Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:36

Kommunal borcların silinməsi göstərişi…


Natiq Cəfərli
Natiq Cəfərli
İqtisadçı-ekspertlər Nazim MəmmədovNatiq Cəfərli prezidentin kommunal borcların silinməsi barədə göstərişinə münasibət bildirirlər.

Natiq Cəfərli:

«Bu tipli hadisələrin baş verməsinə cəmiyyətdə ikili yanaşma olur. Bir tərəfdən, borcu olan insanlar sevinirlər ki, onların borcu silinir. O biri tərəfdən də, vicdanlı şəkildə vaxtlı-vaxtında kommunal ödənişlərini edən vətəndaşların hüquqlarının pozulması ilə müşahidə olunur. Çünki belə qərarların qəbul olunması ilə borcları illərlə ödəməyən insanlara daha böyük üstünlük yaranmış olur. «Azərsu»nun özünün də külli miqdarda borcları vardı. Həmin o BORCLARI KOMPENSASİYA ETMƏK ÜÇÜN YALANDAN-DOĞRUDAN İNSANLARA BORCLAR YAZIRDILAR. İndi bu insanların borcları silindikdə «Azərsu»nun başqa monopolistlərə olan borcları, dövlət idarələrinə olan borcları silinəcəkmi? Bu barədə çox təəssüf ki, heç bir məlumat yoxdur. Bundan başqa, mənсə, dövlət vaxtlı-vaxtında ödəniş edən vətəndaşlar üçün də müəyyən üstünlüklər saxlamalıdır. Amma bu barədə heç bir addım atılmır...».

Nazim Məmmədov:

«Cənab prezident Nazirlər Kabinetinə tapşırıq verib ki, «Azərsu»nun su istehlakçıları ilə olan problemini həll etsin. Yəqin, «Azərsu»nun dövlət idarələrinə və ya dövlət büdcəsinə olan borcları da o qərarda öz əksini tapacaq. Yəqin ki, bu kompleks qərar olacaq. Cənab prezident öz çıxışında da qeyd etdi
Nazim Məmmədov
ki, SAYĞACLAŞMAYA QƏDƏR OLAN BORCLAR ÇOX HALLARDA ƏSASSIZ VƏ QANUNSUZ YAZILMIŞ BORCLARDIR. O baxımdan mən güman edirəm ki, «Azərsu»da yeni idarəetmə mexanizmləri qurulacaq...».

Nazim Məmmədov:

«Təklif etmişəm ki, bu xidmətlərə 25-30 faizdən yuxarı olmayan bir rentabellilik dərəcəsi tətbiq olunsun. Yəni, xidmətin maya dəyəri müəyyən olunmalıdır, satış üçün onun dəyəri 25-30 faizdən yuxarı olmamalıdır. İnsanlar əməkhaqqının əhəmiyyətli bir hissəsini kommunal xidmətlərə verirlər»...

Natiq Cəfərli:

«Ümumiyyətlə, kommunal xərclər və bütün bu sahələr hökumətin birbaşa nəzarəti və inhisarı altındadır. Bunun liberal iqtisadiyyatla əlaqəsi yoxdur. Belə olsaydı, maya dəyərinin süni şəkildə şişirdilməsi baş verməzdi. Dövlət malının yiyəsi yoxdur deyə, məmurlar «Dövlətindirsə, heç kimindir» məntiqi ilə hərəkət edirlər...».

XS
SM
MD
LG