

Bundan sonra Səbail bələdiyyəsinin sədri Mübariz İbrahimov və həmin bələdiyyənin vəzifəli şəxsləri Cavid HəsənovArif Əlizadə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət almaq ittihamı ilə məhkəmənin qərarı ilə həbs olunublar.

Hələlik həbs olunanların yaxınları, ya da vəkilləri bu ittihamlarla bağlı heç bir söz deməyiblər. İttihamlar sübut olunsa, onlar əmlakları müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.
XS
SM
MD
LG