Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:13

Azərbaycan İslam Partiyasına yeni sədr seçilib


Partiyanın dördüncü qurultayında Mövsüm Səmədov AİP-in yeni sədri seçilib. Sədrliyə Hacıağa Nuri, Rövşən Əhmədli və Mövsüm Səmədov namizəd olublar. Lakin Nuri və Əhmədli namizədliklərini geri götürüblər. Yeganə namizəd Səmədov isə açıq səsvermə yolu ilə İslam Partiyasına sədr seçilib.


« Trend » in məlumatına görə , qu rultay üç nəfərdən ibarət Mərkəzi Təftiş Komissiyasını da seçib.


Hacı Mövsüm Səmədov 1965-ci ildə Quba rayonunda anadan olub, Azərbaycan Dövlət Tibb Universitetini bitirib, ali ilahiyyat təhsili alıb. 1993-cü ildən İslam Partiyasının üzvüdür.


Dini təmayüllü, müxalifətyönlü İslam Partiyası 1991-ci ilin avqustunda təsis olunub, 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Partiya 1995-ci il parlament seçkilərində iştirak etdiyi üçün təkrar qeydiyyata alınmayıb.


Azərbaycan İslam Partiyasının bundan əvvəlki sədri Hacıağa Nuri olub.


XS
SM
MD
LG