Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 18:56

Üzeyir bəy Hacıbəyli. Müştəri


Deyirlәr ki, Әrdәbil bir şәhәrdir, hәr kәs dә öz vәkili.

Mәn Әrdәbildә olmamışam vә bunun da nә dәrәcәdә doğru olub-olmadığını bilmirәm. Ancaq iqrar edirәm ki, bu söz doğru isә, Әrdәbil bәxtiyar şәhәrlәrin biridir. Doğrudan da, elә olsun gәrәk. Bu gün sәnin kefin çay içmәk vә qәlyan çәkmәk istәyir, heç kәsin buna sözü olmaz. Bu gün sәn gәzmәyә çıxmısan, heç kәs demәz ki, nә gәzmәk zamanıdır, Bu gün sәn günortadan sonra yatmaq istәyirsәn, heç kәs sәnә bir söz demәz (İranda bundan artıq bir hәrәkәt yoxdur zәnn edirәm). Amma bizim Bakıda belә deyil: Hәp bir işindә, hәr bir hәrәkәtindә, hәr bir durub-oturuşunda, hәr bir addımında ehtiyatlı olmalısan vә illa, çüzi bir oyan-buyan oldumu, görürsәn ki, qiyamәt qopdu. Nә üçun ayağuvu geri qoydun, nә üçün bu sözü dedin, nә üçün filan elәdin vә s.

Çox adam deyir ki, bu bir yaxşı sifәtdir, çünki insanı ehtiyatla dolanmağa vadar edir. Mәnim zәnnimcә, bu bir xәyali-xamdır. Qoy hәr kәs sәrbәst dolansın, sәrbәst dolanan adamın fikir vә xәyalı da sәrbәst vә azad olar.

* * * * *

Qәzetlәrimiz şikayәt edirlәr ki, qәzet oxucularımız azdır. Mәn bu şikayәti haqlı hesab edә bilmirәm. Çünki hәr kәsi görürәm, qәzetdәn bәhs edir. Hәr kәslә mübahisә edirәm, qәzetlәrdәn mәnә dәlil vә sübutlar gәtirir. Bәs, qәzet oxumayan adamın qәzetdәn xәbәrdarlığı olarmı?

Bәlkә qәzetçilәrimiz "qәzet müştәrisi azdır" demәk istәyirlәr? Hә!... Buna mәnim bir sözüm yoxdur. Bu, ola bilәr. Nәinki ola bilәr, hәqiqәtdә dә belәdir. Görünür ki, qәzet müştәrisi azdır. Amma qәzet oxuyan әhli-savad yoxdur. Bu nә tәhәr olan işdir?

Nә tәhәr olacaq?

Fәrz edәlim ki, Abbasqulu bir qәzetin müştәrisidir. O surәtdә Abbasqulu sakin olan mәhәllәdә heç bir kәsin qəzet almağa ehtiyacı yoxdur. Çünki Abbasqulunun iltifatı sayәsindә aldığı qәzet bir mәhәllәnin adamlarının hamısına kifayәt edir.

* * * * *

Qәzetlәrimizin müştәrilәri azdırsa da, özlәri getdikcә çoxalmaqdadırlar. Әlhal, tәk bir Bakı şәhәri 3 qәzet vermәkdәdir. Kazan isә 5 qәzet intişarına müvәffәq olubdur. Sair şәhәrlәr dә Bakı ilә Kazandan geri durmaq istәmirlәr. Qәzetlәrimiz cürbәcürdür. Kişilәrimizә mәxsus, arvadlarımıza mәnsub, uşaqlarımıza mütәәlliq qәzetlәrimiz vardır. Lakin ... "çoxluq" sözünә dair türkün bir senzorsuz mәsәli vardır ("senzorsuz" sözünü mәn "әz bәrayi-xali nәbudәni-mәrasilә" dedim. Özüm yaxşı bilirәm ki, hökumәtә müxalif sözlәrdәn savayı ağıza gәlәn (hәr) sözü senzor buraxar vә buraxır da).

Görünür ki, bәzi qәzetlәrimiz, bu zәrb mәsәli isbat etmәk istәyirlәr. Belә ki, o qәzetlәrdәn yavaş-yavaş "xuliqanlıq" iyi gәlmәkdәdir.... "Nur" ilә "Bәyanül hәqq"in acığı tutmasın.
XS
SM
MD
LG