Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:57

«Radikal vəhhabilər və nurçular İslamın adına ləkə gətirir»


«Təxribatçılar bilməlidirlər ki, Azərbaycan dövləti onların qarşısını qətiyyətlə alır»
«Təxribatçılar bilməlidirlər ki, Azərbaycan dövləti onların qarşısını qətiyyətlə alır»

«Radikal vəhhabilər, nurçular və digər təriqətlər öz hərəkətləri ilə mübarək İslam adına ləkə gətirir, dolayısı ilə İslama qarşı hücumlara və ittihamların artmasına zəmin yaradırlar». Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə belə deyir.


«Təxribatçılar bilməlidirlər ki, Azərbaycan dövləti bu kimi halların qarşısını qətiyyətlə alır»-, deyə şeyx bildirib.


Noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günü münasibətilə «Tolerantlıq örnəyi Azərbaycan» adlı konfrans keçirilib.


Tədbirdəki çıxışında A.Paşazadə bildirib ki, Azərbaycanda olan tolerantlıq bütün dünyada nümunə göstərilir.


«Bu, Azərbaycanda dövlət siyasəti səviyyəsində həyata keçirilir. Tolerantlıq ənənələri Azərbaycanda uzun illərdir mövcud olub. Ermənistan rəhbərliyi Qarabağ münaqişəsinin guya dini faktorla bağlı olması haqda cəfəng iddialar ortaya atır. Bu sərsəm fikirlər Azərbaycanın artan hərbi qüdrəti qarşısında öz acizliyini getdikcə daha çox dərk etməyə başlayan Ermənistanın Qərbə ünvanlanmış həyəcan ismarıcıdır».


APA xəbər verir ki, tədbirdə ölkədəki dini konfessiyaların nümayəndələri, dövlət rəsmləri iştirak ediblər.


XS
SM
MD
LG