Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 18:47

Üzeyir Hacıbəyov. Başıqırxıqlar


Bir nәfәr "gözü yaşlı cavan" Tiflisdәn kağız yazıb "insaniyyәt vә islamiyyәt" naminә rica edir ki, onun dәrdini qәzetimizdә yazaq. Nә etmәk? Yazaq.... "Gözü yaşlı" cavanın dәrdi budur:

Atası deyir ki, gәrәk başını qırxdırasan, yoxsa, sәni evә qoymaram.

Bu uşağın bir qardaşı var, özü dә mәktәbdә oxuyur vә başı da tüklüdür. Atası onu da hәdәlәyir: "Başını qırxdırmasan, sәnә çörәk vermәyәcәyәm".

Vә habelә; bir nәfәr ata vә iki nәfәr uşaq haman bu baş qırxdırmaq mәsәlәsi üstündә bir-birlәrinә elani-hәrb edibdilәr. Oğlanları "atanın sözünә baxmaq lazımdır vә ata cahil olan surәtdә onu bir tövr başa salmaq lazımdır" babәtindәn istәyirlәr ki, ataları ilә bir kompromis qursnlar. Ona binaәn, dәllәk yanına gedib başlarını qayçı ilә gödәk vurdurublar. Amma ataları bu kәlәyә uymayıbdır vә deyibdir ki, başınızı lap dibindәn ülgüclә qırxdırmasanız, sizi evә qoymayacağam.

Oxucuların yadında olsun ki, haman bu baş qırxmaq mәsәlәsi şapka vә dar şalvar mәsәlәlәrindәn biridir ki, millәtimkzin tәrәqqisi qabağında böyük bir әngәldir. Mәsәlәn:

-- Filankәs; neyçün oğlunu mәktәbә qoymursan?

-- Balam, qoymuşdum, uştil deyib ki, gәrәk başın tüklü olsun. Mәn dә ona razı olmadım.

-- Başı tüklü olsa, nә olar?

-- Mәnim oğlum olmaz, urus balası olar. Vә bir dә o adam ki, adını müsәlman qoyubdur, gәrәk, onun başı qırxıq olsun.

Ravi belә rәvayәt edir ki, bir gün hökumәt qapısından keçirdim. Gördüm ki, qapının ağzında bir dәstә adam durubdur. Onların qabağında da bir nәfәr qaradavoy. Bir dәstә adamlar da bir-birinin ardınca buraya gәlib, priyoma içәri girirdilәr vә qaradovoy onlara heç bir söz demirdi.

Ravi and içir ki, haman qoyun sürüsü kimi mәәttәl duran adamların hamısının başı qırxıq idi....
XS
SM
MD
LG