Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:54

Ələsgər İsmayılova paranoidal psixopatiya diaqnozu qoyulub


Ələsgər İsmayılov dispanserdə həyatına təhlükə olduğunu söyləyib
Ələsgər İsmayılov dispanserdə həyatına təhlükə olduğunu söyləyib

Naxçıvanda həbs olunub polis tərəfindən zorla ruhi xəstəliklər dispanserinə yerləşdirilən, daha sonra Maştağadakı xəstəxanaya gətirilən 70 yaşlı Ələsgər İsmayılov prezidentə müraciət edib. O, dövlət başçısından vəziyyəti ilə bağlı tədbir görməyi istəyir.


İsmayılov «Azadlıq» radiosunun müxbirinə xəstəxanada müayinədən keçdiyini, lakin nəticələr barədə ona məlumat verilmədiyini deyib. O, dispanserdə həyatına təhlükə olduğunu söyləyib.


İsmayılov beynəlxalq təşkilatlardan gözlədiyi dəstəyi görmədiyini də deyib.


Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından isə «Azadlıq» radiosuna bildiriblər ki, Naxçıvanda Ələsgər İsmayılova paranoidal psixopatiya (şəxsiyyətin dəyişməsi) diaqnozu qoyulub. Xəstəxananın baş həkiminin müavini İlham Məmmədov deyib ki, həftənin sonuna qədər İsmayılovun diaqnozu dəqiqləşdiriləcək. Onun sözlərinə görə, buna qədər ailəsi onu apara bilər.


İlham Məmmədov həmçinin Naxçıvanın Sədərək rayonundan 7 nəfərin imzası ilə Ələsgər İsmayılovda psixi xəstəliyin əlamətlərinin olması, qohum-qonşuları daima acılaması barədə məktub daxil olduğunu da bildirib.


AXCP üzvü 70 yaşlı Ələsgər İsmayılov sentyabrın 22-də həbs olunub və ruhi xəstəliklər dispanserinə yerləşdirilib.


İsmayılov siyasi motivlərlə həbs olunduğunu deyib. O, bildirib ki, həbsinə səbəb dəfələrlə korrupsiya və başqa özbaşınalıqlarla bağlı Prezident Aparatı və digər orqanlara şikayət yazmasıdır.


XS
SM
MD
LG