Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:51

49 illik iş stajına 170 manat təqaüd


sığorta ödəmiş bütün təqaüdçülər 2010-cu ildən bu yana 170 manat təqaüd alırlar
sığorta ödəmiş bütün təqaüdçülər 2010-cu ildən bu yana 170 manat təqaüd alırlar
Gəncədəki Universitetlərin birində işləmiş Salman müəllim ömrünün 49 ilini əməyə sərf edib. Deyir ki, yarı ac-yarı tox günlərində əmək kitabçasına yazılmış fəaliyyətinə baxaraq ahıl dövrlərini sığortaladığını, təqaüdə çıxanda, yaxşı təqaüdlə rahat yaşayacağını düşünürmüş. Nəhayət ki, ötən il 62 yaşını tamamlayan elmlər namizədi Salman müəllim ona yazılan təqaüdün məbləğini görəndə təəccüblənib. Deyir ki, indi övladları ona əl yetirməsə, dolana bilmir.

PENSİYA TƏLƏBATA UYĞUN DEYİL

«- Deyirlər 85 manatdan artıq olanda, sığorta hissəsi deməkdir, amma dəqiq bilmirəm. Televizorda da maarifləndirici söhbətlər etmirlər.

- Nə qədər təqaüd alırsız?

- 170 manat təqaüd alıram. Bilmirəm niyə belə hesablayıblar, amma 49 il iş stajım var. Onun 10 ilini istehsalatda - alüminium zavodunda işləmişəm. Son vaxtlar da 30 ildir universitetdə işləyirəm, elmlər namizədiyəm. Bugünkü tələbata uyğun deyil o pensiya. 49 il dövlətə xidmət etmişəm, aldığım çox azdır».

Digər həmsöhbətim 54 yaşlı Natella Rəcəbova deyir ki, zavodda mühəndis köməkçisi işləyib və ailədə ən yüksək maaşı o, alırmış. Amma indi təqaüdü onu qane etmir:

«Mən zavodda işləmişəm 30 ildən artıq, ancaq kəsilən təqaüd məni qane etmir. Zavodda 350 manat maaş alırdım. Bilmirəm niyə belə az yazıblar».

170 MANAT, NƏ AZ, NƏ ÇOX

Elə Salman müəllim kimi söhbətləşdiyim digər təqaüdçülər də niyə 170 manat təqaüd aldıqları barədə məlumatsız olduqlarını bildirdilər. Gəncə şəhər Nizami rayon Sosial Müdafiə Fondunun pensiya təyinatı üzrə sektor müdiri Əli Xəlilov təsdiqləyir ki, bu sahədə maarifləndirmə işi aparılmır. Pensiyanın sığorta hissəsinin vətəndaşların sığorta ayırmalarından yarandığını deyən
Rövşən Ağayev
Ə. Xəlilov danışır ki, iş stajından və işlədiyi müddətdə aldığı əməkhaqqından asılı olmayaraq, sığorta ödəmiş bütün təqaüdçülər 2010-cu ildən bu yana 170 manat təqaüd alırlar. Bu məbləğdən nə az alan var, nə də çox. Deyir ki, artıq bu qanunla təsbitlənib.

ƏDALƏTSİZ QANUN

Bu qanunu ədalətsiz adlandıran iqtisadçı Rövşən Ağayev isə bildirir ki, bu, hökumətin pensiyaları səhv indeksləşdirməsindən qaynaqlanır:

«Belə aydın olur ki, uzun müddət işləyən və yüksək əməkhaqqı alan adamla cüzi maaşa işləyən eyni təqaüd alacaq. Bu, hüquq pozuntusudur. Nəzərə alsaq ki, əhalinin əksər hissəsi işləyir, bu, elə çoxluğun hüququnun tapdalanmasıdır. Qanunda ədalətlilik prinsipi qorunmalıdır».

Salman müəllim isə ümid edir ki, bir gün onun xalqına xidmət etmək üçün çəkdiyi əziyyətlər qiymətləndiriləcək və təqaüdünü ədalətli hesablayacaq yeni bir qanun qəbul olunacaq.

Qeyd edək ki, son günlər pensiyaların məbləğinin artırılacağı barədə rəsmi bəyanatlar səslənir. Milli Məclisin Sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli «APA»ya deyib ki, yaxın vaxtlarda 2006-cı ilədək pensiyaya çıxmış insanlara verilən ödənişlərdə kəskin artım olacaq. «2006-cı ildən əvvəl pensiyaya çıxan professor 2006-cı ildən sonra pensiyaya çıxan müəllimdən az pensiya alır». Bunu H. Rəcəbli deyib.
XS
SM
MD
LG