Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:16

«Qanunsuz ali məktəblərin yaradılması ilə bir qrup şəxs məşğul olur»


İlham Pirməmmədov qanunsuz fəaliyyət göstərən ali məktəblərin siyahısını açıqlayıb
İlham Pirməmmədov qanunsuz fəaliyyət göstərən ali məktəblərin siyahısını açıqlayıb

Azərbaycanda qanunsuz fəaliyyət göstərən ali təhsil müəssisələrinin sayı gah artır, gah azalır. Əgər 1998-ci ildə belə universitetlərin sayı 41 idisə, artıq bu rəqəm 19-dur. Hal-hazırda bu tədris müəssisələrinin əksəriyyətində tələbə yoxdur.


Bunu Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov deyib. O, bildirib ki, «dəfələrlə ictimaiyyəti məlumatlandırsalar da, valideynlər yenə də bu kimi tədris müəssisələrinə küllü miqdarda pul verirlər».


Nazirlik rəsmisi deyir ki, qanunsuz tədris müəssisələrinin yaradılması ilə bir qrup şəxs məşğul olur. «Bunlar təkcə Azərbaycanda deyil, əsasən xaricdə kök salıblar və möhürləri, sənədləri saxtalaşdırmaqla məşğuldurlar».


Qanunsuz fəaliyyət göstərən və Təhsil Nazirliyinin Kollegiyası, Lisenziya Komissiyası, məhkəmə qərarları ilə fəaliyyəti dayandırılmış təhsil müəssisələrinin

SİYAHISI



1

Mahaçqala Maliyyə və Hüquq İnstitutunun Bakı filialı (yeni yaradılıb)
2

Moskva Dövlət Humanitar İnstitutunun Bakı filialı (yeni yaradılıb)


3

Kiyev Sahibkarlıq, Hüquq və Reklam İnstitutunun Bakı filialı


4

Dnepropetrovsk Milli Universitetinin Bakı filialı


5

Rusiya Təhsil Akademiyası Universitetinin Bakı tədris məntəqəsi


6


Rusiya Federasiyası Maymonid adına Dövlət Klassik Akademiyasının Bakı tədris məntəqəsi


7


Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin Bakı filialı


8

Cənubi Rusiya Humanitar İnstitutunun Bakı filialı


9

Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı


10

Dağıstan Dövlət Universitetinin Bakı filialı


11

Moskva Dövlət Sosial Universitetinin Bakı tədris məntəqəsi


12

Moskva Müasir Humanitar Universitetinin Dərbənd filialının Bakı tədris məntəqəsi


13

Moskva İqtisadiyyat, Menecment və Hüquq İnstitutunun Bakı filialı


14

Moskva Hüquq və İdarəetmə Akademiyasının Bakı filialı


15

Rusiya Müasir Humanitar Akademiyasının Bakı Mərkəzi (distant təhsil)


16

Müstəqil Azərbaycan Universiteti


17

Bakı Menecment Universiteti


18

Bakı Elmi Tədris mərkəzinin nəzdində Kompyuter İnformasiya Texnikası İnstitutu


19

Azərbaycan Milli Aerokosmik Agentliyi və Rusiya Dövlət Ali Məktəbləri nəzdində Beynəlxalq Tətbiqi Kosmonavtika İnstitutu




XS
SM
MD
LG