Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 19:56

Mirzə Ələkbər Sabir. Adətimiz daş idi dəva günü















Adətimiz daş idi dəva günü
Tullarıdıq əldə sapan qıjhaqıj.

Hər kəsə dəysəydi edərdi haman
Bir neçə gün ahü fəğan, ufhauf.

Mərhəm olurdu, sağalırdı yara,
Əldə qalırdı yenə can sapbasağ;

İndi revolverdi, dönüm başına,
Nagəh olur gülləfəşan partapart.

Onda görürsən yıxılıb yanbayan
Bir neçə növrəstə cavan laybalay.

Tüf belə dövranə ki, bədtər olur
Seyri-fələk, dövri-zaman ilbəil!

Milləti-islam qırır bir-birin,
Allah aman, bu nə yaman qırhaqır!

Qardaşa bax qardaşını öldürür,
Vəhşi olub əhli-cəhan sərbəsər.

Milləti gördükcə belə hərcü mərc
Könlüm olur dopdolu qan qatbaqat.

Böylə gedərsə Bakı əldən gedər,
Qalmaz о məvadə aman hiç, hiç!

Bari, xudaya, özün islah qıl,
Та edələr pirü cəvan sülh, sülh!
XS
SM
MD
LG