Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:55

Ə. Kərimli: «2 Aprel aksiyası əhalinin özünə inamını artırdı»


Əli Kərimli
Əli Kərimli
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli AzadlıqRadiosunun «İşdən sonra» proqramında İctimai Palatanın son aksiyası barədə fikirlərini bölüşüb.

- «2 Aprel aksiyası baş tutub».

- «Çoxlu sayda həbslər olsa da, aksiya iştirakçıları öz tələblərini səsləndirə bildi».

- «200-dən yuxarı adam saxlanılıb, biz 185 nəfəri adbaad müəyyənləşdirə bilmişik».

- «31 nəfər hələ də həbsdədir. Onlardan 5 nəfər haqqında cinayət işi açılıb. 3 nəfərin taleyi hələ bilinmir. 23 nəfərə isə inzibati həbs veriblər».

- «XƏSTƏXANALAR MİTİNQDƏ XƏSARƏT ALANLARI GÖTÜRMƏK İSTƏMİRLƏR. ONLARA TAPŞIRIQ VERİLİB».

- «Azadlıq qurbansız olmur. Biz azadlığımız uğrunda mübarizəyə çıxmışıq. Biz bilirik ki, asan olmayacaq».

- «Təmasda olduğum hər kəsin mübarizə əzmi daha da artıb».

- «Nümayişlər davam etməlidir».

- «Bizim uğurumuz ondadır ki, 2 Aprel aksiyası Azərbaycan vətəndaşlarının özünə inamını artırdı».

- «Bizim böyük uğurumuzdur ki, müxalifət yüksək yetkinlik nümayiş etdirdi. Tam məsuliyyətlə deyirəm, BİR NƏFƏR DƏ OLSUN HEÇ HARANI QIRMAYIB, HEÇ YERƏ DAŞ ATMAYIB, heç bir zorakılığa meyl etməyib».

- «Polis üçün «Azadlıq! İstefa!» qışqıran adamlar vitrini sındıran adamlardan daha təhlükəli olub».

- «Hətta ölüm bizi qorxutmur. Azadlıq mübarizəmizi, haqq mübarizəmizi bundan sonra da davam etdirəcəyik».

- «Hökumət çaşqınlıq içindədir. Mənim haqqımda nə demədilər ki?»

2 aprel aksiyası
- «Kim mənim evimin qarşısında olanları mühakimə etmək istəyirsə, özünü sadəcə, mənim həyat yoldaşımın yerinə qoysun».

- «Bizim hazırda tələblərimiz azadlıqdır, sosial tələblərdir, ədalətdir».

- «Hazırda bizim mübarizəmiz birbaşa kiminsə, kimlərinsə hakimiyyətə gəlməsi uğrunda mübarizə deyil. Bizim mübarizəmiz hələ xilas olmaq uğrundadır».

- «MƏNƏ QARŞI KAMPANİYA BİRBAŞA İLHAM ƏLİYEVİN GÖSTƏRİŞİDİR. Bu onun prinsip etibarı ilə təfəkkür tərzinə uyğun mübarizə formasıdır».

- «Biz heç bir cinayətin cəzasız qalmasına imkan verməyəcəyik. Biz bu işləri Avropa Məhkəməsinə qədər aparacağıq».

- «Yaxın vaxtlarda yəqin ki, bu aksiyalar Bakının hüdudlarını aşacaq».

- «Müxalifət funksionerləri çəkinmədən, dinc əllə bu zorakı hakimiyyətin üzərinə gedirlər. Onların imkanları məhduddur. Hər şey ondan asılıdır ki, Azərbaycan xalqı hansı səviyyədə bu aksiyalara dəstək verəcək».

- «Azərbaycan hökuməti, Azərbaycana rəhbərlik edən adamlar özləri çirkabın içindədirlər. BİZ DANIŞMAĞA BAŞLASAQ, ONLAR GƏRƏK BU ÖLKƏDƏN ÇIXIB GETSİNLƏR».

- «Millətimiz çox yaxşı başa düşür ki, nəyə görə mən hədəfdəyəm. Bu çirkab mənə yapışmayacaq».

- «Elə edin ki, bu neft qurtarmamış bu ölkə bir tərəfə çıxsın. Çünki sonra çox çətin olacaq».

- «Mən dünyada özümdən başqa bir adam tanımıram ki, müxalifət lideri olsun, onun pasportu olmasın. Bu məsələdə Azərbaycan bir «ilk»ə imza atıb».

- «Azərbaycan hökumətini məsuliyyətli olmağa və Həsən Kərimovu xilas etmək üçün mümkün olan bütün addımları atmağa çağırıram».

XS
SM
MD
LG